12:56 / 26-12-2024
Sabah yağış yağacaq
Hakerlər səkkiz şirkəti hədəfə alıb
Tarix: 05-12-2024 11:10 | Bölmə: Xəbərlər
Hakerlər səkkiz şirkəti hədəfə alıb

Bu dəfə ABŞ telekommunikasiya şirkətlərinə kiberhücumları Çin dövlət tərəfindən dəstəklənən hakerlər həyata keçirib.

Reyting.az
xəbər verir ki, bu barədə Ağ ev rəsmiləri Amerika mətbuatına bildiriblər.

Məlumata görə, “Duz Tayfunu” adlı böyük kiberhücumda Verizon, AT&T və Lumen kimi böyük xidmət təminatçıları da daxil olmaqla 8 Amerika telekommunikasiya şirkəti, eləcə də bəzi digər ölkələr hədəfə alınıb.
Çinli hücumçuların hökumət və siyasi vəzifələrdə olan məmurların telefon dinləmə qeydlərinə və mobil məlumatlarına çıxış əldə ediyi bildirilir.

Hadisə ilə bağlı Federal Təhqiqat Bürosu (FTB) və Kiber Təhlükəsizlik və İnfrastruktur Təhlükəsizliyi Agentliyi (CISA) tərəfindən araşdırma başlanıb. Bu qurumların “Microsoft” və “Google” kimi şirkətlərlə birlikdə çalışdığı deyilir.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər