Çin dünyanın ən güclü lazer kamerasını yaradıb
Tarix: 20-02-2025 10:02 | Bölmə: Xəbərlər
Çin dünyanın ən güclü lazer kamerasını yaradıb

Çin dünyanın ən güclü lazer kamerasını yaradıb. Həmin kamera kosmosda xarici hərbi peykləri izləməyə də imkanı verəcək.

Reyting.az
xəbər verir ki, bu barədə Honq-Konqun “South China Morning Post” qəzeti məlumat yayıb.

Qeyd olunur ki, kamera Çin Elmlər Akademiyasının Aerokosmik İnformasiya Tədqiqatları İnstitutunda hazırlanıb. Qinghai gölündə aparılan sınaqlar zamanı kamera 100 kilometrdən uzaq məsafədən bir neçə millimetr dəqiqliklə görüntülər çəkib. Buna qədər belə nəticələrin alınması qeyri-mümkün hesab edilirdi.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər
19-02-2025, 16:36 Fuad Muradova hökm oxunub
19-02-2025, 12:58 Sabah qar yağacaq
18-02-2025, 14:56 Bakıya qar yağacaq