Avtomobil kanala aşıb, ölənlər var
Tarix: 20-02-2025 21:05 | Bölmə: Xəbərlər
Avtomobil kanala aşıb, ölənlər var

Kürdəmirdə avtomobilin kanala aşması nəticəsində iki nəfər həyatını itirib.

Reyting.az
APA-ya istinadla xəbər verir ki, “Mitsubishi” markalı 90 NY 966 dövlət nömrə nişanlı avtomobildə olan Kürdəmir rayon sakinləri 1967-ci il təvəllüdlü Hacıyev Elşən Hacıbaba oğlu və 1977-ci il təvəllüdlü Əhmədov Cabir Yolçu oğlu dünyasını dəyişib.

Hadisə rayonun Şilyan kəndindən keçən hissəsində qeydə alınıb.




Bölməyə aid digər xəbərlər
19-02-2025, 16:36 Fuad Muradova hökm oxunub
19-02-2025, 12:58 Sabah qar yağacaq
18-02-2025, 14:56 Bakıya qar yağacaq