Bakı Şəhər İcra Hakimiyyəti qarlı havaya hazırlaşır
Tarix: 18-02-2025 17:54 | Bölmə: Xəbərlər
Bakı Şəhər İcra Hakimiyyəti qarlı havaya hazırlaşır

Gözlənilən qarlı hava şəraitilə bağlı Bakı Şəhər İcra Hakimiyyəti (BŞHİ) tərəfindən rayon icra hakimiyyətlərinə müvafiq tapşırıqlar verilib.

BŞHİ-dən Reyting.az-a bildirilib ki, şəhər və rayon kommunal xidmətləri həmin günlərdə gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcəklər:

"Xidmətlərin maşın və xüsusi texnikaları hazır vəziyyətə gətirilib, növbətçilik təşkil edilib. Qar yağan zaman şəhər mərkəzində bir neçə yerdə duz ehtiyatı yaradılacaq. Rayonlarda küçə və məhəllələrin qardan təmizlənməsinə cavabdeh şəxslərin siyahıları hazırlanıb, bu işlərə kommunal qurumların texnikası ilə yanaşı idarə, təşkilat, bələdiyyə və özəl qurumların da mövcud texnikalarının cəlb ediləcək"




Bölməyə aid digər xəbərlər
19-02-2025, 16:36 Fuad Muradova hökm oxunub
19-02-2025, 12:58 Sabah qar yağacaq
18-02-2025, 14:56 Bakıya qar yağacaq