Hikmət Hacıyev Benyamin Netanyahu ilə görüşüb
Tarix: 19-02-2025 13:35 | Bölmə: Xəbərlər
Hikmət Hacıyev Benyamin Netanyahu ilə görüşüb

İsrail baş naziri Benyamin Netanyahu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevi qəbul edib.

Reyting.az
xəbər verir ki, bu barədə Azərbaycanın İsraildəki səfirliyi məlumat yayıb.

Bildirilib ki, Hikmət Hacıyev Azərbaycan prezidentinin salamlarını İsrail liderinə çatdırıb.

Netanyahu salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını Azərbaycan prezidentinə çatdırmağı xahiş edib.

Görüşdə Azərbaycan və İsrail arasında ikitərəfli əməkdaşlıq məsələləri müzakirə edilib.

Eyni zamanda, tərəflər regional hadisələri müzakirə edib.




Bölməyə aid digər xəbərlər
19-02-2025, 16:36 Fuad Muradova hökm oxunub
19-02-2025, 12:58 Sabah qar yağacaq
18-02-2025, 14:56 Bakıya qar yağacaq