Tramp avropalıları şoka salmağa çalışır
Tarix: 20-02-2025 00:14 | Bölmə: Xəbərlər
Tramp avropalıları şoka salmağa çalışır

ABŞ Prezidenti Donald Trampın bəyanatları, xüsusən də müharibəyə Kiyevin başlaması barədə dedikləri Avropada təəccüblə qarşılanıb.

Reyting.az
xəbər verir ki, bu barədə “Politico” nəşri yazıb.

İsveçin xarici işlər naziri Mariya Malmör Stenerqaardın sözlərinə görə, Donald Trampın dediyi kimi, Ukraynada seçkilərin keçirilməsi Rusiyanın maraqlarına uyğun olardı: “Putin istəyir ki, seçkilər Ukraynanı indiki fövqəladə vəziyyətdə zəiflətsin. Biz bu tələyə düşməməliyik”.

Almaniyanın müdafiə naziri Boris Pistorius ABŞ-ı Ukraynanın NATO-ya üzvlüyünü qadağan etdiyinə görə tənqid hədəfinə çevirib. “Amerikalılar səhv etdilər”, - deyən nazir əlavə edib ki, bu cür güzəştlər onların Rusiya ilə danışıqlardakı mövqeyini zəiflədir. Geopolitik məsələlərə gəlincə, B. Pistorius bildirib ki, amerikalılar avropalıları daha az ciddi qəbul edirlər.

Eyni zamanda, Böyük Britaniyanın keçmiş baş naziri Boris Conson deyib ki, Donald Trampın bəyanatları tarixi baxımdan dəqiq deyil, avropalıları şoka salmaq məqsədi daşıyır.

E. KAMAL





Bölməyə aid digər xəbərlər
19-02-2025, 16:36 Fuad Muradova hökm oxunub
19-02-2025, 12:58 Sabah qar yağacaq
18-02-2025, 14:56 Bakıya qar yağacaq