Bu gün Azərbaycanda Yel çərşənbəsidir
Tarix: 11-03-2025 08:14 | Bölmə: Xəbərlər
Bu gün Azərbaycanda Yel çərşənbəsidir

Bu gün Azərbaycanda Yel çərşənbəsi qeyd olunur.

Reyting.az
xəbər verir ki, xalq arasında “Külək oyadan çərşənbə”, “Küləkli çərşənbə” kimi tanınan Yel çərşənbəsi ilaxır çərşənbələrin üçüncüsüdür.

İnanca görə, Yel çərşənbəsində oyanan yel, külək oyanmış suyu, odu hərəkətə gətirir.

Qeyd edək ki, ilaxır - Torpaq çərşənbəsi isə martın 18-da qeyd olunacaq.

2025-ci ildə Yaz fəsli Azərbaycana 20 mart 13:01-də daxil olacaq.

Martın 20-21-i Azərbaycanda Novruz bayramı qeyd olunur.




Bölməyə aid digər xəbərlər
6-03-2025, 23:26 NASA kosmosda su axtaracaq