Gürcüstanın 8 şəhəri işıqsız qalıb
Tarix: 09-04-2025 08:08 | Bölmə: Xəbərlər
Gürcüstanın 8 şəhəri işıqsız qalıb

Gürcüstanda elektrik enerjisinin verilişində problem yaranıb.

Reyting.az
xəbər verir ki, bu barədə yerli sakinlərə istinadla “Mash Telegram” kanalı məlumat yayıb.

Tbilisi, Batumi və Kutaisidə ümumiyyətlə işıq yoxdur.

Gürcüstanda elektrik enerjisinin verilişində kütləvi fasilələr yarandığından otellər, kazinolar və digər təşkilatlar generatorlara keçməyə məcbur olublar.

Yerli deputatlardan biri qeyd edib ki, hazırda Batumi, Poti, Kutaisi, Borjomi, Kaspi, Zuqdidi, Telavi və Tbilisinin bir sıra rayonlarında elektrik enerjisi yoxdur. Bunun hava şəraiti ilə bağlılığı yoxlanılır.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər