Hərbi Prokurorluqda yeni təyinatlar olub
Tarix: 14-07-2025 17:01 | Bölmə: Slayd
Hərbi Prokurorluqda yeni təyinatlar olub

Respublika hərbi prokurorunun müavini Mehdi Hüseynzadə vəzifədən azad edilib.

Reyting.az
xəbər verir ki, Azərbaycanın Baş prokuroru Kamran Əliyev bununla bağlı əmr imzalayıb.

Bu vəzifənin icrası Hərbi Prokurorluğun Sənədlərlə və müraciətlərlə işin təşkili şöbəsinin rəisi Nihad Şıxəliyevə həvalə olunub.

Kamran Əliyevin digər əmri ilə Baş Prokurorluğun İstintaq İdarəsinin böyük prokuroru Ağakişi Acalov Sumqayıt hərbi prokuroru təyin edilib.




Bölməyə aid digər xəbərlər