Azərbaycan ilə Ermənistan delimitasiya prosesini sürətləndirir
Tarix: 10-07-2025 15:55 | Bölmə: Slayd
Azərbaycan ilə Ermənistan delimitasiya prosesini sürətləndirir

Azərbaycan və Ermənistan arasında delimitasiya istiqamətində əməli işlər davam etdiriləcək.

Reyting.az
xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyindən bildiriblər.

Azərbaycan Respublikasının Prezidenti ilə Ermənistan Respublikasının Baş naziri arasında Birləşmiş Ərəb Əmirliklərinin Abu-Dabi şəhərində keçirilmiş görüşün yekunlarına dair mətbuat açıqlamasında qeyd edilib ki, sərhədin delimitasiyası prosesi ilə bağlı əldə olunmuş nailiyyətləri dəyərləndirən liderlər bu istiqamətdə əməli işlərin davam etdirilməsi üçün müvafiq dövlət komissiyalarına tapşırıqlar veriblər.




Bölməyə aid digər xəbərlər