18:20 / 25-07-2025
Oleq Bakinskiyə hökm oxunub
Məşhur kurort şəhərinə hücum olub
Tarix: 24-07-2025 10:03 | Bölmə: Xəbərlər
Məşhur kurort şəhərinə hücum olub

İyulun 24-nə keçən gecə Ukrayna pilotsuz təyyarələri məşhur kurort şəhəri olan Soçiyə hücum edib.

Reyting.az
-ın məlumatına görə, Rusiyanın Krasnodar diyarının operativ qərargahı bildirir ki, şəhərin Adler rayonunda vurulmuş pilotsuz təyyarənin dağıntıları nəticəsində bir qadın ölüb, daha bir nəfər ağır yaralanaraq xəstəxanaya yerləşdirilib.

Məlumata görə, şəhərdə qaraj kooperativinin ərazisində yanğın baş verib. Yanğın zamanı xəsarət alan olmayıb.

Şahidlərin sözlərinə görə, şəhər üzərində 15-20 partlayış baş verib.

“Baza” yazır ki, hücum zamanı bəzi otellərdə istirahət edənlər yeraltı dayanacaqlara təxliyə ediliblər.

Ərazi rəhbəri Dmitri Plişkin bildirib ki, pilotsuz təyyarələrdən biri Soçidən 30 km aralıda yerləşən Sirius kəndindəki neft anbarına da hücum edib. O, Telegram kanalında "Lütfən, avtomobil sürməkdən və ya həmin ərazidə gəzməkdən çəkinin",- yazıb.

Qeyd edək ki, LukOİL-Yugnefteprodukt neft bazası Siriusda yerləşir. Yerli sakinlər bildiriblər ki, obyektdə güclü yanğın baş verib.

Pilotsuz təyyarənin hücumu zamanı Soçi hava limanı fəaliyyəti məhdudlaşdırıb.

Rusiya Müdafiə Nazirliyi bir gecədə 39 Ukrayna pilotsuz təyyarəsinin məhv edildiyini və ələ keçirildiyini bildirib.

E. KAMAL




Bölməyə aid digər xəbərlər