18:20 / 25-07-2025
Oleq Bakinskiyə hökm oxunub
Goranboyda iki qadın öldürülüb
Tarix: 25-07-2025 09:56 | Bölmə: Xəbərlər
Goranboyda iki qadın öldürülüb

Goranboyda iki qadın öldürülüb.

Reyting.az
 xəbər verir ki, bu barədə Goranboy Rayon Prokurorluğu məlumat yayıb.

Bildirilib ki, bu gün gecə saat 02 radələrində Goranboy rayon sakinləri 1978-cı il təvəllüdlü Lalə İsmayılova və 1948-cil il təvəllüldlü Tamella İsmayılovanın yaşadıqları evdə öldürülmələri barədə rayon prokurorluğuna məlumat daxil olub.

İlkin araşdırmalarla 2010-cu il təvəllüdlü R.Həsənovun (şərti) aralarında yaranmış mübahisə zamanı bıçaqla anası Lalə İsmayılova və nənəsi Tamella İsmayılovaya xəsarətlər yetirərək onları qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) maddəsi ilə cinayət işi başlanıb. R.Həsənov (şərti) iş üzrə şübhəli şəxs qismində tutulub.

Hazırda istintaq davam edir.




Bölməyə aid digər xəbərlər