18:20 / 25-07-2025
Oleq Bakinskiyə hökm oxunub
Rusiyanın 8 hava limanı bağlanıb
Tarix: 25-07-2025 09:25 | Bölmə: Xəbərlər
Rusiyanın 8 hava limanı bağlanıb

Rusiyanın 8 hava limanı iyulun 25-də səhər tezdən uçuş xidmətlərini müvəqqəti dayandırıb.

Reyting.az
xəbər verir ki, bunu Rusiya Federal Hava Nəqliyyatı Agentliyinin nümayəndəsi Artem Korenyako bildirib.

O, “Telegram” kanalında təyyarələri qəbul etməyən və göndərməyən hava limanlarının siyahısını dərc edib.

Müvəqqəti olaraq bağlanan hava limanlarının demək olar ki, hamısı Rusiyanın cənubundadır. Bunlar Soçi, Qroznı, Stavropol, Nalçik, Vladiqafqaz, Maqas, Mineralnıye Vodı şəhərlərinin yaxınlığında yerləşən hava limanlarıdır.

Tambov hava limanı da fəaliyyətini dayandırıb.

Korenyako bunu uçuşların təhlükəsizliyi ilə əlaqələndirib.

Bundan əvvəl Şimali Qafqaz Federal Dairəsinin bir sıra regionlarında da müəyyən məhdudiyyətlər tətbiq olunub.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər