Leninqrad vilayətinə hücum olub
Tarix: 24-08-2025 08:57 | Bölmə: Xəbərlər
Leninqrad vilayətinə hücum olub

Rusiyanın Leninqrad vilayətindəki Ust-Luqa limanı üzərində Ukraynaya məxsus on pilotsuz uçan aparat (PUA) vurulub. Düşən dağıntılar NOVATEK terminalında yanğına səbəb olub.

Reyting.az
-ın Rusiya KİV-lərinə istinadla verdiyi məlumata görə, Leninqrad vilayətinin qubernatoru Aleksandr Drozdenko Telegram kanalında bildirib ki, PUA dağıntılarının yerə düşməsi nəticəsində yanğın başlayıb. İlkin məlumatlara görə, itki yoxdur.

"Yanğınsöndürənlər və Fövqəladə Hallar Nazirliyi yanğını söndürmək üçün işləyir", - Drozdenko əlavə edib.

Bundan əvvəl Leninqrad vilayətində bütün bölmələr üçün yüksək hazırlıq rejimi tətbiq edilib. Pulkovo hava limanı isə fəaliyyətini dayandırıb.

ELÇİN




Bölməyə aid digər xəbərlər
22-08-2025, 14:28 Baş mühasib həbs olunub