Lənkəranda qadın qətlə yetirilib - Yenilənib
Tarix: 24-08-2025 10:19 | Bölmə: Xəbərlər
Lənkəranda qadın qətlə yetirilib

Lənkəran rayonunun Liman şəhəri ərazisində qətl hadisəsi baş verib.

Reyting.az
-ın məlumatına görə, 1991-ci il təvəllüdlü Əfsanə Əkbər qızı Lələzadə bədənin müxtəlif nahiyələrində və boynunda kəsilmiş-deşilmiş yaralarla Lənkəran Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə çatdırılıb.

O, xəstəxanaya daxil olarkən həkiməqədər ölüm faktı qeydə alınıb.

Bəzi KİV-lər Ə.Lələzadənin qətlində həyat yoldaşının şübhəli bilindiyini yazırlar.

Meyit daxili və xarici müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Potoloji Anatomiya Birliyinin Lənkəran rayonlararası zona mərkəzinə təhvil verilib.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

***

Əfsanə Lələzadəni qətlə yetirməkdə şübhəli bilinən 32 yaşlı Nicat Lələzadə polisə gedərək könüllü təslim olub.

Hazırda hadisənin başvermə səbəbləri araşdırılır.




Bölməyə aid digər xəbərlər
22-08-2025, 14:28 Baş mühasib həbs olunub