Dərslər sentyabrın 21-i başlayacaq? - Açıqlama
Tarix: 01-09-2025 14:25 | Bölmə: Xəbərlər
Dərslər sentyabrın 21-i başlayacaq? - Açıqlama

Formula 1 yarışları ilə əlaqədar məktəblərdə tədrisin sentyabrın 21-dən etibarən başlayacağı ilə bağlı fikirlər səsləndirilir.

Reyting.az
-ın məlumatına görə, Elm və Təhsil Nazirliyindən “Azərbaycan müəllimi” qəzetinə bildirilib ki, 2025-2026-cı tədris ilinin başlamasına təsadüf edən Formula 1 üzrə Azərbaycan Qran-prisi ilə əlaqədar tədris prosesinin başlama tarixinin dəyişdirilməsinə dair yayılmış məlumat həqiqəti əks etdirmir: "Aidiyyəti məsələlərlə bağlı yalnız rəsmi mənbələrə istinad edilməsi xahiş olunur. Əlavə olaraq bildiririk ki, yarışların keçiriləcəyi ərazilərdə yerləşən təhsil müəssisələri ilə bağlı Formula 1 Azərbaycan Qran-prisi dövründə müəyyən məhdudiyyətlərin tətbiqinə dair qərar veriləcəyi təqdirdə ictimaiyyətə məlumat veriləcək”.




Bölməyə aid digər xəbərlər