Sibiqa müttəfiqləri İkinci Dünya Müharibəsinin səhvlərini təkrarlamamağa çağırır
Tarix: 01-09-2025 14:41 | Bölmə: Dünya
Sibiqa müttəfiqləri İkinci Dünya Müharibəsinin səhvlərini təkrarlamamağa çağırır

Ukraynanın Xarici işlər naziri Andriy Sibiqa Ukraynanın beynəlxalq müttəfiqlərini İkinci Dünya Müharibəsindən əvvəlki səhvləri təkrarlamamağa çağırıb.

Reyting.az
xəbər verir ki, nazir bu barədə özünün “Telegram”da dərc olunan bəyanatında bildirib.

Ukrayna Xarici İşlər Nazirliyinin rəhbəri xatırladıb ki, 1939-cu ilin bu günündə Hitler Polşaya hücum edib və Stalin də tezliklə ona qoşularaq tarixin ən qanlı müharibəsi olan II Dünya Müharibəsinə başlayıb.

“Bu gün, bu gündən əvvəl baş verənləri xatırlamaq çox vacibdir: zəiflik və ərazi güzəştlərinin təcavüzkarı “rahatlaşdıracağına” sadəlövh inam”, - Sibiqa qeyd edib.

Nazir vurğulayıb ki, İkinci Dünya Müharibəsinin fəlakətinə görə tam məsuliyyəti nasist Üçüncü Reyx daşıyır.

“Ancaq bu pisliyin güclənməsinə imkan verənlər də var idi - çətin qərarlardan qaçmaq, zəifliyi gücdən üstün tutmaq, xəyalpərəstliyi real strategiyalardan daha çox reallıq kimi qəbul etmək”, - deyə Sibiqa qeyd edib. Bu baxımdan, Sibiqanın fikrincə, İkinci Dünya Müharibəsində həlak olan on milyonlarla insana hörmət göstərməyin ən yaxşı yolu bu gün də eyni səhvlərə yol verməməkdir.

Sibiqa sonda əlavə edib ki, müttəfiqlərin birliyi, Rusiya təcavüzkarına təzyiq və Ukraynaya dəstək bütün Avropada təhlükəsizlik və uzunmüddətli sülh üçün həlledicidir.

E. KAMAL




Bölməyə aid digər xəbərlər