Pakistan Ermənistanın ŞƏT-ə üzvlüyünü bloklayıb
Tarix: 01-09-2025 17:57 | Bölmə: Xəbərlər
Pakistan Ermənistanın ŞƏT-ə üzvlüyünü bloklayıb

Pakistan Ermənistanın Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzvlüyünü blok edib.

Reyting.az
APA-ya istinadən xəbər verir ki, Pakistan Hindistanın Azərbaycanla bağlı hərəkətinə cavab olaraq belə bir addım atıb.

Qeyd edək ki, bu günlərdə Pakistanla Ermənistanın xarici işlər nazirləri arasında ilk telefon danışığı baş tutub, tərəflər diplomatik münasibətlərin qurulması barədə razılığa gəliblər.

Onu da xatırladaq ki, Hindistan Azərbaycanın ŞƏT-ə üzvlük müraciətini yenidən bloklayıb. Çin Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatına üzvlüyünü dəstəkləsə də, Hindistan yenidən Bakının tamhüquqlu üzvlük təklifini bloklayıb.




Bölməyə aid digər xəbərlər