18:23 / 18-09-2025
ABŞ istehsalı olan raket rekord qırıb
18:00 / 18-09-2025
Mourinyonun yeni klubu bəlli olub
17:52 / 18-09-2025
MEDİA-nın Müşahidə Şurasının iclası keçirilib - Fotolar
17:47 / 18-09-2025
Müğənni cinsi təcavüzdə təqsirli bilinib - Video
17:38 / 18-09-2025
Yılmaz Vural baş məşqçi təyin olunub
17:16 / 18-09-2025
Yeni film tənqidçilərdən yüksək qiymət alıb - Foto
17:08 / 18-09-2025
Oleq Bakinskinin şikayəti təmin olunmayıb
17:00 / 18-09-2025
Rusiya və Ukrayna hərbçilərin meyitlərini mübadilə edib
16:54 / 18-09-2025
Xalq artisti xəstəxanadan evə buraxılıb
16:37 / 18-09-2025
Prezident Memar Əcəminin adibəsinin ucaldılması ilə bağlı sərəncam imzalayıb
16:32 / 18-09-2025
Bakıda və rayonlarda güclü külək əsəcək - Xəbərdarlıq
16:21 / 18-09-2025
İlham Əliyev BP şirkətinin rəsmisini təltif edib
16:11 / 18-09-2025
Əkrəm Həsənov: “Qeyri-rəsmi işçilərin sayı artacaq”
15:40 / 18-09-2025
Bakıda iş yerində yıxılan qadın ölüb
15:33 / 18-09-2025
Beyləqanda ər arvadını bıçaqlayıb
15:25 / 18-09-2025
"İmişli" klubu AFFA-nın qərarından narazı qalıb
15:15 / 18-09-2025
Milli Məclisdə tələbələrin iştirakı ilə ictimai dinləmə keçiriləcək
15:04 / 18-09-2025
"Plastik cərrah"la bağlı sensasiyalı xəbər yayılıb
14:30 / 18-09-2025
Paşinyan: "İranla sərhəd körpüsünün tikintisi gündəlikdə qalır"
14:16 / 18-09-2025
Ölkəmizdə ət bahalaşıb
14:14 / 18-09-2025
Taylandla Kamboca arasında gərginlik yenidən artıb
13:42 / 18-09-2025
Bişkekdə TDT ölkələrinin hökumət başçılarının görüşü başlayıb
13:20 / 18-09-2025
Su problemi milyardlarla insanı risk altında qoyur
13:09 / 18-09-2025
Naxçıvanda kişi geyimində oğurluq edən qadın tutulub
12:57 / 18-09-2025
Zakir Həsənov Çinə gedib
12:49 / 18-09-2025
İlham Əliyev Avropa İttifaqının komissarını qəbul edib - Fotolar
12:47 / 18-09-2025
Sabah yağış yağacaq
12:36 / 18-09-2025
Azərbaycan yığması 124-cü sıraya yüksəlib
12:30 / 18-09-2025
"Grok 5" ümumi süni intellekt sistemi olacaq - Foto
12:24 / 18-09-2025
Bakıya əlavə yol-patrul naryadları cəlb ediblər
13:31 / 16-09-2025

20:48 / 13-09-2025

18:40 / 14-09-2025

13:50 / 14-09-2025

15:37 / 14-09-2025

13:02 / 15-09-2025

13:17 / 14-09-2025

15:11 / 15-09-2025

13:39 / 16-09-2025

00:04 / 16-09-2025

22:16 / 17-09-2025

Etibar Cəbrayıloğlu: Şeyxülislam - Sülhün Səfiri
Tarix: 24-08-2019 00:43 | Bölmə: Xəbərlər

Elə insanlar var ki, onlar təkcə doğulduqları elin-obanın deyil, bütün dünyanın fəxrinə çevrilə bilirlər. Qafqaz Müsəlmanları İdarəsinin sədri, MDB Dinlərarası Şurasının həmsədri, MDB Müsəlman Dini Liderlərinin Məşvərət Şurasının və Qafqaz Xalqları Ali Dini Şurasının sədri, Bakı Beynəlxalq Dinlər və Sivilizasiyalararası Əməkdaşlıq Mərkəzinin Baş katibi, Beynəlxalq Fiqh Təşkilatının, Beynəlxalq Dinlərarası və Mədəniyyətlərarası Dialoq Mərkəzinin Direktorlar Şurasının, Ümumdünya Sülh Şurası Rəyasət Heyətinin, İordaniya İslam Mədəniyyəti Kral Akademiyasının, UNESCO yanında Din Xadimlərinin Məşvərət Şurasının üzvü, Şeyxülislam Allahşükür Paşazadə məhz belə tarixi şəxsiyyətlərdəndir.
Mürəkkəb situasiyaların adamı
Rəsmi titullarını tam sadalamadığımız Allahşükür Paşazadə 1823-cü ildə təsis edilən Zaqafqaziya Müsəlmanları Ruhani İdarəsinin - bu gün dünyada Qafqaz Müsəlmanları İdarəsi kimi tanınan nüfuzlu dini mərkəzin sayca 12-ci Şeyxülislamıdır. Şeyxülislam həzrətləri bu mühüm vəzifəyə 1980-ci ildə seçilib. Bütün dinlərə müharibə elan edən kommunist rejimi həmin dövrdə məscid və kilsələrə, nüfuzlu ruhanilərə qarşı amansız repressiyalardan yorulsa da dini təsisatlara ciddi nəzarəti əldən verməmişdi. İslam dininə bağlığı ilə seçilən Azərbaycanda cəmi 17 məscidin və bir ziyarətgahın - Gəncədəki "İmamzadə”nin rəsmi fəaliyyət göstərməyə icazəsi var idi. Belə bir vaxtda Şeyxülislam məqamına seçilən Qafqazın gənc dini rəhbəri maneə və qadağalara baxmayaraq bilik və bacarığını ortaya qoyaraq qısa müddətdə mühüm işlər görə bildi. Onun uzaqgörənliyi, əzmkarlığı sayəsində 1989-cu ildə Bakı İslam Mədrəsəsi yaradıldı və gələcək müstəqil Azərbaycan, eləcə də Qafqaz üçün dini kadrların hazırlanması yolunda ilk addımlar atıldı. 1991-ci ildə Moskvanın təzyiqlərinə rəğmən həmin mədrəsənin bazasında Bakı İslam İnstitutu təsis olundu.
QMİ sədri, Şeyxülislam Allahşükür Paşazadənin keçdiyi çətin və şərəfli yolu araşdıran tədqiqatçılar 1990-cı ilin 20 Yanvar hadisələri zamanı onun tutduğu prinsipial mövqeyə xüsusi diqqət ayırırlar. Bu da səbəbsiz deyil, dövlət müstəqilliyini və suverenliyini bərpa etməyə çalışan Azərbaycan xalqı həmin günlərdə sovet ordusunun misli görünməyən vəhşiliyinə məruz qaldı. Yüksək vəzifə tutan şəxslər, hakim partiyanın yerli rəhbərləri Qırmızı ordunun tankları Bakıya daxil olmazdan əvvəl qaçıb gizləndiyindən dövlət idarəçiliyi iflic olmuşdu. Belə bir mürəkkəb situasiyada məhz gənc Şeyxülislam Allahşükür Paşazadə önə çıxaraq dini lider kimi xalqımızı qəsbkarlara qarşı birləşdirə bildi. Şanlı tariximizdə xüsusi bir səhifə olan 20 Yanvar hadisələrindən 30 ilə yaxın bir müddət keçir, Şeyxülislam həzrətlərinin faciə günlərində nümayiş etdirdiyi müdriklik və qətiyyət, haqq səsimizin dünyaya çatdırılması üçün atdığı addımlar qədirbilən xalqımız tərəfindən ehtiramla qeyd edilir. Günahsız insanlara qarşı amansızlığın birbaşa baiskarı M. Qorbaçova ünvanladığı müraciət bu gün də öz siyasi əhəmiyyətini itirməyib:
"... Yanvarın 19-dan 20-nə keçən gecə və sonrakı günlər Bakıda törədilən vəhşiliklər heç bir ölçüyə sığmır. Şəhərin küçələri yüzlərlə günahsız qurbanların qanına boyanmışdır. Bunların arasında uşaqlar, qocalar və qadınlar vardır. Tankların tırtılları altında qalmış, pulyemyot və avtomatlarla deşik-deşik edilmiş cəsədlər insanı dəhşətə gətirir. Bir dövlət başçısı kimi sizin imzanızla törədilən bu qanlı qırğına, bu dəhşətli cinayətə heç bir bəraət ola bilməz...
...Bilin ki, bu faciə ilə bağlı əsl həqiqəti dünya ictimaiyyətinə çatdırmaq üçün əlimizdən gələni edəcəyik. Bir dövlət ki, imperiya hökmranlığı niyyəti ilə millətlərarası çaxnaşmanı aradan qaldırmaq əvəzinə, onu daha da qızışdırır, bir dövlət ki, öz ordusunu öz vətəndaşının qatilinə çevirir, bir dövlət ki, öz adamlarına layiqli güzərandan daha çox ölmək hüququ verir, belə bir dövlət ancaq nifrətə layiqdir...
...Bütün Azərbaycan xalqının iradəsini ifadə edərək mən, Bakıdan qoşun hissələrinin dərhal çıxarılmasını qətiyyətlə tələb edirəm. Heç bir xalqla, həmçinin azərbaycanlılarla silah gücüylə danışmaq olmaz. Bu 10 gün, Əfqanıstandakı kimi 10 il davam edə bilər. Amma gec-tez ədalət və haqq işi qələbə çalmalıdır. Allah-Təalanın izni ilə bu haqq işi Azərbaycanda qalib gələcəkdir. Qoy Allah-Təala bu fəlakəti mənim xalqımın başına gətirənləri, bu işə rəvac verənləri zəlil etsin...”
Şeyxülislamın rəsmi iqamətgahı sayılan Təzəpir məscidi Qanlı Yanvar günlərində ümummilli bir qərargaha çevrilmişdi. İdarə rəsmiləri, din xadimləri, Bakı İslam Mədrəsəsinin tələbələri 40 gün böyük bir fədakarlıqla çalışır, şəhidlərimizin islami qaydalara uyğun dəfn olunmasında yaxından iştirak edir, yaralılara baş çəkir, maddi yardımların şəhid ailələrinə çatdırılmasına çalışırdılar.
İşğalçı ordunun qətlə yetirdiyi insanların bu gün Şəhidlər Xiyabanı kimi tanıdığımız ərazidə dəfn edilməsini və şəhidlərimizlə vida mərasimində sovet ordusu əsgərlərinin şəhər küçələrində görünməməsini Şeyx həzrətləri o zamankı müdafiə naziri Yazovdan tələb edir. Marşal dini liderin tələbi qarşısında geri çəkilməyə məcbur olur.

Sovet ordusunun Bakını üzük qaşı kimi mühasirəyə aldığı həmin ağır günlərdə Şeyxülislamın cəsarətli müraciəti SSRİ rəhbəri Qorbaçovu və onun siyasətinə haqq qazandırmağa çalışan digər cəlladları ittiham edən və haqq səsimizi bütün dünyaya yayan ilk sənəd oldu. Dini liderinin ətrafında birləşməklə tarixin sınağından üzüağ çıxan Azərbaycan yenidən öz dövlət müstəqilliyini bərpa etdi. Allahşükür Paşazadəyə həm sovet zamanında, həm də müstəqillik dövründə Şeyxülislam kimi fəaliyyət göstərmək nəsib oldu.
Ölkəmizin ilk beynəlxalq təşkilata- nüfuzlu İslam Əməkdaşlıq Təşkilatına üzv qəbul olunmasında da Şeyxülislam həzrətlərinin müstəsna rolu var, 1991-ci ilin dekabrında o zaman İslam Konfransı Təşkilatı adlanan bu qurumun Dakardakı Zirvə toplantısında məhz QMİ sədrinin qətiyyətli mövqeyi və uzaqgörənliyi sayəsində Azərbaycan təşkilatın üzvlüyünə qəbul edildi.
Şərəfli tarixi olan Qafqaz Müsəlmanları İdarəsinə aid sənədlərin Gürcüstan Dövlət Arxivindən ölkəmizə gətirilməsi kimi çətin, həm də çox vacib məsələnin reallaşmasında Şeyxülislamın nüfuzu və fədakarlığı mühüm rol oynadı.
Elm adamı
12-ci Şeyxülislam təkcə dini rəhbər kimi deyil, həm də elm adamı kimi Azərbaycanda və dünyada böyük nüfuza malikdir. QMİ sədri 1992-ci ildə doktorluq dissertasiyası müdafiə edərək tarix elmləri doktoru elmi dərəcəsi alan ilk din xadimi olaraq da ölkə tarixinə düşüb. Şeyxülislam həzrətləri İslam tarixi və mədəniyyəti üzrə Azərbaycanda araşdırmalar aparan ilk tarixçi-islamşünasdır.
Onun "Qafqazda İslam”, "İslamda ümmət və şüubilik”, "Quranın təfsiri və tərcüməsi tarixi”, "Qurani-Kərimin ilahi hökmləri və öyrənilməsi tarixi”, "İslamda şəhidlik”, "Qurani-Kərimin ecazkarlığı”, "Qurani-Kərimdə insan təbiəti”, "Milli münasibətlər və din” əsərləri bu gün sanballı elmi mənbə sayılır.
Şeyxülislam həzrətləri ali təhsilimizin 100 yaşlı flaqmanı Bakı Dövlət Universitetinin professoru, Prezident yanında Ali Attestasiya Komissiyasının Ekspert Şurasının üzvüdür. Məhz Şeyxülislam Allahşükür Paşazadənin təşəbbüsü ilə 1997-ci ildə QMİ-də tanınmış elm və din xadimlərindən ibarət Elmi-Dini Şura yaradılıb. QMİ sədri savadlı, müstəqil dövlətimizin yeritdiyi din-dövlət siyasətinə töhfə verə bilən din xadimlərinin hazırlanmasına daim diqqət ayırır, QMİ-də din xadimləri üçün təkmilləşdirmə kursları, attestasiyalar təşkil olunur.
2015-ci ildə məhz dini liderin təşəbbüsü və xeyir-duası ilə Azərbaycan Milli Elmlər Akademiyası və Qafqaz Müsəlmanları İdarəsi birgə "İslam maarifçiliyi və müasir dövr” mövzusunda Beynəlxalq elmi-konfrans keçirib.
Gərgin iş qrafikinə baxmayaraq Şeyxülislam həzrətləri tez-tez dünyanın müxtəlif ölkələrində keçirilən elmi konfrans və sessiyalarda çıxış edir. Siyasi və dini baxımdan həssas ərazidə yaşayan Qafqaz xalqları ona həm dini lider, nüfuzlu ağsaqqal, həm də alim kimi həmişə böyük hörmətlə yanaşırlar.
Barış adamı
Dini lider, görkəmli ictimai xadim Allahşükür Paşazadənin mürəkkəb regionumuzda və eləcə də dünyada sülhün, sabitliyin qorunması üçün gördüyü işlər ölçüyəgəlməzdir. Şeyxülislam həzrətləri siyasi münaqişələrdə dindən alət kimi istifadənin yolverilməz olduğunu dəfələrlə bəyan edib, islamafobiyanın, ksenofobiyanın, antisemitizmin bütün bəşəriyyət üçün təhlükə olduğunu bildirib. Qafqazın dini lideri bütün çıxışlarında, dövlət rəhbərləri ilə görüşlərində xalqımızın ən böyük problemi-Qarabağ məsələsi barədə danışır, Ermənistanın işğalçılıq siyasətini, dini abidələrə qarşı vandalizm hərəkətlərini pisləyir, Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırır. Şeyxülislam həzrətləri ən yüksək tribunalardan dəfələrlə bildirib ki, xalqımız regionda və dünyada sülhə təhdid olan Ermənistan-Azərbaycan Dağıq Qarabağ münaqişəsinin sülh yolu ilə, beynəlxalq hüquq normalarına uyğun və ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll olunmasını istəyir.
Bütün dünyada barış adamı kimi tanınan Şeyxülislam Allahşükür Paşazadə sülhün, sabitliyin qorunmasına verdiyi töhfələrə görə müxtəlif ölkələrin ali orden və medalları ilə təltif edilib.
Son illər Azərbaycan dünyanın mənəvi mərkəzi kimi tanınır, multikulturalizmin və tolerantlığın nümunəvi modelinin təşviqinə çalışır. Ölkəmizin bu sahədə əldə etdiyi uğurlarda QMİ sədrinin danılmaz xidmətləri var. Şeyxülislam həzrətləri dinlər və sivilizasiyalararası dialoqun inkişafı ilə bağlı Azərbaycanın oynadığı mühüm rolu dünyanın hər yerində yorulmadan təşviq edir, istər Bakıda, istərsə də müxtəlif ölkələrdə konfrans və forumlar keçirir. Paytaxtımızda təşkil edilən Dünya Dini Liderlərinin Bakı Sammitində, MDB Müsəlmanları Məşvərət Məclisinin II iclasında, "MDB müsəlmanları sülh və stabil inkişaf tərəfdarlarıdır”, "Dini tolerantlığın möhkəmləndirilməsi” (Azərbaycan modeli, ATƏT regionu və onun hüdudlarından kənarda çağırışlar), "Qafqazda dini tolerantlıq ənənəsi və Azərbaycanın multikulturalizm modeli”, "İslam həmrəyliyi zamanın çağırışıdır”, "İslam həmrəyliyi: dini və mədəni müxtəlifliyin harmoniyası” mövzularında keçirilən beynəlxalq konfranslarda dünyaya mühüm mesajlar verilib.
Son illər Şeyxülislamın təşəbbüsü ilə İspaniya, Almaniya, Avstriya, Türkiyə, Finlandiya, İsveçrə, Rusiya və digər ölkələrdə yüksək səviyyədə təşkil edilən beynəlxalq konfrans və forumlarda Azərbaycan reallıqları, ölkəmizin dinlər və sivilizasiyalararası dialoqa verdiyi töhfələr təşviq olunub.
Bu il QMİ sədri Allahşükür Paşazadənin 70 yaşı, Şeyxülislam məqamına seçilməsinin 40 illiyi tamam olur. Ölkə prezidenti İlham Əliyev hər iki əlamətdar hadisənin təntənəli şəkildə qeyd edilməsi və yubiley tədbirləri çərçivəsində Dünya Dini Liderlərinin II Bakı Sammitinin keçirilməsi ilə bağlı sərəncamlar imzalayıb. Dövlət başçısı həmişə olduğu kimi, yubileylə bağlı sənəddə də Qafqazın dini rəhbərinin şəxsiyyətinə və fəaliyyətinə böyük dəyər verib: "...Şeyxülislam Allahşükür Paşazadə bütün həyatı boyu cəmiyyətdə mənəvi-əxlaqi dəyərlərin, və milli həmrəyliyin bərqərar olması yolunda səmərəli fəaliyyət göstərib. Yaxın tarixin keçmişimizdə xalqımızın yaşamış olduğu taleyüklü hadisələr zamanı həm dini rəhbər, həm də ictimai xadim kimi yüksək vətənpərvərlik və əsl vətəndaş mövqeyi nümayiş etdirib. Ölkəmizdə beynəlxalq hüquq normalarına və mütərəqqi tarixi ənənələrə əsaslan dövlət-din münasibətlərinin formalaşması, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması və təbliği sayəsində səmərəli xidmətlər göstərməkdədir”.
İnanırıq ki, Şeyxülislamın yubiley tədbirləri yüksək səviyyədə keçiriləcək, noyabrın 14-də öz işinə başlayacaq Dünya Dini Liderlərinin II Bakı Sammiti ölkəmizin dinlər və mədəniyyətlərarası dialoqun möhkəmləndirilməsi sahəsindəki aparıcı mövqeyini daha da gücləndirəcək, Azərbaycan həqiqətlərinin təbliği və təşviqinə vəsilə olacaq.
Bölməyə aid digər xəbərlər

Bu gün, 17:08
Oleq Bakinskinin şikayəti təmin olunmayıb
Bu gün, 16:21
İlham Əliyev BP şirkətinin rəsmisini təltif edib
Bu gün, 12:16
Dronlar Rusiyaya zərbələr endirib
Bu gün, 12:08
Əli Əsədov Qırğızıstana gedib
Bu gün, 10:57
Yaponiya 100 illik rekorda imza atıb
Bu gün, 10:53
Rusiyada azərbaycanlı iş adamını həbs etmək istəyirlər
Bu gün, 10:17
Gürcüstanda SOCAR-ın avtomobilinə silahlı hücum olub
Bu gün, 09:16
Putinin müharibə əleyhdarı olan silahdaşı istefa verib
Bu gün, 08:41
Kiyev yenə PUA-ların hücumuna məruz qalıb
Bu gün, 08:37
Obama Trampın qüsurunu açıqlayıb
Dünən, 16:56
Aİ komissarı Azərbaycana gəlir
Dünən, 16:39
Keçmiş səfirin qızına cinayət işi açılıb
Dünən, 15:01
Vəkil Cavidan Osmanlıya cinayət işi açılıb
Dünən, 14:27
Toxunuş qızılın kütləsini azaldır
Dünən, 13:49
"Bakı Kart"a digər şəxs rəhbərlik edəcək
Dünən, 12:39
Deputat: “Güzəşt müddəti uzadılsın”
Dünən, 11:44
İsrailin Qəzzaya hücumları davam edir
Dünən, 11:19
İlham Əliyev Donald Trampa təşəkkür edib
Dünən, 10:09
Sumqayıtda ər arvadını, daha sonra isə özünü öldürüb
Dünən, 09:25
Qurban Qurbanov: "Biz bu oyundan həzz almalıyıq"
16-09-2025, 17:39
Ali Məhkəmənin hakimi təqaüdə göndərilib
16-09-2025, 15:55
İlham Əliyev və BƏƏ prezidenti Yeni Şuşa məscidində - Fotolar
16-09-2025, 15:11
Cəlilabadda məktəbli bıçaqlanıb
16-09-2025, 10:59
Nazir: “Müharibə 60 və ya 90 günə bitə bilər”
16-09-2025, 10:28
Tramp qəzetdən 15 milyard dollar təzminat istəyir
16-09-2025, 08:12
Fəalın qətlində təqsirləndirilən şəxsi edam edəcəklər
16-09-2025, 07:55
Rubio: Tramp münaqişəyə son qoymağa çalışır
15-09-2025, 18:00
Şuşada külli miqdarda silah-sursat aşkarlanıb
15-09-2025, 17:51
Bakıda və rayonlarda leysan yağacaq - Xəbərdarlıq
15-09-2025, 16:57
İş adamı Vüsal Abbasov həbs edilib
15-09-2025, 14:44
Nazirliyin Aparat rəhbəri vəzifədən azad olunub
15-09-2025, 13:38
Prezident Ərdoğan Qətərə gedib
15-09-2025, 11:23
Təyyarə qəzasından yalnız pilot sağ çıxıb
15-09-2025, 11:09
Füzulinin Qaraxanbəyli kəndinin layihəsi açıqlanıb
15-09-2025, 11:06
İlham Əliyev Xocalıda daha bir kəndə baş çəkib - Fotolar
15-09-2025, 10:22
Donald Tramp İsrailə xəbərdarlıq edib
15-09-2025, 09:34
Bakıda mənzildən meyit tapılıb
15-09-2025, 08:57
Xəzər dənizində zəlzələ baş verib
15-09-2025, 08:08
Husilər silahı yerə qoymağı düşünmürlər
15-09-2025, 07:55
“Çarli Kirk şousu”nu Vens aparacaq
15-09-2025, 07:39
Azərbaycanda Bilik günü qeyd olunur
14-09-2025, 10:29
Dünya çempionatı Bakıda keçiriləcək
14-09-2025, 10:05
İki qəzada üç nəfər həyatını itirib
13-09-2025, 20:48
Deputat 120 şagirdə məktəb ləvazimatları verib - Fotolar
13-09-2025, 15:55
“Space TV”nin yayımı 6 saatlıq dayandırılacaq
13-09-2025, 15:44
Sosial şəbəkələrdə dələduzluq edən şəxs saxlanılıb
13-09-2025, 12:30
Bakıda tikinti şirkətinin rəhbəri axtarışa verilib
13-09-2025, 12:25
"Vüsal 300" kimi tanınan iş adamına cinayət işi açılıb