00:24 / 23-03-2025
Azərbaycan millisi uduzub
13:47 / 21-03-2025
Quzu əti - Hekayə
09:45 / 21-03-2025
Rayonlara qar yağıb
“Türk axını” qaz kəmərinə təhlükə yaranıb
Tarix: 17-03-2023 17:06 | Bölmə: Xəbərlər
“Türk axını” qaz kəmərinə təhlükə yaranıb

Rusiyanın “Su-27” qırıcısı ilə qarşılaşdıqdan sonra Qara dənizə düşən Amerikanın “MQ-9 Reaper” pilotsuz təyyarəsi akvatoriyanın “Türk axını” qaz kəmərinin keçdiyi hissəsinin üzərindən uçub. Bu, “Türk axını”na təxribat törətmək üçün ABŞ-ın mümkün planlarından xəbər verir. Reyting.az-ın məlumatına görə, belə bir iddia ilə Rusiya Qəhrəmanı, general-mayor Sergey Lipovoy mətbuat konfransında çıxış edib.

Lipovoyun fikrincə, dron hansısa səbəbdən həmin ərazidə olub və “Türk axını” ərazisində kəşfiyyat məlumatları ABŞ-ın Baltik dənizində “Şimal axını” partlayışında iştirakının yeni sübutu sayıla bilər.

Xatırladaq ki, dünən Rusiya hərbçiləri 900 metr dərinlikdə Amerika pilotsuz təyyarəsinin qəza yerini aşkar edib və onun qalıqlarını qaldırmağa hazırlaşdıqlarını bildiriblər.

E. KAMAL




Bölməyə aid digər xəbərlər
21-03-2025, 09:08 Ağsuda zəlzələ olub
17-03-2025, 15:19 Müğənni həbs edilib