Qadını döyən məşhur aktyor saxlanılıb - Foto
Tarix: 27-03-2023 00:02 | Bölmə: Xəbərlər / Mədəniyyət
Qadını döyən məşhur aktyor saxlanılıb

"Creed" filminin baş rol ifaçısı amerikalı məşhur aktyor Conatan Meyjors saxlanılıb.

Reyting.az
xəbər verir ki, bu barədə Nyu-York Polis İdarəsindən verilən yazılı açıqlamada məşhur aktyorun 30 yaşlı qadına mübahisə zəminində zərbə endirdiyi bildirilib: "Zərərçəkmiş polisə hücuma məruz qaldığını bildirib. Bu şikayət üzrə 33 yaşlı aktyor saxlanılıb".

Məlumata görə, hücuma məruz qaldığı iddia edilən qadın baş və boyun nahiyəsindən yüngül xəsarətlər alıb: "O, hazırda xəstəxanada müalicə olunur".

Conatan Meyjorsun meneceri isə mətbuata açıqlamasında ididanı qəbul etməyib: "O, heç kimi vurmayıb. Biz onun günahsızlığını sübut etmək üçün əlimizdən gələni edirik".

Xatırladaq ki, 2011-ci ildə aktyorluğa başlayan və 2017-ci ildə "When We Rise" filmindəki rolu ilə tanınan Conatan Meyjors daha sonra "White Boy Rick", "The Last Black Man in San Francisco" və "Quantumania" kimi filmlərdəki rolları ilə məşhurlaşıb.

O, son "Creed III" filmində boksçu rolunda çıxış edir.

Lalə
Reyting.az






Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}