Yayda tez və sağlam arıqlamağın yolu nədir?
Tarix: 25-05-2023 08:35 | Bölmə: Xəbərlər
Yayda tez və sağlam arıqlamağın yolu nədir?

“Sağlam arıqlamaqdan ötrü bəzi vərdişləri dəyişmək və aşağı kalorili menyudan imtina etmək lazımdır”.

Reyting.az
-ın xəbərinə görə, bu barədə tanınmış nutrisioloq və terapevt Nadejda Çernışova öz məsləhətlərini verib.

“Veçernaya Moskva” nəşrinə müsahibəsində ekspert yay fəslində çəkini azaltmağın tez və ziyansız üsulundan danışıb. Onun sözlərinə görə, qəbul edilən kalorinin kəskin azaldılması doğru deyil, çünki pəhrizdən sonra bir qayda olaraq əvvəlki çəki yenidən bərpa olunur.

“Arıqlamağa deyil, yaxşı fiziki formaya düşməyə çalışın. Əzələlərinizi möhkəmləndirin, düzgün qidalanma rejiminə riayət edin və fiziki fəallığınızı yalnız yay mövsümündə deyil, ilboyu davam etdirin. Məhz bu yolla tədricən çəkinizi məqbul həddə qədər azalda və sağlamlığınızı qoruyub saxlaya bilərsiniz”, – mütəxəssis bildirib.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}