10:40 / 19-09-2025
Rusiya Kiyevə yenidən hücum edib
10:27 / 19-09-2025
Donald Tramp Çinlə razılaşmağın yolunu tapıb
10:23 / 19-09-2025
Milli Məclisdə Dövlət Suverenliyi Günü ilə bağlı konfrans keçirilir
10:14 / 19-09-2025
Rusiya Ukrayna sərhədi yaxınlığında PUA meydançası qurub - Foto
10:14 / 19-09-2025
Təhsil Nazirliyi kompüter və noutbuklar alır - 40 milyonluq
10:08 / 19-09-2025
Səs yazısı yayılan məktəb direktoru haqqında araşdırma başlayıb
09:57 / 19-09-2025
Azərbaycan-Aİ yüksək səviyyəli işçi qrupu yaradılır
09:48 / 19-09-2025
804 magistr ödənişsiz təhsil almaq hüququ qazanıb
09:38 / 19-09-2025
Yeni filmin çəkilişinə razılıq verilib
09:28 / 19-09-2025
"SpaceX" 17 milyard dollara qlobal rabitə tezlikləri alıb
09:21 / 19-09-2025
KXDR lideri PUA sınaqlarını müşahidə edib
09:16 / 19-09-2025
Avtomobil məktəbə gedən bacı-qardaşı vuraraq öldürüb
09:11 / 19-09-2025
Rusiyada 7,2 bal gücündə zəlzələ baş verib
09:06 / 19-09-2025
Madonna yeni albom buraxacaq
09:01 / 19-09-2025
Son sutkada Qəzzada 79 nəfəri öldürüblər
08:57 / 19-09-2025
Keçmiş prezident rüşvətxorluqda ittiham olunur
08:51 / 19-09-2025
Moldova Sosialist Partiyası etiraza hazırdır
08:45 / 19-09-2025
Tramp: Ukrayna münaqişəsi dünya müharibəsinə çevrilməyəcək
23:44 / 18-09-2025
ABŞ BMT Təhlükəsizlik Şurasında Qəzza ilə bağlı qətnaməyə veto qoyub
21:46 / 18-09-2025
Ceyhun Bayramov Aİ komissarı ilə müzakirə aparıb
21:18 / 18-09-2025
Bakıda onlayn qumar təşkil edənlər saxlanılıb - Video
18:23 / 18-09-2025
ABŞ istehsalı olan raket rekord qırıb
18:00 / 18-09-2025
Mourinyonun yeni klubu bəlli olub
17:52 / 18-09-2025
MEDİA-nın Müşahidə Şurasının iclası keçirilib - Fotolar
17:47 / 18-09-2025
Müğənni cinsi təcavüzdə təqsirli bilinib - Video
17:38 / 18-09-2025
Yılmaz Vural baş məşqçi təyin olunub
17:16 / 18-09-2025
Yeni film tənqidçilərdən yüksək qiymət alıb - Foto
17:08 / 18-09-2025
Oleq Bakinskinin şikayəti təmin olunmayıb
17:00 / 18-09-2025
Rusiya və Ukrayna hərbçilərin meyitlərini mübadilə edib
16:54 / 18-09-2025
Xalq artisti xəstəxanadan evə buraxılıb
13:31 / 16-09-2025

18:40 / 14-09-2025

13:50 / 14-09-2025

15:37 / 14-09-2025

13:02 / 15-09-2025

13:17 / 14-09-2025

15:11 / 15-09-2025

13:39 / 16-09-2025

00:04 / 16-09-2025

22:16 / 17-09-2025

20:02 / 15-09-2025

“Gördün... Elmira Qafarova kişi qızıdır”
Tarix: 19-01-2019 00:13 | Bölmə: Mahir Qabiloğlu

20 yanvar, qanlı yanvar. Çoxları bu günü qəhrəmanlıq salnaməmiz adlandırır. Amma mən bu günü sadəcə qəhrəmanlığımızın son zirvəsi adlandırıram. Əlbəttə ki, subyektiv fikrimdir. Çünki bundan yuxarı qalxa bilmədik. Əksinə, aşağı yuvarlandıq. Məncə isbata da ehtiyac yoxdur. Sadəcə, 29 ildə keçdiyimiz yola, verdiyimiz qurbanlara, torpaqlara baxsaq bəs edər.
Mən həmin günlərə bir yazıçı övladı kimi nəzər salacağam. Şərhsiz-filansız. Sadəcə, ”Deyilən söz yadigardır” prizmamdan. Çox çətin günlər idi. Təki olmayaydı.
Qabil müəllim, otur maşına
20 yanvarın səhəri. Televizor işləmir. AzTV-nin enerji bloku partladılıb. İnformasiya blokadasındayıq. Bircə Mirzə Xəzərin səsi gəlir. Çox qəribə idi. Sovet dövrü olmasına baxmayaraq xarici radio ilə telefon əlaqəsi saxlamaq mümkün idi. Atam səhər tezdən geyinib aşağı düşdü. Daxili İşlər Nazirliyinin qabağından keçəndə səliqəli geyinmiş, üzü qırxılmış bir polis generalı gülə-gülə:
- Salam, Qabil müəllim! Necəsən?
- Sən bizim Soltan Məmmədovun qardaşı olmasaydın, deyərdim sənə necəyəm! Nazir olmağına-zada baxmazdım,- deyib üzü akademiyaya tərəf addımlamağa başlayır.
Səmada isə vertolyotlar uçuşur. Və yerə vərəqələr atırlar. Xəbərdarlıq edirlər ki, bəs şəhərə ordu girib, komendant saatıdır. Guya ki, camaatın xəbəri yoxdur. Necə deyərlər, “toydan sonra nağara”
Bu an bir “Zaparojest” markalı maşın dayanır.
- Qabil müəllim, otur maşına.
- Sən kimsən, ay bala.
- Qabil müəllim, sizi tanıyanlardan biri. Gecə elə şeylər baş verib ki... Bunları mənim yox, sizin görməyiniz daha vacibdir. Danışan dilimizsiniz.
Atam maşına minir. Naməlum adam atamı 11-ci Qızıl Ordu heykəli və əks istiqamətdə baş verən faciənin qanlı izləriylə gəzdirir. Atam da gecə baş verənləri, həlak olan günahsız, əliyalın tankın qabağına çıxan insanların cəsədlərini öz gözləriylə görür. Beləcə, həmin gün “Mərsiyə” dünyaya gəlir:
Gecəni atəş ilə qırmızı dan eylədilər,
Xalqımı-millətimi güllə-baran eylədilər!
Tutulub vahimədən nitq bu gün, dil bu səhər,
Bəzəyib Abşeronu qanlı qərənfil bu səhər,
Bakı fəryad eyləyir, gözdən axır sel bu səhər.
Gəmilər nalə çəkir, ərşə çıxır zil bu səhər,

Öz qızıl ordumuzun Yurdumuza qəsdinə bax,
Üstümə tank yeridən fitnəkarın şəstinə bax,
Gözü qanımla xumar düşmənimin məstinə bax,
Qara bayraqlarımın cərgəsinə, dəstinə bax,

Öldü gənc, öldü uşaq, öldü gəlin-qızlarımız;
Ölmədi! Şanlı şəhid oldu neçə yüzlərimiz,
Bu saat kərbübəla düzləridir düzlərimiz;
Necə qan ağlamasın üzlərimiz-gözlərimiz?!

Kim görüb böylə, mərasim ola milyonlar ilə?
Bakı insan axınıyla dola milyonlar ilə,
Salına şanlı şəhidlər yola milyonlar ilə,
Analarla bacılar saç yola milyonlar ilə,

Qəbrin üstündə də heç kukla olar çanta ilə,
Ağ gəlinlik fatası... qırmızı al lenta ilə,
Bəs Kremlin görəsən fərqi nədir Xunta ilə?!
Açınız tarixi, həm indi elə, onda elə...

Düşdü dildən-dilə bu qətl, bu matəmgahımız,
Çatdı hər ölkəyə bu şərhi-bəyani ahımız,
Gördü aləm ki aman... cəlladımızmış şahımız...
Yoxsa da bir kəsimiz, vardı fəqət, Allahımız,

Hər qızıl gülü məzar - sinəmizin dağı, məzar!
Əyilir üstünə göy qübbəsinin tağı, məzar!
Hər məzar qanlı beşik - laylaları ağı, məzar!
Dayanıb kam alacaq bizdən hələ yağı, məzar!

Ey vətən oğlu, vətən övladı, sil göz yaşını!
Qan haçan yerdə qalıb, tazələ öz yaddaşını!
Çox görüb, Qabil, Azərbaycanım işğal qoşunu,
Görməyib ancaq hələ böylə cinayət işini...
Yazmışıq təqvimə qan ilə bu yanvar qışını,

Partiya biletlərini yandırmaq mərasimi
Ertəsi gün ziyalılar Akademiyanın Rəyasət Heyətinə axışırlar. Etiraz əlaməti olaraq partıya biletlərini də yandırırlar. Bəxtiyar Vahabzadə, Qabil və digər vətənpərvərlər də bu aksiyanın önündə gedirlər. Sayını deyə bilmərəm. Amma Sovet Ordusunun hələ də şəhərdə olduğu, komendant saatının at oynatdığı, meydan suladığı bir dövrdə bu, çox ciddi və siyasi addım idi.
Haşiyə: Hüseyn Arifə də çatdırırlar ki, bəs ziyalılar etiraz əlaməti olaraq partiya bilətlərini yandırıblar. Bəxtiyar Vahabzadə də bu siyahıda birincidir. Hüseyn Arif də:
- Yalan deyir, evdə üç dənəsi də var.

Qonşumuz Bayram Bayramov hardansa 20 Yanvar gecəsi baş verənlərin videokassetini əldə etmişdi. Onlarda videomaqnitafon olduğundan atamı da çağırmışdı ki, gəl birgə tamaşa edək. Mənə isə icazə vermədilər.
Yanvarın 20-si Bayram əmi bizdəydi. Çox qəribə olsa da Azərbaycan Dövlət radiosu fəaliyyət göstərirdi. Əlbəttə ki, yalnız simfonik musiqi verirdilər. Amma ara-sıra komendantın elanları da eşidilirdi. Elə bu zaman Azərbaycan SSR Ali Sovetinin sədri Elmira Qafarovanın səsi gəldi. Bəyanat verirdi. Bayram əmi yerindən durub servantın üstündəki radioqəbulediciyə yaxınlaşdı. Diqqətlə Elmira Qafarovanın bəyanatına qulaq asmağa başladı:
“Azərbaycan SSR-nin suverenliyinin kobud surətdə pozulması, SSRİ Ali Sovetinin Rəyasət Heyəti tərəfindən respublikanın paytaxtı Bakı şəhərində fövqəladə vəziyyət elan edilməsi ilə əlaqədar olaraq Azərbaycan xalqı, Respublikanın bütün vətəndaşları adından qəti etirazımı bildirirəm.
Fövqəladə vəziyyət elan etmək üçün ağır döyüş texnikasından və avtomat silahlardan istifadə etməklə dinc əhaliyə qarşı amansız tədbirlər görülmüşdür. Bu isə çoxlu insan təlafatına gətirib çıxarmışdır. Həlak olanlar arasında gənclər, qadınlar, qocalar, uşaqlar da vardır...
...Azərbaycan xalqı özünün oğlan və qızlarının bu cür faciəli surətdə həlak olmasını heç kəsə bağışlamayacaq”.
Bəyanat başa çatdı. Bayram əmi üzünü atama tərəf döndərib:
- Qabil, gördün... Elmira Qafarova kişi qızıdır.
Bəxtiyar, İsmayıl, mən... üçümüzü də qıracaqdılar
Radionun işlədiyini görən atam, Bəxtiyar Vahabzadə və İsmayıl Şıxlı üz tuturlar telestudiyaya. Həyətə girəndə əli avtomatlı əsgərlər və bir general kəsir bunların qabağını. Zabitə izah edirlər ki, bəs biz filankəsik, deputatıq – xalqa müraciət etmək istəyirik. General da mədəni surətdə cavab verir ki, “nelzya”, yəni ki olmaz. Bu sözdən sonra üçü də geri dönüb qayıdırlar. Bir neçə addım gedəndən sonra Bəxtiyar Vahabzadə geri dönür. Yeyin addımlarla generala yaxınlaşaraq “Cəllad!” deyib üzünə tüpürür. Əsgərlər də bunu görüb avtomatların “zatvor”unu çəkirlər. Yəni ki, atəş açmaq hazırlığına gətirirlər. General isə əliylə işarə verir ki, silahları salın aşağı. Beş-on saniyə rus generalıyla göz-gözə qalan Bəxtiyar əmi atamgilin yanına qayıdır:
- Getdik!
Haşiyə: Bu əhvalatı atam Bayram əmiyə də danışdı. Bayram əmi də.
- Bəxtiyarın da bu “pokazuxa”lığı olmaya da.
Partiya biletini qaytardım və qaytardılar
Şəhidlərin üçü günü Universitetin filologiya fakültəsinin 5-ci kursunda oxuyan altı nəfər partiyacı tələbə - mən və beş qız – Şəhidlər xiyabanını ziyarət etdik. Sonra universitetə gəlib partiyadan imtinayla əlaqədar ərizə yazdıq, partiya biletimizi təhvil verdik.
Torpaq soyudar deyərlər. Şəhidlərin 40-ı çıxan günün səhəri dərsə gəldik. Gördük ki, partiya iclasıdır. Çox güclü arqumentlərin qarşısında partiya biletini geri qaytardılar. Sonradan eşitdim ki, o boyda fakültədən üç nəfər üzvlükdən imtina edib. Onlardan biri də professor Bəxtiyar Vahabzadə idi.
AzTV-də 20 Yanvar şousu
20 Yanvar hadisələri mənimçün bir də 90-cı illərin sonunda təkrar olundu. AzTV-də işləyirdim. Ümumi kollektivin adından prokurorluğa müraciət qəbul edildi ki, bəs Elşad Quliyev sədr olanda enerji blokunun partladılmasından əvvəlcədən xəbərdar imiş. Bəs bunu bilə-bilə heç kimə xəbər verməyib. Çox “gözəl” məntiq idi, faciə törədənlər qalıb bir yanda, Elşad Quliyev yenidən qayıdıb gündəmə. Hətta 1990-cı ildə 10-15 yaşı olanlar, televiziyada işləməyənlər də bu müraciətə qol çəkmişdilər. AzTV-yə müstəntiq də gəlmişdi. Sonda məlum oldu ki, bu oyun sadəcə, televiziya professionalı Elşad Quliyevin yenidən sədrliyə qayıtmasının qabağını almaq üçünmüş. Bilmirəm kimin ideyasıydı. Amma bəhrəsin vermişdi. 20 yanvar Elşad Quliyevin torbasını tikmişdi.
Son
20 Yanvarda və sonralar çox hadisələr olub. Bu haqda çox şeylər yazılıb. Bu da mənim yadımda qalanlardır. Sadəcə yazdım…
Bölməyə aid digər xəbərlər

Müəllifin bütün yazıları - Mahir QABİLOĞLU
Bölməyə aid digər xəbərlər
6-08-2024, 15:34
Mahir QABİLOĞLU - İlqar Musa oğlu - Mənim canlı ensiklopediyam - Mahir Qabiloğlu yazır
27-10-2021, 10:26
Mahir QABİLOĞLU - İsmixan Rəhimov kimdir və ya “İstiqlal” ordeni ilk olaraq kimə verilməliydi?
12-04-2020, 18:47
Mahir QABİLOĞLU - O dünyadan Anara, Fikrətə, Sabirə, bir az da Çingizə... - Fotolar