21:22 / 26-02-2026
İsrail Livanın yaşayış məntəqəsinə zərbələr endirib
20:34 / 26-02-2026
Ramazanın 9-cu günü: dua, imsak və iftar vaxtı
19:26 / 26-02-2026
İran uranın zənginləşdirilməsini dayandıra bilər
19:06 / 26-02-2026
Leyla Əliyeva Vətən müharibəsi qazisini ziyarət edib - Fotolar
18:03 / 26-02-2026
İqtisadi Şuranın iclası keçirilib
17:45 / 26-02-2026
Rusiya almaz bazarlarından birini itirir
16:53 / 26-02-2026
İlham Əliyev Xocalı Soyqırımı Memorialının açılışında iştirak edib - (Yenilənib-3)
16:53 / 26-02-2026
Efiopiyanın baş naziri Azərbaycanda səfərdədir
16:47 / 26-02-2026
İlham Əliyev Rəcəb Tayyib Ərdoğana zəng edib
16:43 / 26-02-2026
Epşteyn qalmaqalı: Dünya İqtisadi Forumunun rəhbəri istefa verib
16:25 / 26-02-2026
Xalq artistinin həyat yoldaşı vəfat edib
16:24 / 26-02-2026
Deputat seçicilərini aldadır
16:10 / 26-02-2026
Milli Məclis beynəlxalq təşkilatlara müraciət ünvanlayıb
16:01 / 26-02-2026
Çin tank sayına görə lider ölkədir
15:48 / 26-02-2026
AFFA iki klubu cəzalandırıb
15:02 / 26-02-2026
Peskov: Danışıqlarda nüvə ritorikası gözardı edilə bilməz
14:41 / 26-02-2026
Sabiq deputatı cərimələyiblər
14:06 / 26-02-2026
Zelenski: 420 dron və 39 raketin hücumuna məruz qalmışıq
13:56 / 26-02-2026
Rusiya üçün raket və nüvə hücumlarını zərərsizləşdirmək asanlaşır
13:27 / 26-02-2026
Saleh Məmmədovun fəaliyyətini araşdırırlar
13:07 / 26-02-2026
Cenevrədə ABŞ-İran danışıqları başlayıb
13:01 / 26-02-2026
Apteklərdə nöqsanlar aşkar edilib
12:50 / 26-02-2026
Dünya üçün qorxunc proqnozlar veriblər
12:34 / 26-02-2026
Sabahın hava proqnozu açıqlanıb
12:26 / 26-02-2026
Orban Zelenskiyə qəzəbli şikayət məktubu yazıb
12:22 / 26-02-2026
Cəbrayıl sakini iş yoldaşları tərəfindən bıçaqlanıb
12:17 / 26-02-2026
Fuad Həsənov 51 kq narkotiklə saxlanılıb
12:13 / 26-02-2026
Pezeşkian: İran nüvə silahlarına qarşıdır
12:05 / 26-02-2026
Onun milli jurnalistikada yeri görünür - Foto
11:59 / 26-02-2026
Britaniya ukraynalılara sığınacaq vermək istəmir
15:02 / 24-02-2026
Urusun adamı - Etibar Cəbrayıloğlu yazır
15:52 / 23-02-2026
Dövlət Agentliyinin sədri vəzifədən azad edilib
15:45 / 23-02-2026
Polkovnikə maraqlı məktub - Fotolar
13:28 / 24-02-2026
Keçmiş rektorun milyonluq mülkləri müsadirə olunub - Siyahı
23:30 / 23-02-2026
Rusiya ABŞ-a İranla bağlı çağırış edib
14:24 / 23-02-2026
Ağdərənin 4 kəndinə köç karvanı gedib - (Yenilənib)
11:55 / 23-02-2026
Prezident bu şəxsləri təltif edib - Siyahı
17:02 / 24-02-2026
Məktəb direktoruna təzyiq altında ərizə yazdırıblar - Fotolar
11:43 / 23-02-2026
Hərbi xidmətə çağırış başlayır
15:59 / 24-02-2026
İcra hakimiyyətinin 43 əməkdaşı vəzifədən azad edilib
21:11 / 23-02-2026
Ramazanın 6-cı günü: dua, imsak və iftar vaxtı
23:40 / 24-02-2026
DTX Gültəkin Hacıbəylinin evində axtarış aparıb - (Yenilənib)
Bizim general Əfqan Nağıyev - Mahir Qabiloğlu yazır
Tarix: 29-09-2021 20:41 | Bölmə: Mahir Qabiloğlu

Çox istərdim ki, “Ümid sənədir ancaq, Azərbaycan əsgəri” şeirinin müəllifi, Xalq şairi Qabil bu gün sağ olaydı. Valideynlərini son 30 il ərzində itirən bütün övladlar yəqin ki, belə düşünür. O cümlədən prezidentimiz İlham Əliyev də... Qələbə günlərimizi görmək onlara nəsib olmadı. Amma bu son bir ilin zaman kəsiyində atamın sağ qalıb daha bir gerçəkliyə şahidlik etməsini də istədim. Buna səbəb 8 fevral 1995-ci ildə yazdığı,
Çeçen aullarında
Xalq torpaq vayındadır
Sinəsində avtomat.
Nəsimi bazarında
Xalq qarın hayındadır
Əlində ölü manat.
Bomba yağmurlarından
Çeçen xərabələri
Xalqın şöhrət tacıdır.
Bir daşı laxlamayan,
Gəlməylə dolub daşan,
Qaçqınla dolub daşan,
Köçkünlə dolub daşan,
Veyillə dolub daşan,
Möhtəkirlə, qatillə,
Düşgünlə dolub-daşan
Bu adlı-sanlı Bakı,
Tarixi şanlı Bakı
Sədəqə möhtacıdır.
misralarıyla başlanan “Nəsimi bazarında” şeiri idi. Bakının Nəsimi bazarında gördükləriylə Çeçen aullarında xalqın rus ordusuyla savaşına bir Xalq şairinin özəl baxışları və uğurlu müqayisəsi. Bu yazımda şeiri misra-misra verib, müzakirə etmək deyil fikrim. Bircə bəndinə görə xatırladım o zaman kəsiyinin inikası olan poeziya nümunəsini. Hansı bənddir?
Nəsimi bazarında
Vur çattasındı, vallah!
Babək də, Koroğlu da
Nağıl Ac-ındı, vallah!
Azərbaycan torpağı
Doludur generalla.
Bir general, ay çeçen,
Sənin bəsindi, vallah...
Əlbəttə ki, çeçen general deyəndə şair Qabil Çeçenistanın o vaxtkı prezidenti Cövhər Dudayevi nəzərdə tuturdu. Görəsən bu günləri görsəydi, Qarabağ müharibəsində indiki generalların - həm cəbhədə, həm qərargahda - göstərdikləri qəhrəmanlığa şahidlik etsəydi nə deyərdi? Şeirindənmi imtina edərdi? Yox. Çünki dövran, zəmanə yazmışdı o şeiri. Yəqin ki, yenisini yazardı. Bu qəhrəman generallarımızı, zabitlərimizi, əsgərlərimizi bu gün hamı tanıyır, şəhidlərimizə rəhmət, yaralılara şəfa, qazilərimizə uzun ömür diləyir. Niyə “Qarabağ əlilləri” ifadəsi işlətmədim? Çünki onların yarası heç vaxt sağalmayacaq. Onlar da, qazilər də hər gecə yuxularında döyüşə gedəcəklər. Ruhən Vətən yarasını sağaltdıqlarına görə rahatdırlar. Amma yanında mərmi partlamasından tikə-tikə olan döyüş yoldaşlarının qarşısında özlərini günahkar sayırlar. Nə qədər qayğıyla əhatə olunsalar da, olunmasalar da. “Təki mən də dostumla şəhid olaydım” ifadəsi də dillərindədir. Bunu hardan bilirəm? Çünki bu 44 günlük savaşda bədnam hərbi termin olan “fərari” ifadəsinə heç kim rast gəlmədi. Ona görə də “əlil” adını, üstəlik də qruplara bölünməsini onlara yaraşdırmıram. Sağ qalanlar da, fiziki imkanlarını itirənlər də hamısı yaralı sayılır. Bəziləri bəlkə də ömürlük kabab, qaralı plov yeməyə də həsrət qalacaqlar. Qurbanlıq kəsiləndə isə… Çünki… Bu döyüşlərə rəhbərlik edən generallar isə… Axı ölən və yaralananlara onlar tabeçiliklərində olan zabit və əsgərlər kimi baxmayıblar. Onlar generalların silahdaşlarıydı. Bərabər idilər. Eyni qabdan su içir, eyni kotyoldan yemək yeyirdilər. Döyüş meydanında hamı bərabərdir, hamı əsgərdir. Arxa cəbhədəki ata-ana isə öz övladını bu ata komandanlara, bu ata komandirlərə əmanət etmişdilər – diri, sağ-salamat, şaquli vəziyyətdə. O isə bəzi silahdaşlarını geriyə üfüqi vəziyyətdə göndərirdi: bəzilərini xərəkdə, bəzilərini tabutda. Bu döyüş meydanında generallarımızdan da böyük var idi. Bütün məsuliyyəti öz üzərinə götürən, hamının 30 il gözlədiyi “İRƏLİ” əmrini verməyə özündə güc tapan, özü də hərbi geyim geyən Ali Baş Komandan.
Girişim bundan da böyük ola bilərdi. Amma başlığı niyə belə qoymağıma hamınız təəccübləndiz. Axı niyə məhz “Bizim general Əfqan Nağıyev”? Ümumilikdə bu yazını bütün generallarımıza aid edə bilməzdinmi? Həm də ki, Dövlət Sərhəd Xidməti rəisinin müavini, general-leytenant Əfqan Nağıyevin hələ ki, ictimaiyyətə çox da açıqlanmayan, yazılmayan 44 günlük xidmətlərindən, qəhrəmanlığından, bacarıqlı hərbi xadim kimi özünü göstərməsindən, “Qarabağ” ordeniylə, Cəbrayıl, Zəngilan, Füzuli rayonlarının azad olunmasına görə medallarıyla təltif olunmasından demək olar ki, bir il keçib. Niyə indiyə qədər yazmadın onun barəsində? Bəs həbs olunanda niyə müdafiəsinə qalxmadın? Düz fikirləşirsiniz. Amma səbəb var. Bir az əvvəldən başlayaq. Yavaş-yavaş gələk bu günlərə.
Tələbəlik illəri
1983-cü ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsinə daxil oldum. Amma bundan bir il sonra xəbər tutdum ki, demə eyni vaxtda Əfqan Nağıyev adlı bir abituriyent də tələbə adını qazanıb. Fizika fakültəsində oxuyur. Gələcəyin fiziki və ya fizika müəllimi olmaq arzusundadır. Bunu bir ildən sonra bildim - təsadüfən. Təsadüf də ondan ibarət idi ki, mən onların qrupunda oxuyan bir qıza aşiq olmuşdum. Onlara nə? Necə yəni nə? O vaxtın cayılları belə şeylərə pis baxırdılar. Qrup yoldaşıyla qabağımı da kəsdilər. Hətta ultimatum da verdilər ki, bir də sən o qızın dalıyca gəlsən... Xırdalıqlara çox da varmayaq. Yox, döymədilər. Başqa səbəb var idi. Əfqanın dostu istəmirdi ki, qoz ağacına ondan başqa da daş atan olsun. Hər halda mən belə başa düşdüm. Əsgərlikdən qayıdandan sonra isə münasibətlər normallaşdı. Niyə? Dedim axı xırdalıqlara varmayaq...

General-leytenant Əfqan Nağıyevlə ilk tanışlığım belə başladı.
Yasda ikinci tanışlıq
Xalam Raisə generalşa idi. Sərhəd Qoşunları komandanı olmuş Abbasəli Novruzovun həyat yoldaşıydı. Rəhmətə gedən günün səhəriydi. Məclisdə oturmuşduq. Sərhəd Qoşunları Aparatının rəisi, general-mayor Elçin İbrahimova zəng etdim ki, bir söz soruşum. Dedi ki, yoldayam, gəlirəm. Orda danışarıq. Elçin atamın dayısı oğlu olan Zaurun oğludur. Dayınəvəsi-bibnəvəsi sayılırıq. Yasdan çıxanda hündür, enlikürək, general geyimində birinin bizə yaxınlaşdığını, gülə-gülə yaxınlaşdığını gördüm. Görüşdü, hal-əhval tutdu.
- Mahir tanımadın? - deyə Elçin soruşdu.
Gözlərimi döydüm, - Əfqandır da... tələbə yoldaşın.
30 il az vaxt deyildi. Çox dəyişmişdi. General forması çox yaraşırdı. İkinci, yəqin sonuncu görüşümüz də belə baş verdi. Niyə sonuncu? Həyat davam edir? Özü də ki, sən sağ, o sağ. Sonda deyərəm.
Əfqanı müdafiə edən yazını niyə yazmadım?
Atam vəzifədə olmayan, vəzifədən çıxan insanlara daha hörmətlə yanaşırdı. Yəqin ki, onun bu xüsusiyyətinə verilən, “Qabil, sən kişi adamsan” qiymətini yenidən hakimiyyətə qayıdan Ümummilli lider Heydər Əliyevin dilindən də eşitmisiniz. 70 illik yubileydən sonrakı görüşün videosu yutubda var. Bu xasiyyəti mənə də keçib. Əlbəttə ki, pis oldum Əfqanın həbs xəbərini eşidəndə, sosial şəbəkələrdə yayılan hədyanlardan. Məhkəmə hökmü, qərarı olmadan insana necə cinayətkar demək olar? Amma bir ümid vardı içimdə. Çünki yaxşıya pis demək, öndə gedənin ayağını çəkmək köhnə adətimizdir. Böyük adamların cəzası isə böyük olar. Ancaq onu general kimi də yaxşı tanımırdım. Sovet dövründə “ştabnaya krısa” ifadəsi vardı. Elə bilirdim ki, o da...
Maraşal Rokossovski və Əfqan Nağıyev
Hərbidə keçdiyi yola nəzər salsaq Sovet İttifaqı Marşalı Rokossovkiylə Əfqan Nağıyevi müqayisə etmək düzgün qarşılanmaz. Amma başlarına gələn bir hadisədə nədənsə onlarda bir oxşarlıq gördüm. Yazımda Rokossovskinin qəhrəmanlıqlarını, titullarını, təltiflərini sadalamaq fikrim yoxdur. Kim tanımırsa internetdə tapıb oxuya bilər. Bir məqamı nəzərinizə çatdıracağam.
HAŞİYƏ: Həyat yoldaşım Sevinc xanım uşaq həkimidir. Axşam vaxtıydı. Bir ailə evimizə gəldi. Uşağı qızdırmadan yanırdı. Ata sərhədçi – praporşik idi. Mən də sərhədçi olduğumu dedim. 1985-87-ci illərdə Horadizin “İstoma”sında qulluq etdiyimi bildirdim. Söhbət əsnasında Əfqan Nağıyevin də “vurulmasını” təəssüflə bildirdim. O isə güldü. “Nə “vurulmaq”, Mahir müəllim? Əfqan Nağıyev müharibədə vuruşur. Başqa heç nə deyə bilmərəm. Amma ümumi deyim ki, xoş sədaları gəlir. Yəqin nə vaxtsa açıqlanacaq”. Sevindim. Bu an nədənsə Rokossovski yadıma düşdü. Düz də düşdü. (SON)
1937-ci ildə böhtan xarakterli üzədurmalarla həbs olunan və üç il “KQB”-nin “podvalında” saxlanan Rokossovski 1940-cı ildə, Böyük Vətən müharibəsi öncəsi həbsdən buraxılır. Ona general-mayor rütbəsi verilir və böyük hərbi vəzifəyə təyin olunur. Marşal Jukovla bir kursda müdavim olması, Jukovun onu yaxından tanıması, qiymətləndirməsi bu dahi sərkərdəni uçuz, layiq olmadığı, bəlkə də həm mənən, həm də cismən məhv olacağı türmə həyatından xilas edir. Yaxşı ki, indiki dövrdə də jukovlar var. General-polkovnik Elçin Quliyevi bir də yaxından tanıdım.
Fizik hara, sərhəd hara?
Bu müharibə həm də mənim “fizik hara, sərhəd hara?” ehtimallarıma da son qoydu. Xəzər TV-nin çəkdiyi “Qisas qiyamətə qalmadı” sənədli filminə baxandan sonra. O vaxtlar universitetin hərbi kafedrasında humanitar fakültə tələbələrinə, gələcəyin ehtiyatda olan zabit-leytenantlarına “pexota”ya komandirlik dərsləri keçirildiyini xatırladım. Dəqiq elmlər üzrə təhsil alanlara isə artilleriya komandirliyi dərsi keçilirdi. Niyə? Çünki bu hərb sahəsi dəqiq elmlərə - riyaziyyata, fizikaya... əsaslanır. Filmə baxanda belə başa düşdüm ki, müharibə dövründə sərhəd qoşunlarının arsenalında “Bayraktar”lara, “harop”lara general Əfqan Nağıyev rəhbərli edirmiş. Sənədli xronikalarda göstərilən gündəlik uğurlu video-statistikada fizik, general Əfqan Nağıyev və komandasının da xidmətləri danılmazmış. Cildi dəyişdirilən “kukuruznik” təyyarələrin bu müharibədə düşmənə hansı itkilərin yaşatmasını və digər rəsmi faktları ilk dəfə onun dilindən eşitməyim isə qürurverici idi. Ali məktəbdə artilleriya dərsi alan, leytenant olan Əfqan artıq yeni mərhələyə - dronlar dünyasına qədəm qoymuşdu.
Əfqan Nağıyev əsl vəzifə adamıdır
Niyə? Çünki neçə dəfə zəng etmişəm, cavab verməyib. Tanımır bəlkə? Yox, mesaj da yazmışdım axı ki, götür, mənəm. Yenə də səs çıxmadı. Bir işim düşməyib ona. Elə-belə... Orden-medallarını təbrik etmək, sevincinə şərik olmaq istəyirdim. Lap bu yazımda yazdığım bəzi ürək sözlərimi də ona demək istəyirdim. Ona görə də yazmağa qərar verdim. Qoy generalımızı oxucularım da tanısın. Niyə məhz general-leytenant Əfqan Nağıyev haqqında? Niyə ondan başladım? Axı Vətən müharibəmizdə qəhrəman genrallarımız çoxdur. Hamısına böyük hörmət ehtiramım var. Mərhum generalımız Polad Həşimovun isə ruhu şad olsun.
Amma bir özəl səbəb var. Oktyabrın 1-i Əfqanın 55 yaşı tamam olur. Yubiley sayılır. Həyatda ən yaxşı şeyləri arzulayıram ona. Telefonumu götürməsə də olar, təki xoş sədalarını eşidək, sevinək . TƏBRİKLƏR!!!
Hörmətlə, keçmiş tələbə yoldaşın, Sərhəd Qoşunları yefreytoru Mahir İmamverdiyev.
Bölməyə aid digər xəbərlər

Müəllifin bütün yazıları - Mahir QABİLOĞLU
Bölməyə aid digər xəbərlər
6-08-2024, 15:34
Mahir QABİLOĞLU - İlqar Musa oğlu - Mənim canlı ensiklopediyam - Mahir Qabiloğlu yazır
27-10-2021, 10:26
Mahir QABİLOĞLU - İsmixan Rəhimov kimdir və ya “İstiqlal” ordeni ilk olaraq kimə verilməliydi?
12-04-2020, 18:47
Mahir QABİLOĞLU - O dünyadan Anara, Fikrətə, Sabirə, bir az da Çingizə... - Fotolar

Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək