12:38 / 21-11-2024
Rusiya-Ukrayna savaşı: Qərb silahları müharibənin xarakterini dəyişir
12:36 / 21-11-2024
Hesablama Palatası İşsizlikdən Sığorta Fondunun büdcəsi ilə bağlı təkliflər verib
12:24 / 21-11-2024
Sabah hava necə olacaq? - Proqnoz
12:13 / 21-11-2024
İrəvan-Tbilisi-İrəvan istiqamətində hava uçuşları başlayır
12:13 / 21-11-2024
Kərim Vəliyev pakistanlı komandanla görüşüb
12:00 / 21-11-2024
Sahil Babayev: "Bu paket 3 milyon insanı əhatə edəcək"
12:00 / 21-11-2024
Rusiyaya güclü artilleriya sistemləri göndərirlər - Foto
11:50 / 21-11-2024
Ermənistan 78 artilleriya qurğusu almaq istəyir
11:45 / 21-11-2024
Generalın oğlu vəzifəyə təyin olunub
11:43 / 21-11-2024
Rusiya Həştərxandan ballistik raket buraxıb - Foto
11:39 / 21-11-2024
Nazir pensiyalarda proqnozlaşdırılan artımları açıqlayıb
11:27 / 21-11-2024
COP29 zirvəsi Ərdoğanı leyboristlərlə barışdırıb
11:19 / 21-11-2024
Dövlət sərhədini pozan hava gəmiləri və... - Hökumət yeni qərar verib
11:15 / 21-11-2024
Bakıda daha 46 marşrutun fəaliyyəti bərpa olunur
10:56 / 21-11-2024
Şəhid ailələri ilə bağlı yeni qaydalar təsdiqlənib
10:54 / 21-11-2024
Pivə istehsalçıları cərimələnib
10:42 / 21-11-2024
İranda güclü zəlzələ olub
10:03 / 21-11-2024
İlon Mask miqrasiya ilə bağlı təklif verib
10:02 / 21-11-2024
BMT rəsmisi: "Bakı Bəyannaməsi gələcək üçün mühüm impuls yaradacaq"
09:58 / 21-11-2024
Akula idmançını parçalayıb
09:51 / 21-11-2024
Vladimir Zelenskinin gizli planı varmış
09:42 / 21-11-2024
Merkel: “Tramp Putinə heyran olub”
09:37 / 21-11-2024
Naxçıvan səhiyyəsində həbslər başlayıb
09:36 / 21-11-2024
Bjaniya: “Moskvaya müraciət etməmişik”
09:26 / 21-11-2024
Mask Trampın dəstəyi ilə almanlara meydan oxuyur
09:23 / 21-11-2024
BMT Baş katibi Azərbaycana gəlib - Foto
00:02 / 21-11-2024
Tramp keçmiş prokuroru NATO-ya göndərir
23:46 / 20-11-2024
"Nazir məni kasıblara kömək üçün göndərib" deyən şəxsə hökm oxunub
23:09 / 20-11-2024
Prezident Ağdam şəhəri ilə bağlı paylaşım edib
12:28 / 18-11-2024
Turan Manafzadə: “Mədəniyyət diplomatiyasından yararlanmağı bacarmalıyıq” - Müsahibə
12:05 / 19-11-2024
MMC vətəndaşın mənzilini dağıdıb, indi də obyektini ələ keçirmək istəyir - Fotolar
19:50 / 19-11-2024
Beynəlxalq Bank 272 min manat cərimələnib
16:45 / 20-11-2024
Nazir: "Regionlardakı bəzi poçt şöbələrinin bağlanması araşdırılacaq"
16:22 / 20-11-2024
“Real Betis” klubunun nümayəndəsi Bakıda nəyə təəccüblənib? - Foto
15:29 / 18-11-2024
Daha üç şəhərə konsul təyinatı olub - Siyahı
17:09 / 18-11-2024
Deputatın oğlu yeni vəzifəyə təyin olunub
10:03 / 20-11-2024
Azərbaycan və Türkiyənin bələdiyyə təşkilatları arasında görüş keçirilib - Fotolar
16:18 / 19-11-2024
Birinci instansiya məhkəmələrinə hakimlər təyin edilib - Siyahı
15:55 / 20-11-2024
Deputatın "Zəngimcell" oyunu: "Balansınız bitmişdir..."
00:03 / 19-11-2024
Yer kürəsinə təhlükə: qitələr arasındakı məsafələr itəcək
17:14 / 19-11-2024
Zenqin Mask haqqında dedikləri təəccüb doğurub
Əkbər Qoşalı kimdir? - Mahir Qabiloğlu yazır
Tarix: 20-02-2023 15:12 | Bölmə: Mahir Qabiloğlu
Mahir Qabiloğlu
Əkbər Qoşalı bu il aprelin 3-də 50 yaşını qeyd edəcək şəxs - şair, tərcüməçi, ictimai xadim, Türk dünyası yazıçıları ilə Azərbaycan arasında körpü, ölkənin ictimai-siyasi həyatında yaxından iştirak edən vətənpərvərdir...
Titullarını uzatmaq da olar: yaxşı oğul, yaxşı qardaş, qayğıkeş ailə başçısı, gözəl dost, yalnız yaxşılıq etməyi istəyən və yalnız da yaxşılıq uman şəxs, mehriban insan... Niyə titul dedim? Çünki belə xüsusiyyətlər yalnız nəsildən-nəslə keçə bilər. Azərbaycanda buna “ZAT” derlər.
Axı, Mahir, “titul” indiki dövrümüzdə fəxri ada, rütbəyə deyirlər? Bilirəm. Amma hər rəsmi titul da insanın cövhərini ifadə edə bilmir. İndi deyəcəksiniz ki, “yubiley yazısı həmişə necə olur? Mahir də əvvəldən ta axıracan Əkbər qağasını tərif atəşinə tutacaq. Bu hələ bizə rəsmi çatdırdıqlarıdır. Gör indi yubiley banketində əlində badə nələr danışacaq? Bir də ki, Əkbər Qoşalını gözəl tanıyırıq – həm yaxşı, həm də pis tərəflərini. Birtərəfli tərifə ehtiyacımız yoxdur”.
O vaxt AzTV-nin “Xəbərlər” proqramında baş redaktorum olmuş Allahverdi Məmmədovun bir sözünə yazılarımda həmişə əməl edirəm:
“Şəxsi tərifləmə! Gördüyü işdən danış. Bu onun ən böyük tərifidir”.
Mən də Əkbər qağanın bildiyim pis və yaxşı cəhətlərindən – paxıl olmasından, düz sözü necə deyə bilməməsindən, söyüş söyməsindən, ifrat türkçülüyündən danışacağam. Əlbəttə, inanmıram ki, əhatə edə bilim. Amma bu son yubiley deyil. Qağa dağ adamıdır. Mayası bulaq suyundan, dağ havasından yoğrulub, halal çörək yeyib, yanaqlarından qan damır. Yəqin azı bir 100 il yaşayar. Hələlik isə 50 illik yubiley yazısına başlayaq.
1998
AzTV-nin “Xəbərlər” proqramında redaktor işləyirdim. (o dövrdə hamımızın vəzifəsi redaktor adlanırdı. Müxbir, reportyor olsaq da, hər sözümüzə, nöqtə-vergülümüzə ilk növbədə cavabdeh olan redaktorlar idik.) Heydər Əliyevin prezidentlik dövrü idi. Prezident seçkiləri öncəsi respublika qaynayırdı. Mitinqlər, yürüşlər hər gün keçirilirdi. 1993-cü il hadisələri çox da uzaqda qalmamışdı. Müasiri olmuşduq o çətin günlərin – Azərbaycanın parçalanmaq təhlükəsi ilə üz-üzə qaldığı vaxtların. Ona görə də o vaxtkı iqtidar, indiki müxalifətin hərəkətləri bir nömrəli dövlət kanalı olan AzTV-də tənqid atəşinə tutulurdu. Bu baxımdan “Xəbərlər” proqramı öndə gedirdi. Müsahibələr alırdıq. Əyalətlərdə xüsusi müxbirlərimiz, şəhərdə isə biz.
Bir də görürdün ki, qapıya rayon İcra hakimiyyəti, nazirlik miqyasında orta vəzifəsi olan şəxlər gəlib. Çəkirdilər adamı qırağa: “danışacağam, danışmasam icra başçısı (nazir, rektor, idarə rəhbəri) başıma oyun açar. Amma sən məni efirə vermə. Soruşsalar, denən ki, lent “brak” oldu və ya xoşunuza gəlmədi. Sonra gələrsən, bir oturub səninlə yüz-yüz vurarıq. Sən cavansan, belə şeyləri bilmərsən. Bir də gördün ki, çərxi-fələk tərsinə fırlandı. Yenə də qayıtdılar hakimiyyətə. Görmürsən paytaxtda bütün reklam lövhələri Etibar Məmmədovun şəkilləridir? Hələ Elçibəyi, İsa Qənbəri demirəm. Qorxuram, qardaş! Qayıdarlar, dərimə saman təpərlər”.
Elələrini qapıdan içəri buraxmırdım. İndiki vaxtım olsaydı təkliflərini bəh-bəhlə qəbul edərdim. Nə biləydim ki, o vaxt onların söydükləri, tənqid etdikləri müxalifət rəhbərlərinin əksəriyyəti Milli Məclisin hörmətli deputatlarına, “qucaq mətbuatı”na, vəzifəli şəxslərə, biznesmenlərə çevriləcəklər? Mədəni dildə desək islah olunacaqlar.
Öz sözlərini demək üçün AzTV-yə gənclər də gəlirdi. Çağırmırdıq. Özləri müraciət edirdi: Abdin Fərzəliyev, İntiqam Babayev, Faiq Qürbətov, Əkrəm Abdullayev, Azay Quliyev, Zahid Oruc, Musa Urud, indi naşirim Zaur Qafarzadə, Rufiz Qonaqov, Gülər Əhmədova, Vüqar Qədirov, Sübut Əsədov, Adıgözəl Məmmədov, Zaur Adıgözəlov, Məzahir Əfəndiyev, Pərvanə Kazımova, Asif Əsgərli, Bayram Hüseynzadə, Səyavuş Novruzov, Elmar Qasımov, Aydın Hüseynov, Elnur Aslanov, Atamalı Məmmədov, yaşlı nəsildən Məmmədhənifə Musayev, Xanhüseyn Kazımlı, Fəzail Ağamalı, Həsən Mirzəyev... və ən nəhayət Əkbər Qoşalı.
HAŞİYƏ: Günlərin bir günü “Xalq qəzeti”nin baş redaktoru Həsən müəllim Xalq artisti, dostumuz İlham Əhmədov haqqında 60 illik yubiley yazısını yazmağı mənə tapşırdı. Amma yazı qəzetdə getməzdən qabaq yubilyarın özünə oxutdurmalıydım. Yazdım. Təkcə sənətkarı yox, hər bir insanı mühit yetişdirdiyi üçün məqalədə o dövrün korifeylərinin də adlarını çəkdim: Nəsibə Zeynalova, Səyavuş Aslan, Yaşar Nuriyev, Əliağa Ağayev...
İlham müəllimlə zəngləşdik. Musiqili Komediya Teatrındakı qrim otağına getdim. Əlində qələm oxudu. İradı olmadı. Yalnız adların üstündən qırmızı xətt çəkdi. (SON)
23 yaşı vardı Əkbərin. Gənc idi. Nə Əkbərə, nə də yuxarıda adını çəkdiklərimə istiqamət verirdik. Hər günün siyasi mövzusunu özləri çox gözəl bilirdilər. Həqiqi Heydər Əliyevçilər idi. Əqidəliydilər. Bitərəfləri belə, bir çox YAP-çıdan irəliydi. Vəzifələri yox idi. Deputat da deyildilər. Gənclər təşkilatlarının rəhbərləri, iqtidaryönümlü partiyalardan, adi müəllim idilər. Əkbər Qoşalıyla şəxsi tanışlığımız belə başlandı. O günə qədər gənc şair olduğunu bilirdim. Prezident Heydər Əliyev gənc yazıçıları qəbul edəndə, o sırada gənc şair Əkbər Qoşalı da vardı. Televizorda görmüşdüm.
Bir az irəli gedərək onu da xüsusi vurğulayım ki, ictimai xadim Əkbər Qoşalı o fəaliyyətini bu gün də daha geniş şəkildə davam etdirir –televiziya ekranlarında, saytlarda, qəzetlərdə, beynəlxalq tədbirlərdə.
Ustad oğlu
Sovet vaxtı “Ustad” sözü çox az işlənirdi. Bu sözü əsasən Aşıq Ələsgərin məşhur təcnisindən bəhrələnən və “Ustadına kəm baxanın gözlərinə ağ (qan) damar” zərbi-məsəli səslənəndə eşidirdik. Bu söz Sovet vaxtı şair Xəlil Rzanın dilinin əzbəriydi. Müstəqillik illərində “ustad dərsləri” ifadəsi meydana gəldi. Xüsusilə də Mstislav Rostropoviçin Bakıya ilk səfəri zamanı. Onun gənc musiqiçilər üçün verdiyi “master-klass”ı Azərbaycan dilinə belə tərcümə etmişdilər.
Qabili ustad kimi qəbul edən, sağlığında onun alqışını qazanmış Əkbər mənə “ustad oğlu” deyə xitab edir. Təkcə mənə yox, digər sənətkarların uşaqlarına da... Evin bünövrəsi möhkəm olanda heç nə onu yıxa bilməz. Unutmadığı, daim qiymətləndirdiyi, iyini onların övladlarından aldığı ustadlardır şair Əkbər Qoşalının bünövrəsi. Deputat seçkilərində namizəd olanda Əkbər Qoşalı haqqında bir yazıyla çıxış etdim. Adı “Mənəvi zəncirin həlqəsi Əkbər Qoşalı” idi. Bu zəncirdə həlqə olmağı özünə haqq etmişdi şair Əkbər Qoşalı. Çünki yaxşılığı keçdiyi, irəli çəkdiyi gənc yazarların bir çoxu onu “ustad” çağırır. Bu da məni çox sevindirir.
DGTYB
Əkbərin rəsmi üç övladı var. Allah saxlasın. Amma Əkbərin bir övladı da var – mənəvi övladı: DGTYB. Yəni ki, Dünya Gənc Türk Yazarlar Birliyi. Məni də onun işlərinə cəlb edir. Tədbirlərində iştirak edirəm. Türk dövlətlərindən qonaqlar dəvət edir, kitablar çap edir, tərcümələr edir. Azərbaycan ədəbiyyatını xaricdə təmsil edir.
Bu yaxında Azərbaycan Yazıçılarının 13-cü qurultayı keçirildi. Dövlət 203 min manat pul ayırdı. Çingiz Abdullayevin müsahibəsinə inansaq, rəqəm əslində 403 min manat imiş. Malı-mala qatıram? Yox. Sadəcə, bunu xatırlatmaqda məqsədim var.
Beynəlxalq tədbir keçiriliridi. Bakıya gənc yazıçılardan ibarət nümayəndə heyəti gəlmişdi – DGTYB xəttiylə. Birinci tədbir Atatürk mərkəzində oldu. Adətimcə dəyirmi stol arxasında yox, arxadakı kresloda əyləşdim. Gördüm ki, divanda çağa yatıb. Demə gələnlərdən biri ər-arvad imiş. Uşaqlarını da gətiriblər. Ordan başqa bir tədbirə getdik. Sonra isə ATA-HOLDİNQİN “Ekselsior” otelinə getdik. Nahar vaxtı idi. Qağa bizləri də apardı. Xülasə, qonaqlar – 15 nəfərlik heyət Bakıda üç gün qaldı. İki kitabın təqdimatı, təyyarə bileti, otel xərci və gündə üç dəfə yemək. Şam yeməyi xüsusilə təmtəraqlı – restoranda. Əlbəttə ki, qağanın biznesi yoxdur. Dövlət də ona heç nə ayırmamışdı. QHT-lərə ayrılan vəsaitin həcmini hamımız gözəl bilirik. Bu, Əkbərin şəxsi hörmətinin və nüfuzunun təcəssümü idi.
Paxıl Əkbər
Əkbər məni ara-sıra dostlarıyla da tanış edir. Əksəriyyəti Tovuzdandır. Əkbər qağa yerlibazdır. Bu təbiidir. İnsan yerlibaz, dostbaz olar. Düşmənbaz adam tanımıram. Bu dostlardan biri də rejissor Cəlaləddin Qasımov idi.
Günlərin bir günü Cəlaləddin dedi ki, bəs, ay Mahir, Əkbər yaman paxıl adamdır. Cavab verdim ki, yox. Belə bir xüsusiyyətini görməmişəm. Əgər şair kimi deyirsənsə, bu ümumi xəstəlikdir. Bütün sənətkar, hətta ən dahiləri də paxıl olurlar. Daha doğrusu, buna həsəd derlər. Cəlaləddin fikrini bir də təkrar etdi. Dedim ki, əsaslandır. O da belə əsaslandırdı. Demə qağa həqiqətən də paxıl adam imiş.
- Mahir, Əkbərin doğulduğu el-oba – Qoşa çox gözəl kənddir. Gözəl təbiəti var. Amma səni bir dəfə də oralara aparmayıb. İstəmir sənə göstərsin. Çox paxıl adamdır.
Qağanın düz danışması
Bir dostum var. Söz soruşanda, o da cavab vermək istəməyəndə belə bir ifadə işlədir: “Düzünü deyə bilmərəm, sənə də yalan danışmaq istəmirəm”.
Bir də görürsən ki, respublikadakı hansısa iqtisadi vəziyyətlə bağlı söhbət edirik. Deyirəm, deyirəm, qağa isə susur. Heç nə demir. Nə deyəcək axı? Mən düz deyirəm. Amma öz fikrini belə bildirir: “Qağa, gərginlik yaratma!”.
Bir çoxu içib dəm olanda, “Feysbuk” meydanına daxil olub, ürəyini ora boşaldır. Təhqir, söyüş yazmaqdan da çəkinmir. Səhər ayılanda isə yazdıqlarını pozur. Mən isə çox vaxt fikirlərimi Əkbərlə bölüşürəm. Deyirəm, deyirəm, o da telefonun o başında sakitcənə qulaq asır. Sözümü kəsmir.
Günlərin bir günü də Əkbər səssiz opponentimə çevrilmişdi. Sonda hövsələsi tükəndi. Nə desə yaxşıdır? – Qağa, haytalanma!
Və telefonu qapatdı. Gecə saat 12. Qalmışam fikirləşə-fikirləşə ki, “haytalanma” nə deməkdi? Təkrar zəng etdim. Əhatə xaricində idi. Belə başa düşdüm ki, bəs qağa məni söyüb. Səhərin açılmağını gözlədim. Tezdən aşağı düşüb, binamızın mühafizəçi, tovuzlu Elbrusa yaxınlaşdım.
– Elbrus, “haytalanma” nə deməkdi?
Elbrusun izahından sonra aydın oldu ki, “haytalanma” Tovuz dilində “əsəbləşmə, özündən çıxma” demək imiş.
Xəlil Rza və Əkbər Qoşalı
Əkbəri Xəlil Rzaya çox bənzədirəm. O xətrə dəyməyi xoşlamırdı. Hamıyla mülayim davranırdı. Azərbaycan dilini əcnəbi sözlərlə korlayanları dərəcəsindən asılı olaraq 5, 10, 15, 20 qəpik cərimə edirdi. Xoşuna gəlməyənləri “Şəngülüm” adlandırırdı. Osmanlı türkcəsindən sözlər işlətməyi xoşlayırdı...
HAŞİYƏ: Günlərin bir günü atam, Xəlil Rza, Salam Qədirzadə və Əliağa Kürçaylı bizim evdə yeyib-içirdilər. Mən də qulluq edirdim. Sağlıq növbəsi Salam əmiyə çatdı. Xəlil əmi o saat başladı çırtma çalıb qəpiklərlə cəriməni astaca səsləndirməyə. Yəni ki, əcnəbi sözlər var sağlıqda. Salam əmi bir dözdü, iki dözdü, üç dözdü... Axırda əsəbləri tab gətirmədi. Cibindən üçmanatlıq çıxarıb Xəlil Rzaya uzadaraq, – Ay Xəlil, sən Allah çırtma çalma, fikrim dağılır. Elə sakitcə üçlükdən çıx. Qalsa, “sdaçi” qaytararsan, – deyib sağlığına davam etdi. (SON)
Əkbər Qoşalı Xəlil əminin adətincə çırtma çalmır. Amma onun təbirincə, bir də görürsən tutur yaxamdan. Ki, niyə kitabda “mündəricat” yazmısan? “İçərrik” yazmalıydın. Niyə atanın “Ömür həbləri” romanındakı rus sözlərini yeni nəşrdə – yeddi cildlik külliyyatda vermisən? Adını da redaktor qoymusan, heç olmasa tərcüməsini verərdin. Ustadoğlu, rus, fars, ərəb sözlərindən qurtul. Və sairə, ilaxır. Zəhləmi tökür. Əsəbiləşib adımı “5-ci kalon” da çağırır. Amma bilmir ki, özü sovet dövrünün ən qabaqcıl ədəbiyyat cərəyanının bariz nümayəndəsidir.
Əkbər Qoşalı kimdir?
50 yaşın sonuna çatan Əkbər Qoşalı haqqında fikirlərimi qələmə aldım. Hər bir yazıya isə təkan verən bir qüvvə olur. Daha doğrusu adama o yazını yazdırır. Yuxarıdakı fikirlərim bu qüvvə olmasaydı yarımçıq alınacaqdı. Axı ideal insan yoxdur. Hamının çatan və çatışmayan cəhətləri var. Mənim sərlövhədə verdiyim suala cavab-yazıma da birtərəfli yanaşanlar az olmayacaq.
Bu yaxında Rusiya televiziyalarının birində veriliş gedirdi. Bir məqam diqqətimi çəkdi: “Bir çar olur: sağ gözü kor, sağ əli şil, sağ ayağı o birindən qısa. Çar bir rəssama öz şəklini sifariş verir. Rəssam onu qabağında otuzdurub portret şəklini çəkir. Çar baxır. Şəkildə kor gözünü, şil əlini, qısa ayağını görüb qəzəblənir. Rəssamın boynunu vurdurur. İkinci rəssamı çağırırlar. Çar onun əsərinə baxanda görür ki, gözü də yerindədir, əli də, ayağı da qaydasında. Yenə xoşuna gəlmir əsər. Amma rəssama da toxunmur. Üçüncü rəssamı çağırırlar. O, çarı profildən çəkir. Şəklə nə onun sağ gözü, nə sağ əli, nə də sağ ayağı düşür. Çar baxır və razı qalır”.
Nəticə: birinci, hər şeyi olduğu kimi çəkən və edam edilən rəssam realistdir. İkincisi – çarı ideal təsvir edən rəssam romantikdir. Üçüncü rəssam sosrealist. Sosialist realizmi isə sovet ədəbiyyatında əsas metod, cərəyan olub.
Əkbər Qoşalı realistdir. Kor olmalısan ki, real həyatı görməyəsən. Əkbər Qoşalı romantikdir. Şair-yazıçıda təxəyyül yüksək olmalıdır. Əkbər Qoşalı yanaşmada, fikirlərini izharda çox vaxt sosrealistdir. Hər şeydə bir gözəllik axtarır. Pessimist yox, nikbindir. Çünki həyat davam edir. 44 günlük müharibədən sonra ümidlərimiz daha da artıb. Türkçü yox, türk olan Əkbər Qoşalının Turan arzuları artıq reallığa çevrilməkdədir. Özü demişkən “Dövlətimiz zaval görməsin! Bayrağımız uca olsun!”
QAĞA, 50 yaşın mübarək! Xəlil Rza demişkən: “Yaşa, İGİD!”
Bölməyə aid digər xəbərlər

Müəllifin bütün yazıları - Mahir QABİLOĞLU
Bölməyə aid digər xəbərlər
6-08-2024, 15:34
Mahir QABİLOĞLU - İlqar Musa oğlu - Mənim canlı ensiklopediyam - Mahir Qabiloğlu yazır
27-10-2021, 10:26
Mahir QABİLOĞLU - İsmixan Rəhimov kimdir və ya “İstiqlal” ordeni ilk olaraq kimə verilməliydi?
12-04-2020, 18:47
Mahir QABİLOĞLU - O dünyadan Anara, Fikrətə, Sabirə, bir az da Çingizə... - Fotolar