21:22 / 26-02-2026
İsrail Livanın yaşayış məntəqəsinə zərbələr endirib
20:34 / 26-02-2026
Ramazanın 9-cu günü: dua, imsak və iftar vaxtı
19:26 / 26-02-2026
İran uranın zənginləşdirilməsini dayandıra bilər
19:06 / 26-02-2026
Leyla Əliyeva Vətən müharibəsi qazisini ziyarət edib - Fotolar
18:03 / 26-02-2026
İqtisadi Şuranın iclası keçirilib
17:45 / 26-02-2026
Rusiya almaz bazarlarından birini itirir
16:53 / 26-02-2026
İlham Əliyev Xocalı Soyqırımı Memorialının açılışında iştirak edib - (Yenilənib-3)
16:53 / 26-02-2026
Efiopiyanın baş naziri Azərbaycanda səfərdədir
16:47 / 26-02-2026
İlham Əliyev Rəcəb Tayyib Ərdoğana zəng edib
16:43 / 26-02-2026
Epşteyn qalmaqalı: Dünya İqtisadi Forumunun rəhbəri istefa verib
16:25 / 26-02-2026
Xalq artistinin həyat yoldaşı vəfat edib
16:24 / 26-02-2026
Deputat seçicilərini aldadır
16:10 / 26-02-2026
Milli Məclis beynəlxalq təşkilatlara müraciət ünvanlayıb
16:01 / 26-02-2026
Çin tank sayına görə lider ölkədir
15:48 / 26-02-2026
AFFA iki klubu cəzalandırıb
15:02 / 26-02-2026
Peskov: Danışıqlarda nüvə ritorikası gözardı edilə bilməz
14:41 / 26-02-2026
Sabiq deputatı cərimələyiblər
14:06 / 26-02-2026
Zelenski: 420 dron və 39 raketin hücumuna məruz qalmışıq
13:56 / 26-02-2026
Rusiya üçün raket və nüvə hücumlarını zərərsizləşdirmək asanlaşır
13:27 / 26-02-2026
Saleh Məmmədovun fəaliyyətini araşdırırlar
13:07 / 26-02-2026
Cenevrədə ABŞ-İran danışıqları başlayıb
13:01 / 26-02-2026
Apteklərdə nöqsanlar aşkar edilib
12:50 / 26-02-2026
Dünya üçün qorxunc proqnozlar veriblər
12:34 / 26-02-2026
Sabahın hava proqnozu açıqlanıb
12:26 / 26-02-2026
Orban Zelenskiyə qəzəbli şikayət məktubu yazıb
12:22 / 26-02-2026
Cəbrayıl sakini iş yoldaşları tərəfindən bıçaqlanıb
12:17 / 26-02-2026
Fuad Həsənov 51 kq narkotiklə saxlanılıb
12:13 / 26-02-2026
Pezeşkian: İran nüvə silahlarına qarşıdır
12:05 / 26-02-2026
Onun milli jurnalistikada yeri görünür - Foto
11:59 / 26-02-2026
Britaniya ukraynalılara sığınacaq vermək istəmir
15:02 / 24-02-2026
Urusun adamı - Etibar Cəbrayıloğlu yazır
15:52 / 23-02-2026
Dövlət Agentliyinin sədri vəzifədən azad edilib
15:45 / 23-02-2026
Polkovnikə maraqlı məktub - Fotolar
13:28 / 24-02-2026
Keçmiş rektorun milyonluq mülkləri müsadirə olunub - Siyahı
23:30 / 23-02-2026
Rusiya ABŞ-a İranla bağlı çağırış edib
14:24 / 23-02-2026
Ağdərənin 4 kəndinə köç karvanı gedib - (Yenilənib)
11:55 / 23-02-2026
Prezident bu şəxsləri təltif edib - Siyahı
17:02 / 24-02-2026
Məktəb direktoruna təzyiq altında ərizə yazdırıblar - Fotolar
11:43 / 23-02-2026
Hərbi xidmətə çağırış başlayır
15:59 / 24-02-2026
İcra hakimiyyətinin 43 əməkdaşı vəzifədən azad edilib
21:11 / 23-02-2026
Ramazanın 6-cı günü: dua, imsak və iftar vaxtı
23:40 / 24-02-2026
DTX Gültəkin Hacıbəylinin evində axtarış aparıb - (Yenilənib)
Atamın dostu, mənim müasirim - Tofiq Bayram
Tarix: 19-04-2020 11:36 | Bölmə: Mahir Qabiloğlu

“Yeyib-içən adam”. Çoxları bu sözü sərxoşluq kimi qəbul edir, kimisi spirtli içkilərə aludəçilik. Amma hər içən, hər yeyən adam bu ada layiq ola bilmir. Yeyib-içən adam məclislərin bəzəyidir. Yeyib-içməyi hər adam bacarmır. Yeyib-içən adam məclisin sonunda yox, əvvəldə yada düşəndir. Duzlu-məzəli söhbətləriylə, şeir deməyi ilə, xatirələriylə yadda qalır. Eyni zamanda xatirələrə də həkk olunur. Necə ki Tofiq əmim - Tofiq Bayram. 19 aprel tarixi onun anım günüdür.
Tofiq əmim Əmircanlı idi. Atası, əmiləri də imkanlı adam idilər. Ümumi desək, ticarətçi. Ona görə də uşaqlarına korluq vermirdilər. Həm də qonaqpərvər idilər. Bir də görürdün Tofiq Bayram şair dostlarını yığıb başına aparır kəndə - atasıgilə. Bu təkcə yemək-içmək məclisi olmurdu. Şeir məclisi desəm, yanılmaram. Atam danışırdı ki, “günlərin bir günü o qədər yedik-içdik ki, Tofiq oldu dəm. Yapışdı atasıyla, əmisinin yaxasından ki, “bəs Siz sosializm quruluşuna ləkəsiniz, zəhmətsiz gəlirlə yaşayırsınız, sovet quruluşunda Sizin kimilərə yer yoxdu”. Necə deyərlər gəmidə oturub gəmiçiylə dava edirdi. Nədi, nədi bizi həmişə qonaqpərvərliklə qarşılayan, lazım olanda cibimizə pul qoyan atasıyla əmisi ticarətçiydilər. Bir balaca tənbeh etdilər. Çox da xətirinə dəymədilər Tofiqin. Şair idi axı. Özü də əsl şair. Gələn dəfə qonaq gedəndə heç üzünə də vurmadılar bu hadisəni”.
Məhəbbət şerləri qalib gəlir
Akademik Dram Teatrında poeziya gecəsiydi. Atam, Tofiq Bayram, Cabir Novruz, Nüsrət Kəsəmənli, Nəriman Həsənzadə və daha üç nəfər. Auditoriya da cavanlar - tələbə qızlar idi. Şeir seçimi isə şairlərin öz öhdəsinə verilmişdi. Bakı şəhər Partiya Komitəsindən Etibar Babayev (şair Adil Babayevin oğlu, “Space”nin keçmiş rəhbəri), Oktyabr rayon (Yasamal) partiya komitəsindən 1-ci katib Səyavuş Məmmədov da iştirak edirdilər. İkisi də şair ruhlu adam idilər. Gecəni də onlar təşkil etmişdilər. (Görəsən indikilər təşkil edərdilər?)
Cabir Novruz 3-4 şeir dedi. Sən deyən alqış səslənmədi. Atam da eyni qaydada, alqışlar da əvvəlki səviyyədə. Tofiq Bayram “Azərbaycanım” şeirini oxudu. Zaldan gur alqışlar gəlmədi. “Azərbaycan deyəndə” oxudu, yenə də bir şey hasil olmadı. Ürəyi az qala ağzından çıxa-çıxa “Valakardin” oxudu. Xalaxətrin əl çaldılar. Daha iki şeir oxuyub əyləşdi yerinə. Nüsrət Kəsəmənli “Gedirsən, bəhanəsiz get” deyən kimi zal başladı gurlamağa, səhnəyə güllər axdı. Nəriman Həsənzadə cavanlıq illərində həyat yoldaşına həsr etdiyi 30 ilin məhəbbət şeirlərini oxudu. Zalda alqış sədaları kəsilmədi. Bu, çıxış eləyib qurtaran şairlərdən heç kimə təsir etmədi. Çünki onlar təzə yazdıqları şeirləriylə oxucuların görüşünə gəlmişdilər. Baxmayaraq ki, hamısının yaradıcılığında yüksək məhəbbət poeziyası vardı. Nüsrət Kəsəmənliylə Nəriman Həsənzadə isə yeni yazdıqları şeirləri yox, auditoriyanı əsas götürüb şeir seçimi etmişdilər. Əvvəl çıxış edənlər hamısı sakit oturmuşdu.
Tədbirdən sonra “Azdrama”nın özündə kiçik bir ziyafət təşkil olunmuşdu. Bunu gözləyirdilər. Sonuncu Nəriman Həsənzadə idi. Çıxışını qurtarar-qurtarmaz Tofiq Bayram yenidən mikrofonun arxasına keçdi. Başladı nə başladı.
Necə rəhmlidir, necə amansız
Necə mehribandır qadın ürəyi
Sən onu sındırsan, bil ki o zaman
Ağlayan kamandır qadın ürəyi
Alqışlar qopdu, nə qopdu. Arxasınca “Vağzalı”. Gənclər Tofiq Bayramı səhnədən buraxmırdılar. Bu da Tofiq Bayrama ləzzət eləmişdi. Alqışlar əvvəlki pərtliyindən əsər-əlamət qoymamışdı:
- Mən də səhərdən ictimai-siyasi şeirlər oxuyuram. Bilsəydim elə əvvəldən bunları oxuyardım da...

Limonaddır... gələn dəfə araq olacaq
Rəsmi hissə başa çatdı. Başladı “bədii” hissə. Yəni yemək-içmək. Mən Tofiq əmiylə yanaşı düşdüm. Atam isə bizimlə üzbəüz. Etibar Babayev də tamada. Vəzifədə böyük o idi. Həqiqətən yaxşı aparırdı. Şairlər də “şair oğludur da” deyib, yaxşı mənada yerdən söz atırdılar. Tofiq əmi də boşqabıma yemək çəkib (onda utancaq idim) “alə, ye. Sən onlara fikir vermə” deyirdi. Yəni ki, nə danışırlar danışsınlar da – sən işində ol... Bakalıma da limonad süzürdü. Birdən atam:
- Tofiq, neynəyirsən? Uşağa araq süzürsən?
- Yox, Qabil. Limonaddır.
- Mən də elə bildim ki, araqdır - uşağı içizdirirsən.
- Qabil, narahat olma, bir-iki dəfə yanımda otursa, araq içəcək.
Tofiq Bayram və Rəsul Həmzətov
Hər bir əsər yazıçının övladı sayılır. Ömrünün son illəri qanıqara gəzirdi. Sanki “Övlad”larından birini itirmişdi. Tofiq Bayram təkçə şeirləriylə yox, tərçümələriylə də məşhur idi. Tərcümə isə çox çətin bir məsələdir. Özü də ki, Rəsul Həmzətov kimi böyük Sovet şairinin tərcüməçisi olmaq. Bu iş onda çox uğurlu alınmışdı. Rəsul Həmzətov Tofiq Bayramın sayəsində Azərbaycan oxucusunun qəlbinə, Azərbaycan ədəbiyyatının içinə yol tapa bilmişdi.
Lakin Qarabağ məsələləri başlayanda Rəsul Həmzətov müsəlman, dağıstanlı ola-ola xalqımıza dönük, ermənilərə qahmar çıxdı. Özü də SSRİ-nin mərkəzi mətbuatında. Camaat da başladı nümayişkaranə Rəsul Həmzətovun kitablarını yandırmağa. Bu həm də hansısa mənada Tofiq Bayramın da kitabları sayılırdı. Tofiq Bayramın yaradıcılığının bir qolu kəsilib atılmışdı.
Yemək-içməyə adam yoxdur
Yazımı yemək-içməklə başladım, yemək-içməklə də başa çatdırıram. Yazıçılar İttifaqında danışanda özüm eşitmişəm. Səhv etmirəmsə, bu söhbətdə şair İslam Səfərlinin də izi var.
- Alə, Qabil, yemək-içmək düşmüşdü könlümə. Çıxdım dəhlizə ki, görüm kim var. Gördüm ki, adam yoxdur.
- Ağ eləmə də, Tofiq. Günün günorta çağı Yazıçılar İttifaqında adam yox idi?
- Qabil var idi e. Adam yox idi - Yemək-içməyə Adam.
Tofiq əmi, bu gün də adam çoxdur. Amma Sizin kimi, Sizlər kimi yeyib-içməyi bacaran adamlar heyf ki, yoxdur.
Bölməyə aid digər xəbərlər

Müəllifin bütün yazıları - Mahir QABİLOĞLU
Bölməyə aid digər xəbərlər
6-08-2024, 15:34
Mahir QABİLOĞLU - İlqar Musa oğlu - Mənim canlı ensiklopediyam - Mahir Qabiloğlu yazır
27-10-2021, 10:26
Mahir QABİLOĞLU - İsmixan Rəhimov kimdir və ya “İstiqlal” ordeni ilk olaraq kimə verilməliydi?
12-04-2020, 18:47
Mahir QABİLOĞLU - O dünyadan Anara, Fikrətə, Sabirə, bir az da Çingizə... - Fotolar

Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək