21:22 / 26-02-2026
İsrail Livanın yaşayış məntəqəsinə zərbələr endirib
20:34 / 26-02-2026
Ramazanın 9-cu günü: dua, imsak və iftar vaxtı
19:26 / 26-02-2026
İran uranın zənginləşdirilməsini dayandıra bilər
19:06 / 26-02-2026
Leyla Əliyeva Vətən müharibəsi qazisini ziyarət edib - Fotolar
18:03 / 26-02-2026
İqtisadi Şuranın iclası keçirilib
17:45 / 26-02-2026
Rusiya almaz bazarlarından birini itirir
16:53 / 26-02-2026
İlham Əliyev Xocalı Soyqırımı Memorialının açılışında iştirak edib - (Yenilənib-3)
16:53 / 26-02-2026
Efiopiyanın baş naziri Azərbaycanda səfərdədir
16:47 / 26-02-2026
İlham Əliyev Rəcəb Tayyib Ərdoğana zəng edib
16:43 / 26-02-2026
Epşteyn qalmaqalı: Dünya İqtisadi Forumunun rəhbəri istefa verib
16:25 / 26-02-2026
Xalq artistinin həyat yoldaşı vəfat edib
16:24 / 26-02-2026
Deputat seçicilərini aldadır
16:10 / 26-02-2026
Milli Məclis beynəlxalq təşkilatlara müraciət ünvanlayıb
16:01 / 26-02-2026
Çin tank sayına görə lider ölkədir
15:48 / 26-02-2026
AFFA iki klubu cəzalandırıb
15:02 / 26-02-2026
Peskov: Danışıqlarda nüvə ritorikası gözardı edilə bilməz
14:41 / 26-02-2026
Sabiq deputatı cərimələyiblər
14:06 / 26-02-2026
Zelenski: 420 dron və 39 raketin hücumuna məruz qalmışıq
13:56 / 26-02-2026
Rusiya üçün raket və nüvə hücumlarını zərərsizləşdirmək asanlaşır
13:27 / 26-02-2026
Saleh Məmmədovun fəaliyyətini araşdırırlar
13:07 / 26-02-2026
Cenevrədə ABŞ-İran danışıqları başlayıb
13:01 / 26-02-2026
Apteklərdə nöqsanlar aşkar edilib
12:50 / 26-02-2026
Dünya üçün qorxunc proqnozlar veriblər
12:34 / 26-02-2026
Sabahın hava proqnozu açıqlanıb
12:26 / 26-02-2026
Orban Zelenskiyə qəzəbli şikayət məktubu yazıb
12:22 / 26-02-2026
Cəbrayıl sakini iş yoldaşları tərəfindən bıçaqlanıb
12:17 / 26-02-2026
Fuad Həsənov 51 kq narkotiklə saxlanılıb
12:13 / 26-02-2026
Pezeşkian: İran nüvə silahlarına qarşıdır
12:05 / 26-02-2026
Onun milli jurnalistikada yeri görünür - Foto
11:59 / 26-02-2026
Britaniya ukraynalılara sığınacaq vermək istəmir
15:02 / 24-02-2026
Urusun adamı - Etibar Cəbrayıloğlu yazır
15:52 / 23-02-2026
Dövlət Agentliyinin sədri vəzifədən azad edilib
15:45 / 23-02-2026
Polkovnikə maraqlı məktub - Fotolar
13:28 / 24-02-2026
Keçmiş rektorun milyonluq mülkləri müsadirə olunub - Siyahı
23:30 / 23-02-2026
Rusiya ABŞ-a İranla bağlı çağırış edib
14:24 / 23-02-2026
Ağdərənin 4 kəndinə köç karvanı gedib - (Yenilənib)
11:55 / 23-02-2026
Prezident bu şəxsləri təltif edib - Siyahı
17:02 / 24-02-2026
Məktəb direktoruna təzyiq altında ərizə yazdırıblar - Fotolar
11:43 / 23-02-2026
Hərbi xidmətə çağırış başlayır
15:59 / 24-02-2026
İcra hakimiyyətinin 43 əməkdaşı vəzifədən azad edilib
21:11 / 23-02-2026
Ramazanın 6-cı günü: dua, imsak və iftar vaxtı
23:40 / 24-02-2026
DTX Gültəkin Hacıbəylinin evində axtarış aparıb - (Yenilənib)
Bədii qiraətimizin patriarxı - Mahir Qabiloğlu yazır
Tarix: 22-05-2024 19:01 | Bölmə: Mahir Qabiloğlu

Mahir Qabiloğlu
Yubiley yazıları əsasən bir-birinə oxşayır. Çünki əksəriyyəti yubilyarın sifarişidir, yaxud da müəllifin kiməsə yarınmağı. Hamısı da başdan-ayağa tərif. Xalq şairi Qabil demişkən: yubiley yazılarının hamısı yemək-içmək məclisində, əlində piyalə kimlərinsə şərəfinə deyilən sağlıqlara bənzəyir. Yaxud da ki, şair Fikrət Sadığın təbirincə desək: “YUBİLEY, yəni ki, Yu-Biley də...”
Yox. Elə bilməyin ki, bədii qiraət ustası, Əməkdar artist Ağalar Bayramov 70 yaşını “yuyub”, məni də o məclisə çağıranda bilmişəm ki, yubileyidir. Əsla! Yanvarın 16-dan Bakıda və rayonlarda yubiley tədbirləri uc-uca düzülüb, hamısından sonra da “ley-pey”. Mahir isə yada düşməyib – nə rəsmi hissədə, nə də “bədii”. Amma şair Qabil sağ olsaydı o süfrənin başında oturardı. Ətrafında da Anar, Fikrət Qoca, Fikrət Sadıq, Ramiq Muxtar, Balasadıq, Arif Əmrahoğlu... Bəlkə də sürücü kimi mən də orda olardım. (Anarı səhv dedim. Axı Ağalar Bayramov Rəsul Rzadan, Nigar Rəfibəylidən heç nə oxumayıb).
Bəs yubileyin olmasını hardan bildim? Mətbuatdan, sosial şəbəkələrdən? Xeyr. Sadəcə, gözəl bir may səhəri, bazar günü, səhər saat 9-da Ağalar müəllim zəng elədi. Mənim üçün gözlənilməz zəng deyildi. Hər dəfə televiziya ekranlarına çıxanda ilk anonsu mənə verir ki, bax. 20 Yanvarda atamın “Mərsiyə”sini deyir. Əlamətdar günlərdə “Ümid sənədir ancaq, Azərbaycan əsgəri”ni, ictimai ovqatlı verilişlərdə “Səhv düşıəndə yerimiz”i, sevgi əhvalında isə “İclasdan iclasa”, “Gedən yerim olaydı”, “Məhəbbət deyil”i oxuyur. Mənə də deyir ki, bax. Bu dəfə də belə bir məzmunlu söz gözləyirdim ondan. Amma yanılmışdım. Bu dəfə mənə “Qabil müəllimin “Avtoportret” şeiri var. Evdə təmir gedir. Kitablarını tapa bilmirəm. Təcili lazımdır. Şəklini çəkib göndər telefonuma” söylədi.
Məəttəl qaldım. Axı bu şeir Ağalar Bayramovun ruhuna uyğun deyil. Həm də adından da göründüyü kimi, şəxsi bir şeirdir. Atam özü-özünə yazıb. Heç nə soruşmadım. Tapıb göndərdim. Amma müəmma qaldı mənimçün. Səs yazısı gəldi ki, bəs “sağ ol. Orda sonuncu bənd lazım idi mənə. Axı Qabil müəllim bu şeiri 70 yaşında yazıb. O vaxt da yubileyində oxumuşdu mənə. Onda 42 yaşım vardı. Artıq 70-i haqlamışam. O şeirdəkilər indi mənə daha yaxındır. Bu əhvalımı yalnız Qabilin diliylə ifadə edə bilərəm:
Nə tamarzı qalmışam,
Nə harın boy atmışam,
Yeddi dəryanı üzüb...
Yetmiş yaşa çatmışam.
Nə irəli can atıb,
Nə qəflətdə yatmışam.
Şe`r qılınclarının
Şimşək parıltısında
Mən də öz qılıncımı
Götürüb oynatmışam.
Parıltılar içində
Nuram mən, çırağam mən.
Amma Ağalar müəllim bilmir ki, Qabil 60 yaşında hansı sözləri deyib. Onu da göndərəcəkdim. Hələ neçə yubileylər çox karına gələ bilərdi. Amma göndərmədim. Yazımın sonuna saxladım. Ona arzu-istək bölümünə.

Ağalar Bayramov
Bəs bu yubiley yazısını mənə nə yazdırdı?
- Atam sağ olsaydı yazacaqdı. Lap şeir də həsr edərdi. Çünki Ağaları çox istəyirdi. İndi o yoxdur, mən varam axı...
- Ağalar müəllimə böyük hörmətim var. Öz sənətinin vurğunu yox, fanatikidir. Atamın da şeirlərini içində yaşayaraq oxuyur, sənəti olduğuna görə yox.
HAŞİYƏ: 2006-cı il, avqustun 10-u. Poeziya xiridarı, İctimai Televiziyanın o vaxtkı sədri, keçmiş iş yoldaşım İsmayıl Ömərovun təşəbbüsü ilə İTV-nin həyətində Xalq şairi Qabilin 80 illik yubileyi qeyd olunur. Üç saat yarım çəkdi. Sanki toydur: mahnı, şeir, rəqqasələr, oxucularla sual-cavab. Amma tostlar yoxdur, yəni ki şair-yazıçı dostlarının tərifi. Özü də ki, canlı efirdə. Bu tədbirdə Ağalar Bayramov atamın iki şeirini dedi: “İclasdan iclasa” və “Gedən yerim olaydı”. İkinci şeirini deyib qurtarmışdı ki, Qabil onu səhnədən düşməyə qoymayıb, mikrofonu əlinə götürüb dedi:
- Ağalar, Rüfət Əhmədzadənin bir şeiri var: “Bu mənəm, mən deyiləm?”. Ağalar, sən bu şeirlərimi elə dedin ki, indi mən bilmirəm, bunları mən yazmışam, yoxsa sən? Sağ ol, Ağalar, sağ ol! (SON)
- Atamın 17 ildir ölməsinə baxmayaraq, bir mənəvi oğul kimi onu yaddan çıxmağa qoymadığına, şeirlərini oxumaq bir yana, klip də çəkdirdiyinə görəmi?
- Ağalar müəllim müraciət, xitab forması deyil. O həqiqətən müəllimdir. Ona görəmi?
Bu minnətdarlıq siyahısını uzada da bilərəm. Amma səbəb tam başqa oldu. O barədə sonda.
Ədəbiyyat tarixində bu misallara tez-tez rast gəlinir: “Puşkini PUŞKİN edən Belinski oldu”, “Cəlil Məmmədquluzadənin “Molla Nəsrəddin” jurnalı olmasaydı Böyük Sabir olmazdı”, “Mirzə Şəfi Vazeh və Fridrix Bodenştedt”, “Şekspir və Frensis Bekon”...
Keçmişdə nəsrlə yazılan əsəsrləri nəzmə çəkirlərmiş ki, tez əzbərlənsin. Məmləkətləri gəzən dərvişlər isə onları meydanlarda oxuyub camaata çatdırsınlar. Sonralar mətbu orqanlar, KİV-lər meydana gəldi. Mənim dövrümün bədii qiraətçiləri Mikayıl Mirzə, Əminə Yusifqızı və Həsən Əbluc idilər. Bir də ki, toylardakı tamadalar. Onların da özlərinə uyğun məhdud repertuarları var idi – yalnız bir qrup dəbdə olan şair. Tamaşaçılar, dinləyicilər yalnız onların şeir zövqündən yararlanırdılar. Bugünümüzün də şeir təbliğatçıları var. Çoxdurlar. Amma hər bir sahənin özünün flaqmanı olur. Ağalar Bayramov da məhz belə flaqmanlardandır.
SON
Gəldik yazının sonuna. Əsasən yubiley yazısının sonu çox qısa olur. Təbrik və “dejurnı” arzular – çansağlığı, uzun ömür, ali mükafatlar, tamaşaçı sevgisi... Amma bu ənənəni pozmaq zorundayam. Çünki əvvəldə bu yazını mənə yazdıran səbəbin olduğunu açıqlamışdım.
Təqribən bir ay qabaq zəng gəldi telefonuma. Ağalar müəllim idi. Kövrəlmişdi. Qorxdum. Dedim yəqin nəsə olub. Sonradan məlum oldu ki, Feysbukda paylaşdığım bir yazını oxuyub, mütəəssir olub:
“Evdən çıxıram. Qapıbir qonşumuz Bayram Bayramov “Qabiloğlu, necəsən? Atan necədir?” demir. Beşinci mərtəbədən enən Əmir Mustafayev “Qabil, sən Allah məni içirtmə, öd kisəm səhərəcən ağrıyıb” demir. Üçüncü mərtəbədə Hüseyn Abbaszadə “Qabiloviç, atan necədir? Dünən evdən yaman səs-küy gəlirdi. Qonaqlıq idi? Deyəsən Şamaxıdan “kanistrlə” şərab göndəriblər... hə?” deyə söz atmır. İsmayıl Şıxlı “Mahir, yaxşısanmı?” deyərək, kirvəlik etdiyi gün ona yağdırdığım söyüşləri yada salaraq, ürəyində “daş düşəydi o günə” söyləmir. İki gəlinin əlindən zinhara gələn, amma hisslərini heç vaxt biruzə verməyən ədəbi tənqidşi, ikinci mərtəbədəki qonşumuz Əkbər Ağayev “Qabil, hər dəfə yeməkdən sonra bir dilim pendir ye. Xeyirdir” demir. Yusif Vəzir Çəmənzəminlinin oğlu Orxan Çəmənzəminli “Qabil, ürək də akkumlyator kimidir. Bir tərəfdən dolanda, o yandan boşalmalıdır. Sən ürəyində söz saxlamırsan. Ona görə də heç vaxt infarkt olmayacaqsan” demir. İkinci mərtəbədə yaşayan Salam Qədirzadə eyni rəngdə olan maşınlarını səhv salaraq onun maşınını yuyan Qabilə tamaşa etmir. O biri tərəfdəki balkondan akademik Kamal Talıbzadənin nurani, ziyalı sifəti görünmür. Üçüncü mərtəbədən İlyas Əfəndiyevin “Öhhö-öhhö” sədaları gəlmir. Bütün günü balkonda oturaraq Hüsü Hacıyev küçəsində camaatı seyr edən şairlər Zeynal Xəlil və Mirmehdi Seyidzadə görünmür. Əliağa Kürçaylı balkondan yüksək səslə “Qabil, Salyandan yaxşı balıq göndəriblər. Salamı da çağırmışam. Gəl bizə, vuraq” demir. 90-cı ildə “Bəxtiyar Vahabzadəni öldürüblər” şayiəsindən səhər erkən həyətimizə axışan kütlənin bu narahatçılığına son qoymaq üçün qonşumuz Qənirə Şıxlı beşinci mərtəbəyə qalxıb, Bəxtiyar əmini yuxudan oyadıb, balkona çıxarıb, o da “ay camaat, hər şey qaydasındadır. Sağ-salamatam” demir. Mən maşın yuyanda işdən qayıdan professor Ziynət Əlizadə “Əhmədlidə su gəlmir, saatla verirlər. Sən isə burda suyu boş-boşuna küçəyə axıdırsan” deyə iradını bildirmir. Həyat yoldaşı professor Mübariz Əlizadə isə onu sakitləşdirməyə çalışmır. Onların qonşusu, Sosialist Əməyi Qəhrəmanı Xuraman Abbasovanın qızı Şəfəq və onun həyat yoldaşı, Ağdaşın prokuroru Nurəddin “Qabil müəllim, Mamed gəlin Ağdaşa, sizə qulluq edim, gözəl bir qonaqlıq verim”, atam da “indi bir qonaqlığa görə biz yayın cırhacırında burdan durub basa-basa Ağdaşa gəlməliyik? Qonaqlığı Bakıda ver də...” cavabını vermir. Başında panama, həmişə qəmgin, fikirli Əhməd Cəmil mən futbol oynayanda gəlib bloka girmir. Həmişə olduğu kimi “zakusoçnı”da vurub dəm olan, ayaqları yer tutmayan şair Tələt Əyyubovu qəlyənaltının bufetçiki rus qadın evlərinə ötürmür. Şair Qasım Qasımzadə liftdə qəza zamanı həlak olan oğlu Fəxrəddinin oğul-qız övladlarını həyətə oynamağa düşürüb, onlara baxa-baxa dişlərini güclə ağardıb, zorən gülərək, gözlərindən yaş gəlmir. Heydər Əliyev atama zəng edib “Qabil, necəsən? Yenə də vurursan? Hədiyyəni göndərirəm. Ad günün mübarək!” demir. Qonşu həyətdən bəstəkarlar Tofiq Quliyev, Vasif Adıgözəlov, Süleyman Ələsgərov, Şəfiqə Axundova, akademik Mirəli Qaşqay, şair Nəbi Xəzrinin səsləri gəlmir.
Çünki hamısı o dünyadadır. Atam Qabil də, anam Hacıbəyim də. Bütün qonşularımız, görkəmli ədiblərimiz, rəhbərimiz Heydər Əliyev də. O dünyamız zənginləşib, bu dünyamız kasıblayıb. Maddi cəhətdən yox, mənən kasıblamışam. Ətrafım, mühitim də kasıblayıb. Bir-iki nəfər qalıb ki, onlarla da nəinki bahar olmur, qışı güclə çıxarıram. Acından, maddi ehtiyacdan yox, mənən, gözüm görə-görə ölürəm. Həyat da yoxdur ki, həyatdan küsüm. Hamı bir-birinə pul qismində baxır. Bir vaxtlar bir-birimizə “yoldaş” deyə müraciət edirdik, sonra “bəy”, indi isə “cənab” deyirik. Artıq “manat” müraciətinin dövrü gəlib. Təsəvvür edin kasıba “Manat Məmmədov” müraciət edirsən, o da mən “manat” yox, “qəpik Məmmədovam” deyir. İndi özünüz deyin – o dünya zəngindir, yoxsa bu dünya?"
Ağalar müəllimlə telefonla danışırıq. Yanvarın 13-dən etibarən keçirilən yubiley tədbirlərindən söhbət edir. Ona verilən qiyməti fəxrlə qeyd edir, “Sağ olsunlar” deyir. Adlar çəkir. Amma onların içində nə Qabil var, nə Fikrət Sadıq, Ramiq Muxtar, nə Fikrət Qoca, nə Balasadıq, nə... nə... nə...
Mənimlə danışır. Hər cümləsinin xitabında çaşır. Mənə Mahir yox, Qabil deyir. Sanki Qabilin ruhu səndədir deyir. Səninlə danışanda o dövrün böyük insanlarını görürəm, eşidirəm deyir. Baxmayaraq ki, mən belə yazmışdım: “Görmürəm”. Məhz bu zəng səbəb oldu Ağalar Bayramovun 70 illiyinə yazdığım Yubiley təbrikimə. Yazdım, ürəyimi boşaltdım. Olmayan o zəngin dünyanın ruhunu bu yazıma daşıdım.
Amma arzularımı atam Qabillə Xalq yazıçısı Çingiz Abdullayevin bir söhbəti fonunda çatdırmaq istəyirəm:
“Təxminən 10 ildən artıq bir vaxtın söhbətidir. Bir gün Qabil müəllim hansısa bir məsələ ilə əlaqədar yanıma gəlmişdi. Söhbət əsnasında, mən ona belə dedim: “Qabil müəllim, Siz çox cavansınız, vaxt var”. Qabil müəllim isə öz cavabında: “Yox, Çingiz, 60-ı keçəndən sonra artıq adam ağsaqqal olur”. Bu vaxt mən ona belə bir sual verdim ki, bəs, Qabil müəllim, bizim elə yazıçı-şairlərimiz var ki, onlar artıq 70-i haqlayıblar. Qabil müəllim isə “Onlar artıq ədəbi nəslimizin patriarxlarıdır” dedi. Yenə sual verdim ki, bəs 80-i xırdalayanlar? Cavab verdi ki, “onlar adam deyillər, artıq “Qobustan abidələridir”. Çingiz Abdullayev (2002).
Ədəbi nəslimin patriarxı Ağalar müəllim, YUBİLEYİN MÜBARƏK!
Bölməyə aid digər xəbərlər

Müəllifin bütün yazıları - Mahir QABİLOĞLU
Bölməyə aid digər xəbərlər
6-08-2024, 15:34
Mahir QABİLOĞLU - İlqar Musa oğlu - Mənim canlı ensiklopediyam - Mahir Qabiloğlu yazır
27-10-2021, 10:26
Mahir QABİLOĞLU - İsmixan Rəhimov kimdir və ya “İstiqlal” ordeni ilk olaraq kimə verilməliydi?
12-04-2020, 18:47
Mahir QABİLOĞLU - O dünyadan Anara, Fikrətə, Sabirə, bir az da Çingizə... - Fotolar

Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək