21:22 / 26-02-2026
İsrail Livanın yaşayış məntəqəsinə zərbələr endirib
20:34 / 26-02-2026
Ramazanın 9-cu günü: dua, imsak və iftar vaxtı
19:26 / 26-02-2026
İran uranın zənginləşdirilməsini dayandıra bilər
19:06 / 26-02-2026
Leyla Əliyeva Vətən müharibəsi qazisini ziyarət edib - Fotolar
18:03 / 26-02-2026
İqtisadi Şuranın iclası keçirilib
17:45 / 26-02-2026
Rusiya almaz bazarlarından birini itirir
16:53 / 26-02-2026
İlham Əliyev Xocalı Soyqırımı Memorialının açılışında iştirak edib - (Yenilənib-3)
16:53 / 26-02-2026
Efiopiyanın baş naziri Azərbaycanda səfərdədir
16:47 / 26-02-2026
İlham Əliyev Rəcəb Tayyib Ərdoğana zəng edib
16:43 / 26-02-2026
Epşteyn qalmaqalı: Dünya İqtisadi Forumunun rəhbəri istefa verib
16:25 / 26-02-2026
Xalq artistinin həyat yoldaşı vəfat edib
16:24 / 26-02-2026
Deputat seçicilərini aldadır
16:10 / 26-02-2026
Milli Məclis beynəlxalq təşkilatlara müraciət ünvanlayıb
16:01 / 26-02-2026
Çin tank sayına görə lider ölkədir
15:48 / 26-02-2026
AFFA iki klubu cəzalandırıb
15:02 / 26-02-2026
Peskov: Danışıqlarda nüvə ritorikası gözardı edilə bilməz
14:41 / 26-02-2026
Sabiq deputatı cərimələyiblər
14:06 / 26-02-2026
Zelenski: 420 dron və 39 raketin hücumuna məruz qalmışıq
13:56 / 26-02-2026
Rusiya üçün raket və nüvə hücumlarını zərərsizləşdirmək asanlaşır
13:27 / 26-02-2026
Saleh Məmmədovun fəaliyyətini araşdırırlar
13:07 / 26-02-2026
Cenevrədə ABŞ-İran danışıqları başlayıb
13:01 / 26-02-2026
Apteklərdə nöqsanlar aşkar edilib
12:50 / 26-02-2026
Dünya üçün qorxunc proqnozlar veriblər
12:34 / 26-02-2026
Sabahın hava proqnozu açıqlanıb
12:26 / 26-02-2026
Orban Zelenskiyə qəzəbli şikayət məktubu yazıb
12:22 / 26-02-2026
Cəbrayıl sakini iş yoldaşları tərəfindən bıçaqlanıb
12:17 / 26-02-2026
Fuad Həsənov 51 kq narkotiklə saxlanılıb
12:13 / 26-02-2026
Pezeşkian: İran nüvə silahlarına qarşıdır
12:05 / 26-02-2026
Onun milli jurnalistikada yeri görünür - Foto
11:59 / 26-02-2026
Britaniya ukraynalılara sığınacaq vermək istəmir
15:02 / 24-02-2026
Urusun adamı - Etibar Cəbrayıloğlu yazır
15:52 / 23-02-2026
Dövlət Agentliyinin sədri vəzifədən azad edilib
15:45 / 23-02-2026
Polkovnikə maraqlı məktub - Fotolar
13:28 / 24-02-2026
Keçmiş rektorun milyonluq mülkləri müsadirə olunub - Siyahı
23:30 / 23-02-2026
Rusiya ABŞ-a İranla bağlı çağırış edib
14:24 / 23-02-2026
Ağdərənin 4 kəndinə köç karvanı gedib - (Yenilənib)
11:55 / 23-02-2026
Prezident bu şəxsləri təltif edib - Siyahı
17:02 / 24-02-2026
Məktəb direktoruna təzyiq altında ərizə yazdırıblar - Fotolar
11:43 / 23-02-2026
Hərbi xidmətə çağırış başlayır
15:59 / 24-02-2026
İcra hakimiyyətinin 43 əməkdaşı vəzifədən azad edilib
21:11 / 23-02-2026
Ramazanın 6-cı günü: dua, imsak və iftar vaxtı
23:40 / 24-02-2026
DTX Gültəkin Hacıbəylinin evində axtarış aparıb - (Yenilənib)
Çingiz Abdullayev və Xəlil Rzanın çırtması
Tarix: 04-10-2023 15:08 | Bölmə: Mahir Qabiloğlu

Mahir Qabiloğlu
Azərbaycan dili... Əgər kimsə düşünürsə ki, Azərbaycan dilini - öz doğma dilini mükəmməl bilir - yanılır. Bu dilin, o cümlədən digər dillərin də qatları çoxdur. Biz hamımız sadəcə danışıq dilini bilirik. Onu da öz anamızın, ailəmizin, el-obamızın bizə verdiyi leksikon səviyyəsində - şirin dialekti və şivəsiylə.
Kimsə digərini Azərbaycan dilini mükəmməl bilməməkdə suçlandıranda, ilk olaraq bu sualı özünə verməlidir:
“Sən necə, öz dilini mükəmməl bilirsənmi?”.
Ədəbiyyatçı ailəsində böyüyüb boya-başa çatmışam. Valideynlərimin hər ikisi ixtisasca Azərbaycan dili və ədəbiyyat müəllimiydi. Özüm isə Bakı Dövlət Universitetinin Filologiya fakültəsini bitirmişəm. İxtisasım filoloq, Azərbaycan dili və ədəbiyyatı müəllimidir. Amma heç vaxt, heç yerdə demərəm, deməyə cürət belə etmərəm ki, Azərbaycan dilini mükəmməl bilirəm. Əlbəttə ki, söhbət Azərbaycan ƏDƏBİ dilindən gedir. Sovet vaxtı ədəbi dilə çox vaxt qəzet, televiziya dili deyərdilər. Bütün qramatik qaydalar nəzərə alınardı. Televiziya ekranında gördüklərimizin danışığından bilmək olmurdu ki, o haralıdır. Çünki dialekt olmurdu. Hətta fəhlə-kəndlidən də müsahibə götürəndə danışacaqlarını əvvəlcədən yazıb əzbərlətdirirdilər. Amma Azərbaycan dilinin əsas keşikçiləri də ədəbi dil normalarını bilməyən rayonlarda yaşayan əhalimiz idi. Dilimizi zibilləyən rus sözləri kəndlərə ayaq açmırdı, bir-iki sözü nəzərə almasaq. O da ki, öz düzəlişlərində: ramont, culgi, varantur...
Sonradan çanaq antenaları meydana çıxdı. Osmanlı türkcəsi türk seriallarıyla həyatımıza, o cümlədən dilimizə də sirayət etməyə başladı. Əlbəttə ki, cüzi hərf düzəlişləriylə. Eşq - aşq oldu, yoldaş - arkadaş... Apastrof da yoxa çıxdı. Yoxa çıxmaqla hecalanmada, vurğuda da xətalar yaşanmağa başladı. Məsələn, qu-ran, yoxsa Qur-an.
Başınızı çox ağrıtmaq istəmirəm. Azərbaycan dili böyük bir elm sahəsidir. Təkcə Filologiya fakültəsində dilimizin müxtəlif sahələrini öyrənən neçə kafedra vardı. Hər kafedrada da müxtəlif istiqamətlər. Başlayırdıq fonetikadan, qurtarırdıq orfoepiyada, etimologiyada. “Sağır nun” hərfinin də qeyri-rəsmi mövcudluğunu da, Xett, Orxan-Yenisey əlifbaları barədə bilgiləri də bu kafedralardakı müəllimlərimizdən öyrənirdik. Hətta Zeynəb Xanlarovanı da orfoepik qaydalara riayət etməməkdə günahlandırırdılar müəllimlərimiz. Bayram Bayramovun əsərlərini isə dilçilər üçün mənbə sayırdılar. Və daha nələr, nələr...
Azərbaycan dili böyük bir ümmandır. Danışıq dili bunun yalnız gördüyümüz qatıdır. Şahə qalxan dalğaları da var, ləpədöyəni də... Amma heç kim bu dili 100 faiz bilmir. Kimsə desə ki, mən Mahir Azərbaycan dilini 40 faiz bilirəm, bu mənimçün böyük tərif olar.
Amma hamımız danışırıq. Birimiz ləhcədə, birimiz şivədə. Birimiz rus sözləriylə qarışdırırıq, o birimiz türk, qazax, özbək... Hansı ölkədə təhsil alırıqsa o dövlətin, xalqın sözünü dartıb gətirib dilimizə qoşuruq: okey, tamam, pardon. “Təşəkkür” sözünü bütöv yazmağa hövsələmiz çatmır “TŞK” kimi ifadə edirik, “Mübarək”ə “mübiş” deyirik. ANS televiziyasının həyatımıza daxil olmasıyla ədəbi dilimiz də danışıq diliylə əvəzləndi. Pis sayılan “Xəbərçi” sözü reablitasiya olundu.
Əlbəttə ki, həyəcan təbili çalanlar çoxdur – çifayda. Əvvəllər fars, ərəb sözləriylə, ifadələriylə zibillənirdi dilimiz, indi isə dünya dilləriylə. AzTV-nin “Xəbərlər”ində işləyəndə şinelimizdən çıxan televiziyalar bizi “Mış-miş” çağırırdılar. Çünki informasiyalarımızda feillərin sonluğunu qramatikamıza uyğun olaraq mış, miş, muş, müş yazırdıq. O vaxt populyar olan “Xoş gəlmişsiniz” verilişi yəqin ki, yadınızdadır.
Başınızı çox ağrıtdım. Axı məqsədim Azərbaycan dilinin zənginliyinə, gözəlliyinə, təmizliyinin qorunması istiqamətində görülməli olan işlərə qısa ekskurs etmək deyil. Saytlar, qəzetlər, yutub kanalları saysız-hesabsız səhvlərlə onsuz da doludur. Mənim bu yazımda da nə qədər desəniz səhv tapa bilərsiniz. Amma elə bir dövrə gəlib çatmışıq ki, qramatikaya, orfoepiyaya çox da fikir vermirik. Əsas yazanın, jurnalistin, müsahibin dediyi fikirdir, verdiyi informasiyadır. Biz bunu qiymətləndiririk.
Müstəqillik dövrü başlayanda rus dili bir müddət yox, həmişəlik əhəmiyyətini itirdi. Çünki bütün yazışmalar, sənədlər Azərbaycan dilinə – dövlət dilinə keçdi. Danışmaq başqa, yazmaq isə tam başqa. Amma bunun öhdəsindən gəldik. Rus dilində danışanlar qolu-qabırğasını sındıra-sındıra Azərbaycan dilində danışmağa başladılar. Atam Qabil belələrinə ürək-dirək verirdi. Deyirdi ki, danışın, utanmayın danışın, danışa-danışa nitqiniz təkmilləşəcək. Uzaq 90-cı illərdə bu sözü Çingiz Abdullayevə deməsinin də şahidi olmuşam. O vaxt mən Azərbaycan Yazıçılar İttifaqında işləyirdim. Çingiz Abdullayevin yazıçıların çevrəsində – hələ o vaxt – nəinki rusca, heç rus sözlərindən istifadə etdiyini də görməmişəm. Şirin Bakı ləhcəsində danışır. Əcəb eləyir. Mən də Bakının köhnə məhlələrində böyüsəydim belə danışardım. Nə edim ki, Yazıçılar binasında yaşamışam. Ədəbi dil normaları, yazıçılar əhatə edib məni, səhvlərimi həmən düzəldiblər – böyüməmiş. Həm də köklü Şirvanlıyam. Yox, elə bilməyin ki, yazıçı Çingiz Abdullayevlə özümü müqayisədə verməkdir niyyətim. Sadəcə, insana fərdi yanaşmaq lazımdır. Çingiz Abdullayev 90-cı illərdə necə danışırdısa, indi də elə danışır. Bizə isə onu bu cür qəbul etmək qalır. Özü də ki, Çingiz Abdullayev Azərbaycanca danışır. Müsahibələrində, çıxışlarında rus sözlərinə rast gəlməmişəm. Məhz bu xüsusiyyətinə görə Xalq şairi Xəlil Rzanın adını başlığa çıxartdım.
Xəlil əmi Azərbaycan dilində təmiz danışmayanlara qarşı mübariz idi. Onun iştirak etdiyi məclislərdə çıxış edənlər yox, hətta dəm vəziyyətdə sağlıq deyənlər də özlərini yığışdırıb, nitqlərinə diqqət yetirərdilər. Cəzası isə söz yarası, tənqid deyildi. Sadəcə, çırtma çalırdı və çırtmadan sonra xətanın səviyyəsinə görə cəriməsini deyirdi: 5 qəpik, 10 qəpik... ən ağır cəza 20 qəpik idi. İnandırım sizi ki, bu cərimələrin cəmini həmin adam sözünü bitirdikdən sonra ondan məcburən alırdı ki, ona dərs olsun, bir daha dilimizi rus sözləriylə zibilləməsin.
Günlərin bir günü Salam Qədirzadə, Əliağa Kürçaylı və Xəlil Rza bizə gəlmişdilər. Mən də onlara qulluq edirdim. (ən bezdirici məqam arağı süzəndən sonra aparıb soyuducunun gözünə qoymaq, sonra gətirib badələrə süzüb, yenidən aparıb soyuducunun gözünə qoymaq idi.) Sağlıq demək növbəsi Salam əmiyə çatdı. Onu da qeyd edim ki, o vaxtın danışıq dilində rus sözlərindən istifadə etmək adi hal idi. (Salam əmi də beş il Qorki adına Moskva Ədəbiyyat İnstitutunda oxumuşdu. Elə Moskvada da Roza xalayla ailə həyatı qurmuşdu.) Xülasə, Salam əmi başladı sağlığa, Xəlil əmi isə çırtma çalmağa və qəpiklərin nominallarını səsləndirməyə. Birdən Salama əmi əsəbiləşdi. Əlini cibinə salıb bir göy üçlük çıxarıb Xəlil əmiyə uzadaraq, – Xəlil, sən Allah çırtma çalma, fikrim dağılır. Elə sakitcə bu 3 manatdan çıx. Sonda qalsa “zdaçi” (qalığını) qaytararsan, – dedi.
Nəyə görə Xəlil əminin bu şakəri yadıma düşdü? Görəsən, Çingiz Abdullayev danışanda, Xəlil Rza çırtma çalardımı? Yaxud da ki, məşhur bir telejurnalist “separatçı” sözünü elə hey “sepEratçı” desəydi, çırtma çalardımı? Əsla. İnsanlar müxtəlifdir. Hərənin bir danışıq manerası var. Əsas müzakirə obyekti onun dediyi fikir olmalıdır, o fikri necə deməsi yox. Təhqir edib? Verin məhkəməyə. Ağız əymək, lağa qoymaq heç kimə baş ucalığı gətirmir. O ki, qaldı Çingiz Abdullayevin müəllim tutub Azərbaycan dilini öyrənməsinə. Xeyri yoxdur. 65 yaşın içində olan bir adama bu sözü demək özü...
Yazıçıdır? Xalq yazıçısıdır? Yazıçı öz doğma dilində belə danışmaz? Şirin Şəki ləhcəsində danışan şəkili, Naxçıvan ləhcəsində danışan ordubdlı, şərurlu, şahbuzlu, nehrəmli.., “Can ğərdeş”, “o” hərfini “u” deyən ləzgi, “hə” sözünün sonuna 5-6 dənə də “ə” artıran talış... danışanda həzz ala bilirik, Çingiz Abdullayev şirin Bakı ləhcəsində danışanda yox? Şəxsən mənə xoşdu.
Şəxsən mənim üçün Çingiz Abdullayevin Azərbaycan dilinin orfoepiya qaydalarına riayət etməsi, qramatik cəhətdən mükəmməl danışması əhəmiyyətli deyil. Mənə rus dilini və digər xarici dilləri mükəmməl bilib, şovinist aparıcıların və erməniyönümlü ekspertlərin meydan suladığı Rusiya və dünya televiziyalarında onlara tutarlı cavab verə biləcək Çingiz Abdullayev kimi intellektual şəxslərimizin, Vətən təəssübkeşlərinin sayının çox olması vacibdir, əsasdır. Hansısa sözün yerini səhv salması və ya qol-qabırğasını sındırması bağışlanan günah da yox, xırda bir xətadır.
Danışın əleyhinə, yutub kanallarında, tik-tokda, sosial şəbəkələrdə məsxərəyə qoyun, layklar yığın. Çünki gənc nəsil əsrin əvvəllərində televiziyada təşkil olunan xalq diplomatiyası telekörpülərini görməyiblər. Hamısında məğlub olurdular erməni ideoloqları, yalançı tarixçiləri. Kimi verirdik qabağa? Çingiz Abdullayev kimi Rus dilini sərrast, tarixi gözəl bilən ziyalılarımızı. Ən cavanı rejissor Vaqif Mustafayev idi ki, onun bu gün 70 yaşı var. Çərrədib öldürün bu ziyalılarımızı. Elə Çingiz Abdullayevi də... Axı nə udacaqsınız? İtirdiyiniz udacağınızdan qat-qat çox olacaq. Çingiz Abdullayev kimi ziyalıların yetişdirilməsi üçünsə azı 60-65 il vaxt lazımdır. Vaxtımız isə yoxdur.
P.S: Xəlil Rzanın bir adəti də vardı. Rus dilində səlis danışan azərbaycanlı görəndə pul verərdi.
Bölməyə aid digər xəbərlər

Müəllifin bütün yazıları - Mahir QABİLOĞLU
Bölməyə aid digər xəbərlər
6-08-2024, 15:34
Mahir QABİLOĞLU - İlqar Musa oğlu - Mənim canlı ensiklopediyam - Mahir Qabiloğlu yazır
27-10-2021, 10:26
Mahir QABİLOĞLU - İsmixan Rəhimov kimdir və ya “İstiqlal” ordeni ilk olaraq kimə verilməliydi?
12-04-2020, 18:47
Mahir QABİLOĞLU - O dünyadan Anara, Fikrətə, Sabirə, bir az da Çingizə... - Fotolar

Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək