20:20 / 08-11-2025
Bakıda keçirilən hərbi paradda iştirak edən ölkələr - Siyahı
20:17 / 08-11-2025
Bakıda hərbi parad olub - Video - (Yenilənib) - Fotolar
20:00 / 08-11-2025
Azərbaycan Ordusu regionda ön sıradadır - Fotolar
17:18 / 08-11-2025
Azərbaycan, Türkiyə və Pakistan liderləri birgə nahar edib - Foto
15:40 / 08-11-2025
Prezident: Qarabağ və Şərqi Zəngəzur dirçəlir
14:07 / 08-11-2025
İlham Əliyev: “İndi onlar təcridxanada Azərbaycan çayı içirlər” - Video
12:23 / 08-11-2025
Prezidentlə xanımı Şəhidlər xiyabanında - Fotolar
12:05 / 08-11-2025
Prezident və xanımı Fəxri xiyabanda - Fotolar
10:54 / 08-11-2025
Ərdoğan Azərbaycana gəlib - (Yenilənib)
00:14 / 08-11-2025
Mehriban Əliyeva: "Uca Tanrı xalqımızı və Vətənimizi qorusun!"
00:04 / 08-11-2025
Azərbaycanda Zəfər Günüdür
23:09 / 07-11-2025
Prezident İlham Əliyev Zəfər Günü münasibətilə paylaşım edib - Foto
21:17 / 07-11-2025
İlham Əliyev Məhəmməd Şahbaz Şəriflə görüşb - (Yenilənib) - Fotolar
20:50 / 07-11-2025
Dindarlar Azərbaycan prezidentinə müraciət ünvanlayıblar
19:39 / 07-11-2025
Cəlaloğlu: Azərbaycan və Ermənistandakı partiyalar arasında görüşlər keçirilməlidir
19:36 / 07-11-2025
Yaşar Güler Bakıya gəlib
19:33 / 07-11-2025
Pəncəli Teymurov və Vaqif Qurbanovun ailə üzvlərinə təqaüd təyin olunub
19:01 / 07-11-2025
General: Rusiya NATO-ya hücum edə bilər - Xəbərdarlıq
18:21 / 07-11-2025
Məşhur aktrisanın avtomobilinin qarşısını kəsiblər
18:10 / 07-11-2025
Dronlar Başqırdıstandakı əsas neft-kimya zavodunu vurub
18:06 / 07-11-2025
Hava limanında partlayış olub
18:00 / 07-11-2025
Rus ordusu Donetsk və Xarkovda irəliləyib
17:38 / 07-11-2025
"Bakı Metropoliteni" gücləndirilmiş iş rejiminə keçəcək
17:19 / 07-11-2025
Şəhid Pəncəlinin anası: “10 ildir gözüm yolda idi..."
17:08 / 07-11-2025
Hikmət Hacıyev NATO nümayəndə heyəti ilə görüşüb
16:49 / 07-11-2025
Pəncəli Teymurova Milli Qəhrəman adı verilib
16:45 / 07-11-2025
Tiktoker həbs edilib
16:34 / 07-11-2025
Prezident İlham Əliyev fərman imzalayıb
16:16 / 07-11-2025
İlham Əliyev bir qrup şəxsi təltif edib
12:50 / 05-11-2025
“Oğru dünyası”na qarşı əməliyyat: Mirzə Əliyev öldürülüb - Foto
16:49 / 06-11-2025
Deputat: Ermənistan Azərbaycan qarşısında götürdüyü öhdəlikləri yerinə yetirməlidir
14:01 / 04-11-2025
Şərti sərhəddə yenidən gərginlik ola bilər - Ekspert
15:24 / 05-11-2025
Ukraynanın iki şəhərində dəhşətli vəziyyət yaranıb
13:35 / 05-11-2025
Prezident 10 nəfəri təltif edib - Siyahı
15:08 / 06-11-2025
Azərbaycan qonşu ölkəni problemdən xilas edir - Foto
19:39 / 07-11-2025
Cəlaloğlu: Azərbaycan və Ermənistandakı partiyalar arasında görüşlər keçirilməlidir
13:05 / 06-11-2025
Mərkəzi Asiya liderləri Trampla görüşdə nəyə ümid edirlər?
13:28 / 05-11-2025
Ukrayna daha təhlükəli vəziyyətlə üzləşir
09:27 / 04-11-2025
2025-ci ilin ən böyük buğda istehsalçıları... - Siyahı
09:17 / 06-11-2025
Kosmosda yeni tip nəhəng obyekt kəşf edilib
10:58 / 04-11-2025
Keçmiş vəzifəli şəxslərə hökm oxunub
"Adını qoya bilmədim"
Tarix: 03-03-2018 09:10 | Bölmə: Mahir Qabiloğlu

Söz vermişdim ki, martın 14-nə qədər əlimə qələm almayım. Çünki bu tarixə qədər yazdığım yazılar içində hökmən bir “yazıçı Anar” mövzusu olur ki, bunu da qəhrəmanım öz ad gününə dırnaqarası hədiyyə kimi qəbul edir. A toba əgər mən “Anar yazıçı deyil” məqaləsini yazanda bilirmişəm ki, martın 14-ü Anarın ad günüymüş. Ona görə də Anarın mənə cavab məktubunda qeyd etdiyi bu ironiyalı iradı qulağımda sırğa etdim. Özü də ki, bu il martın 14-də Birliyimizin sədrinin 80 yaşı tamam olur. Əvvəlcədən, özü də hamıdan birinci MƏN təbrik edirəm.
Yox, elə bilməyin ki, sözüm yoxdur yazmağa. O qədərdi ki... Elə bircə – bank, restoran, “26” gecə klubunun yerləşdiyi ərazinin qədimiliyi, tarixi haqqında yazsam... (özüm “26-lar” yazmıram. Mövzu qalacaq bir yanda, Anar müəllim tutacaq bu “lar” şəkilçisinin artıq olmasından) Keçmiş olsun. Dövlətin büdcədən ayırdığının yanında 8000 manat icarə haqqı nə mənədir ki, hələ buna götürüm məqalə də həsr edim. Yaxud da ki “Cırtdan” nağılına nəzirə yazsam. Ya da “niyə Anar xaricdə çox çap olunur” sualını qoysam və sonra da buna öz cavabı versəm. Yox, başlıqlar məni yaman qızışdırır. Amma söz vermişəm ki, yazmayım. Bəlkə də yazacağam. Amma fevral-mart aylarında yox.
Maşallah, Anar müəllim sazdır. Sorağı xaricdən gəlir. Qışın bu soyuğunda o ölkədən bu ölkəyə, bu ölkədən o ölkəyə səfərlər edir. Bu təbiidir. Artist qastrola gedər, yazıçı isə kitabının təqdimatına. Buna əsaslansaq, Anar müəllim xaricdə də ən çox oxunan Azərbaycan yazıçısıdır. Lap paxıllığım tutdu ona. Sonra da deyirlər ki, ölkəmizdə tərcümə strukturları pis işləyir, mübadilə yoxdur. Düzdür, hər xarici səfərdən sonra Anar müəllim bir on gün işə çıxmır. Bilmirəm niyə. Qoca kişidir də... Ola bilsin ki, xəstələnir. Ya da xaricdə aldığı müsbət emosiyaların qanadında uçur ki, birliyə gəlsə hamısı yoxa çıxacaq.
İndi sual yarana bilər ki, bəs Anar haqqında yazmayacaqdın. Bə nə oldu yenə başladım. Özü təqsirkardır. Aləmə car çəkdi ki, bəs mənim də, Çingiz Abdullayevin də kitablarını yandırırlar. Özü də ki, siyasi baxışlarıma görə. Buna “siyasi baxış” da demək olmaz. “Vətəndaşlıq mövqeyi”, “əqidənin dəyişməməsi” desək daha düzgün alınar. Düzdü, Novruzqabağı tonqal qalamaq xalqımızın adətidir. Amma kitabdan tonqal qalanmasını yalnız kinolarda görmüşəm. Bir də inqilab və Hitler dövrünün video-xronikasında. Ən yeni tariximizdə kitabça yandırılmasını eşitmişdim – 20 Yanvar faciəsindən sonra. Bəziləri Sovet İttifaqı Kommunist Partiyasının üzvülük biletlərini yandırırdılar. Protest olaraq. İndi özünüz fikirləşin. 1990-cı ildə, sovet dövründə partiya biletini yandırmaq olardı? Adamın atasını yandırardılar. Amma protest edib, geri qaytaranlar, partiya sıralarını tərk edənlər də olmuşdu.
Xaricdə bəzi beynəlxalq əhəmiyyət daşıyan protest mitinqlərinin sonunda bayraq yandırırlar. Ya da prezidentin müqəvvasını.
Bizim Anar müəllim isə çox həssas insandır. Yox, bu həssaslığı yazıçılarımıza, Azərbaycanın ədəbiyyatına hesablanmayıb. Sadəcə, ona toxunacaq məsələlərdə tez reaksiya verir. Lazım oldu, olmadı. Xalq yazıçısı Elçindən fərqli olaraq. Bu “kitab yandırılmaq” söhbəti isə pik nöqtə oldu. Anar müəllim açıqlama verməsəydi, heç mən bilməyəcəkdim ki, onun, ya Çingiz Abdullayevin kitablarını yandırmaq aksiyası keçirilir. Çünki, videosu yox, fotosu yox. Amma o dedi, bilməyənlər də bildi. Ona görə də mən də bu aksiyaya qoşulmağa qərar verdim. Sadəcə, mənə də maraqlı gəldi. Adam bir şeyi eləməsə, gözüylə görüb hiss eləməsə alınmır e....
Amma mən yarımçıq iş görə bilmərəm. Çünki “Azərtac”ın “Azərbaycan yaradıcılıq təşkilatları öz seçimlərini ediblər”,- rəsmi informasiyasına əsaslansam, Filarmoniyanın zalında, daha doğrusu, rəyasət heyətində təkcə Anar və Çingiz Abdullayev olmayıb axı. Ordakı fotolara tamaşa etdim. A, səhnədə nə qədər adam var?! Təkcə Anarın və Çingiz Abdullayevin kitablarını yandırsam qəbahət olar. Üz tutdum Bakı Musiqi Akademiyasının binasına. Həyasızlıqla da olsa rektor Fərhad Bədəlbəylinin kabinetinə soxuldum. Çox soyuqqanlı qarşıladı məni. Dedim ki, ay Fərhad müəllim, bu necə olur ki, 2018-ci ildə aprelin 11-də keçiriləcək prezident seçkilərində İlham Əliyevin namizədliyini irəli sürənlərdən biri də sənsən. Bəs niyə məhz Anar hamınıza görə cavab verməlidir? Hə? Niyə onun kitabları da yandırılmalıdır? Hə?
– Təklifiniz nədir, a yoldaş? – deyə Fərhad müəllim soruşdu.
– Siz ifaçısınız. Ona görə sizin də royalınız yandırılmalıdır.
– Da radi boqa. Götürün yandırın. Qurbandır. Bununla mənim seçimimi, əqidəmimi dəyişdirəcəksiniz? Amma burda yox. Burda yandırsanız bina da yanar. Sonra sizi həbs edərlər. Aparın harda istəyirsiniz, orda da yandırın. Təmiz alman malıdır. Taxtadır.
Otaqdan çıxdım. Getdim maşın danışmağa. Sürücü 60 manat istədi. Fəhlələr isə 100 manat. Dedilər ki bu səninçün pianino deyil e... royaldır, royal. Özü də zırpısından. Bunları qandırmağa çalışdım ki, bəs bu siyasi aksiyadır. Bunu çalmağa aparmıram e... yandıracağam. Cavab verdilər ki, bizə dəxli yoxdur. Biz siyasi aksiya-zad qanmırıq. Biz çörəyə çıxmışıq. Əlimi cibimə atdım. 10 manat pulum vardı. Fərhad Bədəlbəylinin üstündən xətt çəkdim.
Gəldim 31 ildir ki, Rəssamlar İttifaqına (Anardan da çox) rəhbərlik edən, Azərbaycan SSR Ali Sovetinin sədri Qurban Xəlilovun oğlu Fərhad Xəlilovun yanına. Ona da ultimatum verdim. Dedim ki, tablolarından bir-ikisini ver. Yandıracağam. Güldü.
– Əsərlərim hamısı satışdadır. Onu da tapa bilsəniz.
– Neçəyədi? – deyə soruşdum.
– Bir paçka, iki paçka. Baxır da əsərin böyüklüyünə, kiçikliyinə. Onu da tapa bilsəniz. Alın və yandırın. Bununla seçimimi dəyişdirə biləcəksinizmi?
Əlimi cibimə atdım. 10 manat pulum vardı.
Yox. Sınmadım. Gəldim Bəstəkarlar İttifaqına. Girdim sədr Firəngiz Əlizadənin kabinetinə. O da ifaçı kimi royalını göstərdi. Dedim ki, yox e... kompozitor bilib gəlmişəm yanınıza, notlarınızı verin. Cavab verdi ki, “bütün notlarım qalıb Almaniyada. Burda heç biri yoxdur. Məni əsasən xaricdə yaxşı tanıyırlar. Lap Çingiz Abdullayev kimi. Əgər istəsəniz xaricdə yerini deyim, gedin götürün. Yandırın. Bununla seçimim dəyişəcək?” Əlimi cibimə atdım. Cəmi 10 manatım vardı.
Ordan gəldim Memarlar İttifaqına. Sədr Elbay Qasımzadənin yanına. Çox gözəl qarşıladı məni. Ultimatumumu sonacan dinlədi. Qabağıma siyahı qoydu. Layihələşdirdiyi 150 obyektin ünvanı idi. İçərilərində birini yaxşı tanıdım – “Azadlıq” metrostansiyasını. Dedi ki, get yandır. Qurbandır. Mən işimi görmüşəm, pulumu da almışam. Suyum süzülə-süzülə qapıdan çıxanda “başıxarab” sözünü eşitdim. Astadan desə də...
Yox. Ruhdan düşmədim. Teatr Xadimləri İttifaqının sədri Azərpaşa Nemətovun qəbuluna gəldim. O da məni çox mehriban qarşıladı:
– O qədər əsər tamaşaya qoymuşam ki, hansını yandırmaq istəyirsiniz ki?
– Lap birincisini, – deyə cavab verdim.
– Həəə. Cavan idim. İlk diplom işim idi bu mənim. Adı da qəribəydi – “Qardaşım klarnet çalır”. 20-ci əsrin 70-ci illərində Gənc tamaşaçılar teatrının rus bölməsində göstərilib. Yandıra bilərsiniz. Amma mən aprelin 11-də İlham Əliyevə səs verəcəyəm.
Bu məni lap doladı. Onda day Kinomatoqrafçılar Birliyinin sədri Şəfiqə Məmmədovanın yanına getməyə ehtiyac yoxdur. O da deyəcək ki, get “Bizim Cəbiş müəllim”, “Ad günü” filmlərini, ya da “Dəli yığıncağı” tamaşasını yandır. Aşıqlar Birliyi də sazın qiymətini kəllə-çarxa qaldıracaq ki, bəs nədi-nədi sədəfini bol eləyiblər. Mənim də buna pulum çatmayacaq. Bir də ki, Aşıqlar Birliyinin keçmiş sədri Zəlimxan Yaqub bu qurumu siyasi cəhətdən çoxdan yandırıb. Mənim yandırmağıma ehtiyac yoxdur.
Beləcə, əlim hər yerdən üzüldü. Dedim ki, elə Anarla Çingiz Abdullayev yaxşıdır. Girdim kitab mağazasına. Hər iki müəllifin kitablarını soruşdum.
– Hansı kitablarını axtarırsınız? – deyə satıcı gülərüzlə soruşdu.
– Fərqi yoxdur. Lap balacasını, lap ucuzunu, – cavabı verdim.
– 20 manat kassaya verin, – dedi.
Əlimi cibimə saldım. 10 manatım vardı.
– Bundan ucuzu yoxdu?
– Əslində qiyməti içərisindədir. Qiymətsiz sayılır. Mən sizə dediyim isə mətbəə xərclərinin qiymətidir, – deyə satıcı gülümsədi.
Yenə sınmadım. Bukinistləri gəzməyə başladım. Bir təhər, çənə-boğaz iki kitab aldım. Cibimin sonuncu 10 manatına. Kitab çox köhnə idi. Yəqin ki, oxunmaqdan. Səhifələri o yana-bu yana çevrilməkdən az qalırdı ki, tökülsün. Yandırdım kitabları. Amma heç bir həzz almadım. Yanan kağız idi. Bəs bu kitabların ürəklərdə yaratdığı təəssüratları, yazıçılara sevgini yandırıb külə döndərə bildimmi? Heç Anarın da, Çingiz Abdullayevin də bundan xəbəri olmadı. Bircə onu başa düşdüm ki, bu aksiyanı düşünənlər... Bir də onu anladım ki, bu cəmiyyətin incəsənət və mədəniyyətində ən ucuz şey kitabmış. Ən ucuz şey SÖZ imiş. Ən ucuz şey kitabxanaymış. Elə olmasaydı, Yazıçılar Birliyinin Məmməd Arif Dadaşzadə adına kitabxanasının ərazisi bilərəkdən boşaldılıb (kitabların taleyini bilmirəm), banka, restorana, 26 və ya 26-lar gecə klubuna verilməzdi.
O ki qaldı seçkiyə, seçimə? İstəyirsən Anarın və Çingiz Abdullayevin 100 kitabını yandır. Kimə istəsələr, ona da səs verəcəklər. Bunu isə heç kim görməyəcək, heç kim bilməyəcək. Çünki səsvermə gizlidir.
Bölməyə aid digər xəbərlər

Müəllifin bütün yazıları - Mahir QABİLOĞLU
Bölməyə aid digər xəbərlər
6-08-2024, 15:34
Mahir QABİLOĞLU - İlqar Musa oğlu - Mənim canlı ensiklopediyam - Mahir Qabiloğlu yazır
27-10-2021, 10:26
Mahir QABİLOĞLU - İsmixan Rəhimov kimdir və ya “İstiqlal” ordeni ilk olaraq kimə verilməliydi?
12-04-2020, 18:47
Mahir QABİLOĞLU - O dünyadan Anara, Fikrətə, Sabirə, bir az da Çingizə... - Fotolar

Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər
ADP sədri ehtimal edir ki, “Tərtər işi” yaxşı araşdırılsa, onun da altından Mehdiyev və əlaltıları çıxacaq
Xalq artisti deyir ki, rəqqasların səhnə ömrü çox qısa olur. Bu az müddətdə uğur qazanmaq, əsl sənətkar kimi yetişmək üçün daha çox zəhmət çəkmək lazımıdır
Rus Dram Teatrının aktyoru deyir ki. bölgə teatrlarında diplomlu aktyor və rejissor tapmaq müşkül məsələdir
Qüdrət Həsənquliyevin fikrincə, Tramp görsə ki, Ukrayna qalib gəlir, Rusiyaya təkcə siyasi yox, hərbi dəstək də verəcək