23:52 / 08-11-2025
Bakıda Zəfər Günü münasibətilə konsert və atəşfəşanlıq olub
20:20 / 08-11-2025
Bakıda keçirilən hərbi paradda iştirak edən ölkələr - Siyahı
20:17 / 08-11-2025
Bakıda hərbi parad olub - Video - (Yenilənib) - Fotolar
20:00 / 08-11-2025
Azərbaycan Ordusu regionda ön sıradadır - Fotolar
17:18 / 08-11-2025
Azərbaycan, Türkiyə və Pakistan liderləri birgə nahar edib - Foto
15:40 / 08-11-2025
Prezident: Qarabağ və Şərqi Zəngəzur dirçəlir
14:07 / 08-11-2025
İlham Əliyev: “İndi onlar təcridxanada Azərbaycan çayı içirlər” - Video
12:23 / 08-11-2025
Prezidentlə xanımı Şəhidlər xiyabanında - Fotolar
12:05 / 08-11-2025
Prezident və xanımı Fəxri xiyabanda - Fotolar
10:54 / 08-11-2025
Ərdoğan Azərbaycana gəlib - (Yenilənib)
00:14 / 08-11-2025
Mehriban Əliyeva: "Uca Tanrı xalqımızı və Vətənimizi qorusun!"
00:04 / 08-11-2025
Azərbaycanda Zəfər Günüdür
23:09 / 07-11-2025
Prezident İlham Əliyev Zəfər Günü münasibətilə paylaşım edib - Foto
21:17 / 07-11-2025
İlham Əliyev Məhəmməd Şahbaz Şəriflə görüşb - (Yenilənib) - Fotolar
20:50 / 07-11-2025
Dindarlar Azərbaycan prezidentinə müraciət ünvanlayıblar
19:39 / 07-11-2025
Cəlaloğlu: Azərbaycan və Ermənistandakı partiyalar arasında görüşlər keçirilməlidir
19:36 / 07-11-2025
Yaşar Güler Bakıya gəlib
19:33 / 07-11-2025
Pəncəli Teymurov və Vaqif Qurbanovun ailə üzvlərinə təqaüd təyin olunub
19:01 / 07-11-2025
General: Rusiya NATO-ya hücum edə bilər - Xəbərdarlıq
18:21 / 07-11-2025
Məşhur aktrisanın avtomobilinin qarşısını kəsiblər
18:10 / 07-11-2025
Dronlar Başqırdıstandakı əsas neft-kimya zavodunu vurub
18:06 / 07-11-2025
Hava limanında partlayış olub
18:00 / 07-11-2025
Rus ordusu Donetsk və Xarkovda irəliləyib
17:38 / 07-11-2025
"Bakı Metropoliteni" gücləndirilmiş iş rejiminə keçəcək
17:19 / 07-11-2025
Şəhid Pəncəlinin anası: “10 ildir gözüm yolda idi..."
17:08 / 07-11-2025
Hikmət Hacıyev NATO nümayəndə heyəti ilə görüşüb
16:49 / 07-11-2025
Pəncəli Teymurova Milli Qəhrəman adı verilib
16:45 / 07-11-2025
Tiktoker həbs edilib
16:34 / 07-11-2025
Prezident İlham Əliyev fərman imzalayıb
12:50 / 05-11-2025
“Oğru dünyası”na qarşı əməliyyat: Mirzə Əliyev öldürülüb - Foto
16:49 / 06-11-2025
Deputat: Ermənistan Azərbaycan qarşısında götürdüyü öhdəlikləri yerinə yetirməlidir
14:01 / 04-11-2025
Şərti sərhəddə yenidən gərginlik ola bilər - Ekspert
15:24 / 05-11-2025
Ukraynanın iki şəhərində dəhşətli vəziyyət yaranıb
13:35 / 05-11-2025
Prezident 10 nəfəri təltif edib - Siyahı
15:08 / 06-11-2025
Azərbaycan qonşu ölkəni problemdən xilas edir - Foto
13:05 / 06-11-2025
Mərkəzi Asiya liderləri Trampla görüşdə nəyə ümid edirlər?
19:39 / 07-11-2025
Cəlaloğlu: Azərbaycan və Ermənistandakı partiyalar arasında görüşlər keçirilməlidir
13:28 / 05-11-2025
Ukrayna daha təhlükəli vəziyyətlə üzləşir
09:27 / 04-11-2025
2025-ci ilin ən böyük buğda istehsalçıları... - Siyahı
09:17 / 06-11-2025
Kosmosda yeni tip nəhəng obyekt kəşf edilib
10:58 / 04-11-2025
Keçmiş vəzifəli şəxslərə hökm oxunub
Dövlət Babanın gecikən ədaləti
Tarix: 20-10-2018 11:06 | Bölmə: Zaur ƏHMƏD

Neçə gündür, özümə söz verirdim ki, bu barədə yazmayacam, amma alınmadı. Daha doğrusu, imkan vermədilər. Lazımi qədər dərin olan səbr kasamı doldurdular. Artıq susmaq mümkün deyil.
Məlum olduğu kimi, Prezidentin sərəncamı ilə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, itkin düşmüş, hərbi qulluqçuların varislərinə birdəfəlik ödəmənin verilməsinə başlanılıb. Elə həmin gündən əsəblərim tarıma çəkilib.
Birincisi, bu ödəmənin 25 il sonra, özü də, bu qədər söz-söhbətdən sonra verilməsi millət adına, dövlət adına utancvericidir. Başqa cür anlaşılmasın, mən hər zaman o fikirdəyəm ki, dövlət gərək, babalığını bilsin. Dövlət gərək, babalıq edəndə bunu əsl baba kimi etsin, tay durub... Nə isə...
Axı, niyə zamanında o pullar şəhid və itkin ailələrinə verilmirdi ki, indi də bu utancverici söz-söhbətlər ortaya çıxırdı? Əslində, daha ağır suallarım, ittihamlarım da var, amma yeri və zamanı deyil.
Xülasə... Artıq qərar verilib və proses başlayıb. Kaş ki, başlamayaydı. Mən, bir şəhid ailəsinin, Şəhid balasının, şəhid ata-anasının nə çəkdiyini görmüşəm. Onun ağırlığını öz həyatımda zərrəsinə qədər hiss eləmişəm. Atan ölər, yetim qalarsan, hardasa, nəyəsə görə əyilə bilərsən. Amma atan şəhid olubsa, buna ixtiyarın yoxdur. Bəlkə də yanılıram, amma uşaqlıqdan mən belə anlamışam, belə yaşamışam.
Doğrudur, ŞƏHİD AİLƏSİ, ŞƏHİD ÖVLADI olmaq şərəfdir, amma bu şərəfin arxasında bir insan həyatı, gerçəklik, çörək, paltar, ev, kitab-dəftər və sair də var. Heç kim səhər-axşam şərəf yeyə bilməz. Şərəf ruhu doyursa da, qarnı doyumur. Kimsə boğazdan yuxarı nəsə danışmasın, bu sətirlərimi oxuyub əksini iddia edənlərdən min dəfə şərəfli həyat yolum var. Onların hər birindən şərəfi çörəkdən üstün tutmuşam, tutacam da. Mən hələ 10 yaşımda Şəhid Əhmədin oğlu olduğuma görə mənə mərhəmət göstərilməsinə etiraz eləmişəm. Bu gün də mənə mərhəmətlə baxanları sevmirəm. Şəhidlik mərhəmətə deyil, qürura layiqdir.
Sözümün canı odur ki, kimlərsə şəhid ailələrini nədəsə ittiham eləməmişdən, öncə yaxşıca düşünsünlər.
Bu prosesdə bir şəhid ailəsi üzvü kimi məni üzən, içimdən qıran şeylər oldu. Birincisi, şəhid ailələrinin təmkinlərini pozaraq 11 min manata görə səs-küy qaldırmaları... İnkar eləmirəm, bu, onların haqqıdır. Bəlkə də o pula olan dəhşətli ehtiyac onları buna vadar edib. Kimsə deyə bilər ki, sizin ehtiyacınız yoxdur, deyə, belə danışırsan. Əsla...
Amma mənim o pula ehtiyacım 20-25 il öncə daha çox idi. O zaman ki, bir şəhid uşağı kimi yamaqlı şalvarda gəzirdim. Nə olsun? Keçdimi, keçdi. Zərrə qədər də bundan utanmıram. Yəni, söhbət pulda deyil. Bizim sahib olduğumuz dəyər - şəhid övladı adından üstün bu dünyada heç bir ad, heç bir rütbə, heç bir dəyər yoxdur. Nə olar, bu dəyəri ucuzlaşdırmayın!
Deyirlər, bütün şəhidlər qardaşdırlar. Deməli, bütün şəhid ailələri də qardaş ailələrdir. Onların hər biri əzizdir, doğmadır. Bu gün kimlərsə haqqını tələb edə, bəlkə də bir az yanlış üslub da seçə bilər. Bu şəhid ailələrinin suçudurmu? Bu suala mən cavab vermək istəmirəm...
Belə bir vəziyyətin yaranmasında Dövlət Babanın suçu az deyil. Narazılıqlar başlayan gündən gah Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, gah "Azərsığorta” Şirkətinin rəsmiləri yaxa yırtıb üz cırmağa başladılar. Şəhid ailələrini haqsız çıxarmaq, onları aşağılamağa cəhd göstərmək həddini özlərində tapdılar. Diqqət elədim, şəhid ailələrinin haqsız olduqlarını iddia edən vəzifəli şəxslərin çöhrələrində zərrə qədər mərhəmət, ədalət, ləyaqət cizgiləri yox idi. Utanmaz-utanmaz kimlərinsə bir vaxtlar 5 kq ətin pulu olan kompensasiyanı aldıqlarını bəyan elədilər. Bu adamların şəhid, qazi, şəhid ailəsi barədə hər hansı təsəvvürləri yoxdur. Görəsən, bunların ətraflarında bir şəhid ailəsi olmayıbmı ki, onların nə çəkdiklərini bilsinlər? Bəlkə də olub, amma bunların anladıqları, gördükləri budur.
Bu barədə çox danışmaq olar, amma danışdıqca, yazdıqca, hər zaman dəyər verdiyim, uğrunda ölümün belə şərəf olduğunu hesab elədiyim Dövlətimin gözümdə kiçildiyini hiss etdiyim üçün susuram.
Mən dövlətimin güclü olmasını istəyirəm, amma Dövlət ƏDALƏTLİ olanda güclüdür.
Ey Dövlət Baba, sənə əmanət olanlara qarşı ədalətli ol! Çünki sən onların yanında olanda daha güclüsən...
Bölməyə aid digər xəbərlər

Müəllifin bütün yazıları - Zaur ƏHMƏD
Bölməyə aid digər xəbərlər

Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər
ADP sədri ehtimal edir ki, “Tərtər işi” yaxşı araşdırılsa, onun da altından Mehdiyev və əlaltıları çıxacaq
Xalq artisti deyir ki, rəqqasların səhnə ömrü çox qısa olur. Bu az müddətdə uğur qazanmaq, əsl sənətkar kimi yetişmək üçün daha çox zəhmət çəkmək lazımıdır
Rus Dram Teatrının aktyoru deyir ki. bölgə teatrlarında diplomlu aktyor və rejissor tapmaq müşkül məsələdir
Qüdrət Həsənquliyevin fikrincə, Tramp görsə ki, Ukrayna qalib gəlir, Rusiyaya təkcə siyasi yox, hərbi dəstək də verəcək