Bakıda ağır qəza: Sərnişin avtobusu qatarla toqquşub - Foto+yenilənib
Tarix: 01-10-2018 15:03 | Bölmə: Cəmiyyət
Bakıda ağır qəza: Sərnişin avtobusu qatarla toqquşub

Bakıda sərnişin avtobusu qatarla toqquşub.

Hadisə paytaxtın Xəzər rayonunun Binə qəsəbəsində baş verib.

Belə ki, 160 saylı marşurut xətti ilə hərəkət edən içərisi sərnişinlə dolu avtobus hərəkətdə olan qatarın yoluna çıxıb. Nəticədə qatar avtobusu vurub.

Ölən və yaralananlar var. Avtobusun içərisindəkilərin əksəriyyəti məktəblilərdir.

Hadisə nəticəsində yaralananlar təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılıblar.

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, hadisə yerinə 10 təcili tibbi yardım briqadası cəlb edilib. 8 yaralı Sabunçuda yerləşən 3 saylı şəhər xəstəxanasına aparılıb.(Unikal.org)

Bakı Nəqliyyat Agentliyi də sərnişin avtobusunun qatarla toqquşması ilə bağlı məlumat yayıb.

Qurumdan Reyting.az-a bildirilib ki, bu gün 160 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən 10-TG-106 dövlət qeydiyyat nişanlı sərnişin avtobusu Xəzər rayonu, Binə qəsəbəsində hərəkətdə olan qatarla toqquşub. Bakı Nəqliyyat Agentliyinin məsul şəxsləri hazırda hadisə yerindədir. Hadisə ilə bağlı ictimaiyyətə ətraflı məlumat veriləcək.

***

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, hadisə nəticəsində 7 qadın, 10 kişi, 3 uşaq yaralanıb. 1 nəfər ölüb. Hadisə yerinə 10 təcili yardım briqadası cəlb olunub. Yaralılar Sabunçu Xəstəxanasına və Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

***

Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyəti Bakıda sərnişin avtobusunun qatarla toqquşması ilə bağlı məlumat yayıb.

Reyting.az-a verilən məlumata görə, hadisə ilə bağlı araşdırma aparılır.


***

Bakının Binə qəsəbəsində baş verən dəhşətli qəzanın səbəbləri açıqlanıb.

"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Sevinc Qədirova bildirib ki, hadisə zamanı qatar maşinistinin heç bir günahı olmayıb:

“Avtobusu idarə edən sürücü giriş qadağan olduğu halda qorunan əraziyə daxil olub. Ərazidə dəmir yoluna giriş şlaqbaumları hər iki tərəfdə bağlı olub. Orada qatarın sürəti 40 km/saat göstərilsə də, hərəkətdə olan qatarın sürəti 30 km/saat olub. Avtobus sürücüsü şlaqbaumların bağlı olmasına baxmayaraq, qatar yoluna çıxıb və toqquşub. Hazırda hadisə yerində araşdırmalar aparılır".

Xatırladaq ki, bu gün saat 14:35 radələrində Bakının Binə qəsəbəsi ərazisində 160 saylı xətt marşrutu üzrə hərəkət edən sərnişin avtobusu ilə qatar toqquşub. Hadisə nəticəsində 1 nəfə azyaşlı dünyasını dəyişib, 20 nəfər xəsarət alıb.

Bakıda ağır qəza: Sərnişin avtobusu qatarla toqquşub




Bölməyə aid digər xəbərlər
11-12-2018, 12:20 Sabah hava çiskinli olacaq
10-12-2018, 11:18 Lerikdə zəlzələ olub
8-12-2018, 13:04 Sabah yağış yağacaq