Türkiyədə qətliam kimi qəza: 19 adam həyatını itirib
Tarix: 14-10-2018 12:40 | Bölmə: Cəmiyyət
Türkiyədə qətliam kimi qəza: 19 adam həyatını itirib

İzmirdən Yunanıstanın Samos Adasına getməyi planlaşdıran xarici köçkünlərin yerləşdiyi yük maşını, sürücünün idarəetməni itirməsi səbəbindən dərəyə uçub.

Reyting.az Türkiyə mediasına istinadən xəbər verir ki, qəzada 19 miqrant ölüb.

Türkiyədə qətliam kimi qəza: 19 adam həyatını itirib

Yaralı olaraq xəstəxanaya qaldırılan yük maşını sürücüsü, ilk ifadəsində, "Qarşımıza maşın çıxdı. nəzarəti itirdim”, - dediyi öyrənilib.

Türkiyədə qətliam kimi qəza: 19 adam həyatını itirib

Qətliam kimi qəza, yerli vaxtla saat 08 radələrində İzmirin Gaziemir rayonunda, Adnan Menderes hava limanı yaxınlığında baş verib. Egey dənizi sahilindən gəmiylə Yunanıstanın Samos adasına keçmək üçün insan tacirləri razılaşdıqları öyrənilən xarici əsilli miqrantların olduğu, sürücüsünün şəxsiyyəti hələ müəyyən olunmayan yük maşını, Menderes rayonu istiqamətinə gedərkən, döngədə idarəetməni itirərək Değirmençayı dərəsi yatağına uçub. Aralarında qadın və uşaqların da olduğu köçkünlərin bəziləri ətrafa yuvarlanıb, bəziləri də yük maşının altında qalıb.

Türkiyədə qətliam kimi qəza: 19 adam həyatını itirib

Qəza nəticəsində yaralanan 12 nəfər xəstəxanalara yerləşdirilib.

Reyting.az




Bölməyə aid digər xəbərlər
22-04-2024, 12:29 Sabah yağış yağacaq

{sape_links}{sape_article}