Dünyanın ən böyük hava limanının açılışı oldu - Fotolar
Tarix: 29-10-2018 20:18 | Bölmə: Cəmiyyət
Dünyanın ən böyük hava limanının açılışı oldu

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda dünyanın ən böyük hava limanının açılışını edib.

Reyting.az Türkiyə mediasına istinadən bildirir ki, dövlət başçısının sözlərinə görə, hava limanı ilk vaxtlar ildə 90 milyona yaxın adama xidmət edəcək.

On il sonra bu göstərici ildə 200 milyon nəfərə çatacaq.

Dünyanın ən böyük hava limanının açılışı oldu

Bu rəqəm hazırda dünyanın ən böyük hava limanı sayılan ABŞ-dakı (Atlanta) trafikdən iki dəfə çoxdur.

Turkish Airlines hava şirkəti yeni hava limanından ilk reysi 3 daxili istiqamətdə: Ankara, Antalya və İzmirə yerinə yetirəcək. Bundan əlavə, hava şirkəti Bakıya da uçuşları həyata keçirəcək.

Dünyanın ən böyük hava limanının açılışı oldu

İyun ayında AirHelp dünyanın ən yaxşı hava limanlarınəın reytinqini hazırlamışdı.

Ekspertlər üç amili təhlil ediblər: keyfiyyət, servis, reyslərin vaxtında verilməsi və sərnişinlərin rəyləri.

Dünyanın ən böyük hava limanının açılışı oldu

Birinci yerdə 8,77 bal toplayan Qətərin paytaxtı Doha şəhərindəki Hamad hava limanı idi.

İkinci mövqedə 8,69 balla Yunanıstanın paytaxtı Afinadakı Elefterios Venizelos dururdu, ardınca 8,63 balla Tokio hava limanı idi.

Reyting.az




Bölməyə aid digər xəbərlər
22-04-2024, 12:29 Sabah yağış yağacaq

{sape_links}{sape_article}