Toylarına tələsirdilər, yol qəzasında öldülər
Tarix: 19-11-2018 19:39 | Bölmə: Cəmiyyət
Toylarına tələsirdilər, yol qəzasında öldülər

Pensilvaniyaya öz toylarına gedən Nyu-Cersidən olan cütlük yol qəzasında həlak olub.

Reyting.az xarici mediaya istinadən bildirir ki, 35 yaşlı Ketrin Şurts və onun nişanlısı Cozef Kirni Berrks qraflığındakı ərazidə qəzaya düşüb.

Onların nikah mərasimi Pittsburqda olmalı idi. Faciə nəticəsində daha 3 nəfər yaralanıb.

Məlumata görə, yol qəzası onların avtomobilinin treylerlə toqquşması nəticəsində baş verib.

Reyting.az




Bölməyə aid digər xəbərlər
22-04-2024, 12:29 Sabah yağış yağacaq

{sape_links}{sape_article}