Ən varlı televiziya aparıcıları - Siyahı
Tarix: 28-11-2018 16:13 | Bölmə: Cəmiyyət
Ən varlı televiziya aparıcıları

“Forbes” jurnalı Anerika televiziyalarının ən çox əməkhaqqı ödənən aparıcılarının siyahısını hazırlayıb.

Reyting.az bildirir ki, siyahıya tamaşaçıların “Hakim Cudi” proqramının aparıcısı kimi tanıdığı Cudit Şeyndlin başılıq edir.

Onun illik qazancı 147 milyon dollar qiymətləndirilir.

İllik gəliri ilə ikinci sırada 2003-cü ildən özünün şousunu aparan və çoxsaylı “Emmi” mükafatının laureatı Ellen Dedjeneresdir. Onun gəliri 87,5 milyon dollar təşkil edir.

Siyahıda üçüncü populyar amerikalı psixoloq, “Doktor Fil” televiziya proqramının ulduzu Fil Makqroudur. O, bir ildə 77,5 milyon dollar qazanıb.

İlk beşlikdə American Idolun aparıcısı Rayan Sikrest (74 milyon dollar) və komik Stiv Xarvi (44 milyon dollar) də var.

“Forbes” televiziya aparıcılarının 2017-ci il iyunun 1-dən 2018-ci il iyunun 1-dək olan dövrdəki gəlirlərini qiymətləndirib.

Reyting.az




Bölməyə aid digər xəbərlər
22-04-2024, 12:29 Sabah yağış yağacaq

{sape_links}{sape_article}