Təhsil naziri müsabiqə ilə bağlı əmr imzalayıb
Tarix: 29-01-2019 16:57 | Bölmə: Cəmiyyət
Təhsil naziri müsabiqə ilə bağlı əmr imzalayıb

Təhsil naziri Ceyhun Bayramov ümumtəhsil məktəblərinin şagirdləri arasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş “Ən yaxşı təqdimat” müsabiqəsinin keçirilməsi barədə əmr imzalayıb.

Reyting.az
Təhsil Nazirliyinə istinadla xəbər verir ki, müsabiqənin keçirilməsində məqsəd ulu öndərin zəngin siyasi irsinin, şərəfli həyat və fəaliyyətinin gənc nəsil tərəfindən öyrənilməsi işini daha da gücləndirməkdir.

Müsabiqə ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdlərinin iştirakı ilə rayon (şəhər) və ölkə üzrə olmaqla 2 mərhələdə təşkil ediləcək.

“Ən yaxşı təqdimat” müsabiqəsinin ilk mərhələsi 2019-cu ilin fevral-mart aylarında rayon və şəhərlərdə, ölkə mərhələsi isə aprel ayında Bakı şəhərində keçiriləcək.




Bölməyə aid digər xəbərlər
22-04-2024, 12:29 Sabah yağış yağacaq

{sape_links}{sape_article}