23:11 / 18-03-2024
Ukrayna ordusu geri çəkilir
20:16 / 18-03-2024
Borrell ikibaşlı danışır
Uzunömürlülərimiz "Ginnesin Rekordlar Kitabı"na salınmır - Səbəb
Tarix: 07-03-2019 08:36 | Bölmə: Cəmiyyət
Uzunömürlülərimiz "Ginnesin Rekordlar Kitabı"na salınmır

Azərbaycan Milli Elmlər Akademiyası Fiziologiya İnstitutu ölkəmizdəki uzunömürlülərin "Ginnesin Rekordlar Kitabı"na salınmamasının səbəbini açıqlayıb.

Reyting.az
-ın məlumatına görə, Fiziologiya İnstitutunun direktoru, biologiya üzrə elmlər doktoru Ulduz Həşimova Trend-ə deyib ki, 2015-ci ildə Tokioda yaşayan 117 yaşlı Misao Okavanın ölümündən sonra dünyanın ən yaşlı sakini 1899-cu il təvəllüdlü afro-amerikalı xanım Cons olub və o, 2016-cı ildə vəfat edib: “15 aprel 2017-ci ilə qədər dünyanın ən yaşlı sakini İtaliyadan olan 117 yaşlı Emma Morano olub. Hazırda isə dünyanın "Ginnesin Rekordlar Kitabı"na düşən ən yaşlı sakin 112 yaşlı yapon Masadzo Nonakadır. Azərbaycanda yaşı verifikasiya olunan uzunömürlülər arasında bu yaşa çatmış sakin olmadığından hələ ki "Ginnesin Rekordlar Kitabı"na düşə biləcək uzunömürlümüz yoxdur".

U. Həşimova qeyd edib ki, "Ginnesin Rekordlar Kitabı"na yalnız yaşının verifikasiyası aparılmış şəxslər daxil edilə bilər:

"Hələ keçmiş sovet dönəmindən Azərbaycan uzunömürlülər diyarı kimi tanınıb. Lerik sakinləri olan Şirəli Müslümov, Mahmud Eyvazovun adları demək olar ki, dünyada məşhur idi. Təəssüf ki, onların yaşı verifikasiya edilmədiyindən adları bu kitaba daxil edilməyib".

İnstitut direktoru əlavə edib ki, Azərbaycanda yaş verifikasiyası aparılmış uzunömürlülər içərisində ən yaşlı sakin olan 108 yaşlı Vəsmə Məmmədova 2018-ci ildə dünyasını dəyişib. Hazırda ölkəmizin ən yaşlı sakini 103 yaşlı Lənkəran rayon Sütəmurdov kənd sakini Mirzadə Cabbarova sayılır.




Bölməyə aid digər xəbərlər
Dünən, 12:54 Sabah yağış yağacaq
17-03-2024, 14:32 Sabah yağış yağacaq

{sape_links}{sape_article}