Baş redaktora hökm oxundu
Tarix: 28-03-2019 15:33 | Bölmə: Cəmiyyət
Baş redaktora hökm oxundu

Martın 28-də Bakı Ağır Cinayətlər Məhkəməsində "Bozqurd” batalyonunun komandiri və “Teref.info” saytının baş redaktoru Nurəddin İsmayılovun (Nurəddin Xoca) cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Reyting.az bildirir ki, prosesdə elan edilən hökmə əsasən, Nurəddin Xoca barəsində şərti cəza seçilib.

İttihama görə, Nurəddin Xoca vəzifə səlahiyyətlərini aşıb, vəzifə saxtakarlığı edib, saytında dövlət əleyhinə açıq çağırışlar edib.

Ona qarşı Cinayət Məcəlləsinin 281.2-ci (dövlət əleyhinə yönələn açıq çağırışlar), 309-cu (vəzifə səlahiyyətlərini aşma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb və məhkəmə qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilməyib.

Reyting.az




Bölməyə aid digər xəbərlər
22-04-2024, 12:29 Sabah yağış yağacaq

{sape_links}{sape_article}