Başqasının yerinə imtahan vermək istəyənlərə cinayət işi açıldı
Tarix: 16-04-2019 11:29 | Bölmə: Cəmiyyət
Başqasının yerinə imtahan vermək istəyənlərə cinayət işi açıldı

Dövlət İmtahan Mərkəzinin (DİM) şikayəti əsasında Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanıb.

Reyting.az-a Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, 2018-ci ildə keçirilən qəbul imtahanlarında imtahanda iştirak etməli olan abituriyentlərin əvəzinə başqalarının iştirakına şərait yaradan şəxslər saxlanılıblar.

Faktla bağlı Göygöl sakini Təbib Alışanlı və Gəncə şəhər sakini İbadət Novruzov cinayət məsuliyyətinə cəlb edilib. Onlar rəsmi sənədləri saxtalaşdırmağa cəhd ediblər.

Hər iki şəxs barəsində Cinayət Məcəlləsinin 308.1-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar öz və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda) və 178.2.3-cü (dələduzluq; şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə) maddələri ilə cinayət işi başlanıb.

2018-ci ildə qeydiyyatdan keçmiş abituriyentin əvəzinə başqa bir şəxsin imtahan binasına daxil olmağa cəhd etməsi aşkar olunduqdan sonra DİM-də araşdırma aparılıb və nəticələr məsələyə hüquqi qiymət verilməsi üçün müvafiq orqanlara təqdim olunub.

Reyting.az




Bölməyə aid digər xəbərlər
Bu gün, 12:52 Sabah yağış yağacaq
3-05-2024, 14:06 Kəlbəcərdə qəza olub

{sape_links}{sape_article}