Ermənistan Rusiya telekanallarını bloklamaqla hədələyir - Xəbərdarlıq
Tarix: 07-05-2024 18:15 | Bölmə: Cəmiyyət
Ermənistan Rusiya telekanallarını bloklamaqla hədələyir

Moskva Ermənistan hakimiyyətinin tələblərinə məhəl qoymasa, Ermənistanda Rusiya telekanallarının yayımı dayandırılacaq.

Reyting.az
xəbər verir ki, bunu baş nazir Nikol Paşinyan deyib.

Onun sözlərinə görə, yayım zamanı Ermənistan vətəndaşlarına və dövlət nizamına hörmətlə yanaşılmalıdır.

“Biz fövqəladə heç nə tələb etmirik. Müqavilədə Ermənistana və onun maraqlarına hörmət nəzərdə tutulur. Dostluq münasibətlərini nəzərə alaraq, biz yeddi dəfə xahiş etməyə, sonra yeddi dəfə tələb etməyə hazırıq. Amma yeddinci dəfədən sonra bu tələblərə məhəl qoyulmursa, deməli, heç bir şey yoxdur. Digər variant, bu telekanallar söndürmək və yayımlamamaqdır”, - Paşinyan bildirib.

Eyni zamanda, Ermənistan hökumətinin başçısı bu tələblərlə konkret nəyin nəzərdə tutulduğunu dəqiqləşdirməyib.

“Biz daha iki dəfə tələb edəcəyik, yoxsa, indi növbəti addımın nə olacağını bildirməliyik”, - Paşinyan əlavə edib.

Xatırladaq ki, aprelin ortalarında Ermənistanın yüksək texnoloji sənaye naziri Mxitar Ayrapetyan da analoji təhdidlə çıxış edib.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər
16-05-2024, 12:57 Sabah yağış yağacaq

{sape_links}{sape_article}