Sabah yağış yağacaq - Proqnoz
Tarix: 06-05-2024 12:46 | Bölmə: Cəmiyyət
Sabah yağış yağacaq

Mayın 7-də Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Yarımadanın bəzi yerlərində intensivləşəcəyi, şimşək çaxacağı ehtimalı var. Axşama doğru tədricən kəsiləcək. Arabir güclənən şimal-qərb küləyi günün ikinci yarısında mülayimləşəcək.

Reyting.az
xəbər verir ki, sabah havanın temperaturu gecə 10-12° isti, gündüz 13-15° isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunu olacaq. Nisbi rütubət 70-80 % olacaq.

Azərbaycanın rayonlarında da havanın bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə arabir leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, bəzi dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 10-14° isti, gündüz 15-20° isti, dağlarda gecə 2-7° isti, gündüz 7-12° isti olacaq.




Bölməyə aid digər xəbərlər
16-05-2024, 12:57 Sabah yağış yağacaq

{sape_links}{sape_article}