12:53 / 12-09-2025
Sabah yağış yağacaq
Musiqi və incəsənət məktəblərinə şagird qəbulu başlayıb
Tarix: 06-05-2024 14:00 | Bölmə: Cəmiyyət
Musiqi və incəsənət məktəblərinə şagird qəbulu başlayıb

Bu gün 2024/2025-ci tədris ili üçün musiqi və incəsənət məktəblərinə şagird qəbulu başlayıb.

Reyting.az
xəbər verir ki, Mədəniyyət Nazirliyinin tabeliyindəki həmin məktəblərə şagird qəbulu ilk dəfə olaraq elektron qaydada həyata keçirilir.

Mayın 6-sı 12:00-dan start götürən qəbul prosesi "my.culture.az" vahid şəxsi kabineti vasitəsilə mayın 31-dək həyata keçiriləcək.

Qeyd edək ki, 6-31 may tarixlərində tez və ya gec müraciət etməsindən asılı olmayaraq bütün müraciətlər bərabərhüquqlu hesab edilir və müraciəti təsdiqlənmiş şəxslər növbəti imtahan mərhələsinə vəsiqə qazanır.




Bölməyə aid digər xəbərlər
Bu gün, 12:53 Sabah yağış yağacaq
8-09-2025, 12:34 Sabah yağış yağacaq