20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
12:30 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
“Electro-İndustries” QSC-nin elektrikinin ölümü ilə bağlı cinayət işi açılıb
Tarix: 07-05-2024 17:44 | Bölmə: Cəmiyyət
“Electro-İndustries” QSC-nin elektrikinin ölümü ilə bağlı cinayət işi açılıb

Ucarda şəxsin iş yerində aldığı xəsarətlərdən ölməsi faktı ilə bağlı cinayət işi başlanıb.

Reyting.az
xəbər verir ki, bu barədə Ucar rayon prokurorluğu məlumat yayıb.

Qeyd olunub ki, Kəlbəcər rayon sakini 1999-cu il təvəllüdlü Elvin Tağıyevin iş zamanı aldığı xəsarətlərdən mayın 7-də müalicə aldığı xəstəxanada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Araşdırmalarla “Electro-İndustries” QSC-nin elektrik quraşdırıcısı vəzifəsində işləmiş Elvin Tağıyevin aprelin 29-da “Mingəçevir REŞ” MMC-nin Ucar yarımstansiyasında aparılan yenidənqurma işləri zamanı elektrik cərəyanı vurması nəticəsində almış olduğu xəsarətlərdən mayın 7-si müalicə aldığı xəstəxanada ölməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Ucar rayon prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, ibtidai istintaq davam etdirilir.




Bölməyə aid digər xəbərlər
19-11-2024, 12:53 Sabah yağış yağacaq
18-11-2024, 12:54 Sabah yağış yağacaq

bütün xəbərlər