17:01 / 08-05-2024
Litva Ukraynaya qoşun göndərməyə hazırdır
16:56 / 08-05-2024
Ombudsman həbsdəki jurnalistlərlə görüşüb
16:55 / 08-05-2024
Ukraynada hərbi vəziyyət və ümumi səfərbərlik daha 90 gün uzadılıb
16:37 / 08-05-2024
Daha bir şəhidin qalıqları Lerikdə dəfn edilib - Foto
16:30 / 08-05-2024
Dönərdən kütləvi zəhərlənmə olub - (Yenilənib)
16:11 / 08-05-2024
Bolqarıstan prezidenti Ulu Öndərin məzarını ziyarət edib
15:25 / 08-05-2024
25 minə yaxın şagird Azərbaycan dilindən imtahan verəcək
15:14 / 08-05-2024
Bolqarıstan prezidenti və birinci xanımın şərəfinə rəsmi nahar verilib
15:10 / 08-05-2024
Bolqarıstanın birinci xanımı Bakıda milli mətbəximizlə tanış olub - Fotolar
14:54 / 08-05-2024
İlham Əliyev: “Azərbaycan qazının Bolqarıstana ixracı arır”
14:44 / 08-05-2024
BNM “Zəfər şahidləri” layihəsinin icrasına başlayıb
14:39 / 08-05-2024
Şəhidimiz Lənkəranda torpağa tapşırılıb - Fotolar
14:38 / 08-05-2024
İsrail daha 30 fələstinlini həbs edib
14:19 / 08-05-2024
İsveç Mərkəzi Bankı faiz dərəcəsini aşağı salıb - 8 ildən sonra
14:11 / 08-05-2024
Daha müasir və güclü smartfon hazırlanır
13:57 / 08-05-2024
Yeni dünya rekorduna imza atılıb
13:35 / 08-05-2024
Generalın cinayət işi üzrə prokurorluğun protesti təmin edilməyib
13:18 / 08-05-2024
"Kəpəz" klubu 8500 manat cərimələnib
13:13 / 08-05-2024
Məhkəmə Anar Məmmədli barəsində qərar verib
13:09 / 08-05-2024
Azərbaycan ilə Bolqarıstan arasında sənədlər imzalanıb
12:52 / 08-05-2024
Sabah yağış yağacaq
12:18 / 08-05-2024
Rusiya gecə saatlarında yeddi bölgəyə 50-dən çox raket atıb
12:18 / 08-05-2024
Mehriban Əliyeva Bolqarıstanın birinci xanımını qəbul edb
12:12 / 08-05-2024
İsrail MN: "Kerem Əbu Səlim Sərhəd Qapısı yenidən açılıb"
12:01 / 08-05-2024
AFFA "Qarabağ" və "Neftçi" klublarını cəzalandırıb
11:50 / 08-05-2024
Səudiyyə Ərəbistanı vəhhabilikdən imtina edir
11:40 / 08-05-2024
DİM sədri: "Kütləvi imtahanları da elektron formata keçirəcəyik"
08:39 / 04-05-2024
Fironların lənəti... - Onların məzarını açan alimlərin ölüm səbəbi nədir?
23:16 / 06-05-2024
Poeziya müsabiqəsinin ilkin seçimi bəlli olub - Siyahı
18:19 / 03-05-2024
Məşhur yazıçı oxucularını təəccübləndirib
23:59 / 03-05-2024
Sabirabad təhsilinə müdir təyin olunub
17:42 / 03-05-2024
ƏƏSMN-nin kollegiya üzvlərinin sayı azaldılıb
17:16 / 03-05-2024
Neftin qiyməti son üç ayda rekord dərəcədə aşağı düşüb
14:32 / 04-05-2024
Prezident Xankəndi şəhəri ilə bağlı sərəncam verib
17:26 / 03-05-2024
Prezident “Əmək pensiyaları haqqında” qanuna dəyişikliyi təsdiqləyib
20:14 / 04-05-2024
ABŞ Qətərin HƏMAS-ı ölkədən çıxarmasını istəyir
18:01 / 03-05-2024
Naxçıvan Dövlət Universiteti yenidən təşkil ediləcək - Qərar
17:17 / 04-05-2024
İsa Qəmbər yenidən Müsavatın başqanı seçilib
10:32 / 05-05-2024
Heydər Əliyev Fondunun 20 illiyinə həsr olunan konsert keçirilib - Fotolar
Azərbaycanda genişmiqyaslı terror planı hazırlanıb
Tarix: 11-10-2017 16:47 | Bölmə: Cəmiyyət
Bakının Qaraçuxur qəsəbəsi ərazisində bu il yanvarın 31-də Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) xüsusi təyinatlıları tərəfindən zərərsizləşdirilən, 4-ü əməliyyat zamanı öldürülən, 1-i sağ yaxalanan terrorçu qrup Milli Məclisə hücum edib deputatları kütləvi qətlə yetirməyə hazırlaşırmış.
Bu sensasion məlumat terrorçu qrupun sağ ələ keçirilən üzvünün barəsində qaldırılmış cinayət işinin materiallarında yer alır. Bu, İŞİD-ə qoşulmuş və həmin qəddar terror birləşməsinin Azərbaycandakı özəyini yaradaraq cihad hazırlıqları görənlərdən biri, 28 yaşlı Fərid Sadıqovdur. Bakı Ağır Cinayətlər Məhkəməsində onun barəsində məhkəmə istintaqı artıq yekunlaşıb. F.Sadıqov terrorçuluq, qanunsuz silahlı birləşmə yaratmaq və digər təhlükəli ağır cinayətlərdə təqsirli bilinib.
Dövlət Təhlükəsizliyi Xidmətinin bu il fevralın 1-də həmin qrupun zərərsizləşdirilməsi haqda yaydığı məlumatda deyilirdi ki, dini ekstremizm zəminində xüsusilə ağır cinayətlərin törədilməsinə hazırlaşan Azərbaycan vətəndaşları – "Abu Hafsa” ləqəbli M.Ulubəyovun, "Abdulqərib” ləqəbli Q.Dəmirovun, "Əbdülxalid” ləqəbli F.Sadıqovun, T.Alməmmədovun və "Abdullah” ləqəbli S.Məmmədovun tutulması üçün 2017-cı il yanvarın 31-də xüsusi əməliyyat keçirilib. Əməliyyat zamanı qrup üzvlərindən M.Ulubəyov, T.Alməmmədov, Q.Dəmirov və S.Məmmədov avtomat və tapançadan atəş açmaqla birgə silahlı müqavimət göstərərkən xüsusi əməliyyat qrupu tərəfindən məhv edilib, F.Sadıqov isə şübhəli şəxs qismində tutulub.
O vaxt DTX əməliyyatın Bakının hansı istiqamətində keçirildiyini və terrorçu qrupun fəaliyyətinə, planlarına dair təfərrüatları açıqlamamışdı. Bu təfərrüatlar indi məhkəmə prosesində üzə çıxır və DTX xüsusi təyinatlılarının həmin qrupu zərərsizləşdirməklə Azərbaycanda hansı tükürpədici terror hücumlarının qarşısını aldığı məlum olur.
İstintaq materiallarına əsasən dini ləqəbi "Əbdülxaliq" olan Fərid Sadıqov İŞİD terror təşkilatının ideyalarının Azərbaycanda yayılması naminə Qərib Dəmirov, Məhəmməd Ulubəyov, Tural Alməmmədov, Samir Məmmədov və digərləri ilə cinayət əlaqəsinə girib. Dini ekstremizm zəminində ağır və xüsusilə ağır cinayətlər törətmək üçün yaradılan cinayətkar qruplaşmanın fəaliyyətində işitirak edib, terror hücumları üçün planlar qurub. Habelə təqsirləndirilən şəxs İŞİD-in tərkibində Suriyada döyüşən azərbaycanlılarla əlaqə saxlayaraq bu terror qruplaşmasının ideyalarını qəbul edib. Onlarla ünsiyyət zamanı İŞİD-in Azərbaycandakı "qolu” kimi qəbul olunmaq, təşkilatın məqsədləri üçün cihada başlamaq barədə sövdələşib.
İstintaq sənədlərində göstərilir ki, Qaraçuxurda zərərsizləşdirilən həmin qrup Azərbaycan ərazisində seriya terror hücumları həyata keçirmək üçün planlar qurub. Hücumların hədəfi isə hüquq-mühafizə orqanlarının, nazirliklərin inzibati binaları, strateji əhəmiyyətli digər obyektlər, habelə Bakı Dövlət Universiteti, Bakı İlahiyyət Universiteti, Azərbaycan Neft və Sənaye Universiteti olub. Bundan əlavə qruplaşma pul və qənimət ələ keçirmək üçün Bakıdakı şərab evlərinə, mağazalara, lombardlara, Şimal bölgəsində fəaliyyət göstərən iş adamlarına, yerli icra hakimiyyəti başçılarına silahlı hücumlar planlaşdırıb.
Fərid Sadıqov ifadəsində göstərib ki, 16 yaşından dini ibadətlə məşğuldur. 2016-cı ilin oktyabrından isə İslamın Safi cərəyanına meyl edib, internetdə dini məzmunlu videolara baxıb müxtəlif məqalələr oxumaqla "Əhli sünnənin Şafi məzhəbini dərindən öyrənib”. Həmçinin o,odnoklassniki.ru saytında müxtəlif dini ekstremist məzmunlu müzakirələrdə iştirak edib.
Həmin qruplarda "Əbu Davud” ləqəbi ilə yazışmalar zamanı F.Sadıqov bütün qeyri-müslümləri "kafir” adlandırdığına, onların məhv edilməsinə çağırışlar etdiyinə görə odnoklassniki.ru saytı tərəfindən profili bağlanıb. Bundan sonra F.Sadıqov "Abdul Xaliq” adı ilə qruplarda, daha çox isə "Novosti Xalifata” qrupunda yenidən yazışmalara başlayıb, özünə həmfikirlər tapıb. Lakin açıq-aşkar terrorçuluğu təbliğ etdiyi, radikal çağırışlar etdiyi üçün bu profil də sayt tərəfindən bloklanıb.
F.Sadıqovun ifadəsinə əsasən o, əslən Xudat rayonundan olan Məhəmməd Ulubəyovla məhz odnoklassniki.ru-da yazışmalar zamanı tanış olub, bir-birlərinə mobil telefonlarını veriblər.
İŞİD-çinin ifadəsindən: "Məhəmməd ərəb dilini öyrənmək üçün Bakıya gəlib Qaraçuxurda kirayədə yaşayırdı. Bir neçə dəfə onun yaşadığı evə getmişdim. Həmin evdə olarkən Məhəmmədin vasitəçiliyi ilə Samir, Tural və Qəribi tanımışam. Dini söhbətlər aparır, zikr edir, camaat namazı qılırdıq”.
Lakin Məhəmmədin kirayə qaldığı evdə yığışanlar təkcə dini ibadətlə məşğul olmurdular, İŞİD ideyalarının Azərbaycanda da yayılması, Suriyada qurulan "İslam dövləti”nin Azərbaycanı və hətta bütün dünyanı əhatə etməli olduğu haqda danışırdılar. Bunun üçün yollar fikirləşir, planlar cızırdılar. Habelə Azərbaycanda başladacaqları cihadda onlara düzgün yol göstərib əmrlər verən, əldə olunacaq qəniməti-beytül malı "ədalətli şəkildə böləcək” əmir seçmək haqda müzakirə aparırdılar.
Əslində bu qruplaşmanın üzvlərinin əvvəlki niyyətləri Suriyaya gedib cihada qoşulmaq idi. Lakin bu və ya digər səbəblərdən onların Suriyaya getmək niyyətləri baş tutmadığından cihadı elə Azərbaycanda başlatmağı qərara alırlar.
F.Sadıqovun ifadəsindən: "Məhəmməd dini cəhətdən savadlı və dünyagörüşlü olduğundan onun dediklərinə qulaq asırdıq. Dini mübarizəyə başlamaq üçün silah-sursat, partlayıcı maddələrin əldə olunması üçün planlar cızırdıq. Silah almaq üçün pul lazım olduğundan banklara, şərab evlərinə, imkanlı şəxslərin evlərini qarət etməyi nəzərdə tuturduq. Əldə ediləcək puldan silah-sursat almağı, ehtiyacı olanları yardım etmək və bu yolla sıralarımızı genişləndirmək istəyirdik. Həyata keçirəcəyimiz basqınlarda müsəlmanlardan şübhələnməsinlər deyə, üzümüzü qırxmaq və sosial şəbəklərdəki bütün profillərimizi silmək qərarına gəlmişdik”.
Qrup üzvləri qərara alıblar ki, silahlı hücumlara başlayandan sonra Qusar rayonundakı meşələrə çəkilsinlər, əldə etdikləri qənimətləri, silah-sursatları orada və Bakıda kirayə yaşadıqları mənzildə gizlətsinlər. Sonrakı mərhələdə isə onlar Qafqazdakı bütün müsəlmanların biət edəcəyi əmiri seçməyə hazırlaşırdılar.
Qrup üzvlərindən "Əbdülxaliq” kustar üsulla partlayıcı hazırlamağın yollarını internetdən öyrənməyi boynuna götürüb. Bu məqsədlə internetdən videotəlimatları telefonuna yükləyib. Yanvarın 29-da, DTX-nin keçirdiyi əməliyyatdan iki gün əvvəl qrup üzvləri Quba və Qusar rayonu ərazisində planlaşdırdıqları silahlı hücumlara son hazırlıq işlərini müzakirə etmək üçün Məhəmməd Ulubəyovun Qaraçuxurda kirayə qaldığı mənzilə yığışıblar.
Terrorçu qrupun ilk hücum hədəfi Qusar Rayon Polis Şöbəsi olmalıydı. Onlar hücumu şəbənin qarşısında polislərin sıra baxışına düzüldüyü vaxt törətməyi planlaşdırıblar. Habelə eyni vaxtda rayonda bir-iki imkanlı şəxsin evinə, ticarət mərkəzlərinə hücum nəzərdə tutulub.
"Əbu Həfsaf” isə həmin müzakirələrdə partlayışı DTX-nin Qusar rayon şöbəsinin qarşısında törətmək təklifini irəli sürüb.
Təqsirləndirilənin ifadəsindən: "Deyirdi ki, partlayış törədək, iki-üç nəfər həlak olsun, şöbəyə ziyan dəysin. Məhəmməd pul üçün "Dəmirbank” və "Atabank”ın Qusar şöbəsinə basqın etməyi təklif edəndə mən dedim ki, silahımız azdır. Bir-iki silahla banka girmək çətin olacaq. Qərib Dəmirovlə Samir Məmmədov da banka basqın etməyin çətin olduğunu dedilər. Hətta Qərib dedi ki, banka girsək atışma olacaq. Odur ki, banka deyil, şərab mağazaları və lombardlara girməyi planlaşdırdıq”.
Qrup üzvləri basqın zamanı dindar görünüşü yaratmamaq üçün xarici görkəmlərinə fikir verməyi, saqqallarını qırxmağı və bir-birlərinə "əxi” deyə müraciət etməyi qadağan ediblər. Samir Məmmədov Quba rayonu ərazisində "Qırmızı qəsəbədə” yaşayan yahudilərdən birinin evinə basqın etməyi təklif edib.
F.Sadıqov ifadəsində deyib: ”Deyirdi, onların yaxşı pulu var, istəsək verəcəklər. Məhəmməd isə Qusar rayon icra hakimiyyəti başçısının müavini, bələdiyyə sədrləri, Qusar rayon mərkəzi bazarının müdirinin evinə basqın etməyi təklif edib. Deyib ki, icra hakimiyyəti başçısının müavininin evinə getmək əla olardı. Bələdiyyə sədrinin, bazarkomun evinin yerini yerini öyrənmək lazımdır. Deyirdi evlərinə girək, imkanlı adamlardı, pul-para olar”.
Müzakirələr zamanı "Əbu Həfsaf” Qusar rayonundakı hərbi hissələrdən birinə silahlı basqın etmək daha sonra DTX və DİN-nin Polis Akademiyalarında terror aktları keçirmək təklifini irəli sürüb. O, əsas hədəfin dövlət müəssisə və təşkilatları olduğunu qrup üzvlərinə deyib. Habelə "Əbu Həfsaf” Bakı Dövlət Universitetində, İslam Universitetində, Neft Akademiyasında partlayışların törədilməsinin vacibliyini vurğulayıb.
”Həmçinin Dövlət Təhlükəsizliyi Xidmətinin, Fövqəladə Hallar Nazirliyinin, Ədliyyə Nazirliyinin, Vergilər Nazirliyinin, Baş prokurorluğun əməkdaşlarının, Milli Məclisin deputatlarının, rayon və şəhər icra hakimiyyəti başçılarının "razboyluq” olduqlarını israrla bildirir, onları müsəlmanlara qarşı olan şəxslər adlandırırdı. Milli Məclisə basqın etməyi, deputatların hamısının bir yerdə olduğu vaxt onlara silahı basqın etməyin vacibliyini deyirdi”-təqsirləndirilən şəxs ifadəsində deyib.
Məhkəmənin hökmü ilə Fərid Sadıqov 11 il müddətinə azadlıqdan məhrum edilib(Virtualaz.org).
Bölməyə aid digər xəbərlər

Bu gün, 15:25
25 minə yaxın şagird Azərbaycan dilindən imtahan verəcək
Bu gün, 14:11
Daha müasir və güclü smartfon hazırlanır
Bu gün, 13:57
Yeni dünya rekorduna imza atılıb
Bu gün, 12:52
Sabah yağış yağacaq
Bu gün, 09:40
Şirvanda vətəndaşları aldadan şəxs tutulub
Bu gün, 09:35
Masallıda əməliyyat: saxlanılanlar var - Foto
Bu gün, 07:25
36 piksel gücündə rentgen sensoru hazırlanıb
Dünən, 15:41
Direktor müavini vəzifədən azad edilib
Dünən, 14:25
Prokuror yol qəzasında ölüb
Dünən, 11:22
Məktəblilərin davası ölümlə nəticələnib
Dünən, 09:27
Ağsuda narkotik satan şəxs saxlanılıb
Dünən, 09:08
Dənizdə dalğa 4 metrə çatıb, Şahdağa qar yağıb
6-05-2024, 22:44
Ay missiyasının kapsulunda problemlər yaranıb
6-05-2024, 19:02
Bakıda külək güclənəcək, yağış intensivləşəcək - Xəbərdarlıq
6-05-2024, 14:00
Musiqi və incəsənət məktəblərinə şagird qəbulu başlayıb
6-05-2024, 12:53
Qarabağ zonasında 2046.3 hektar ərazi minalardan təmizlənib
6-05-2024, 12:46
Sabah yağış yağacaq - Proqnoz
6-05-2024, 11:42
"Quş qripi"nə qarşı epizootoloji monitorinqlər keçiriləcək
6-05-2024, 09:56
Yeni problem: alimlər kosmik sirri açmağa çalışır
6-05-2024, 00:07
Kosmosda yeni sınaq keçiriləcək - Foto
5-05-2024, 16:17
Bakıda 28 yaşlı qadını boğub öldürüblər
3-05-2024, 23:59
Sabirabad təhsilinə müdir təyin olunub
3-05-2024, 18:01
Naxçıvan Dövlət Universiteti yenidən təşkil ediləcək - Qərar
3-05-2024, 16:58
Güclü külək və yağışlı hava olacaq - Xəbərdarlıq
3-05-2024, 15:37
Yeni mafiya dəhşətli cinayətlərini artırır
3-05-2024, 15:25
Xaricdə oxuyan daha 62 nəfərin diplomu tanınmayıb
3-05-2024, 14:30
COP29.az vebsaytı istifadəyə verilib
3-05-2024, 14:06
Kəlbəcərdə qəza olub
3-05-2024, 12:34
Sabahın hava proqnozu açıqlanıb
3-05-2024, 08:25
Çində yolun uçması fəlakətə səbəb olub
2-05-2024, 22:02
İcra başçısından mikrafonla danışmağı tələb edən şəxs cəzalandırılıb
2-05-2024, 17:12
İkinci şübhəli ölüm: “Boeing” təyyarəsinin qüsurları ilə bağlı ifadə verənlər gözlənilmədən həyatını itirir
2-05-2024, 17:06
Nazirlik professordan icarəyə yer götürüb
2-05-2024, 16:41
Havanın temperatur 4-8 dərəcə aşağı enəcək - Xəbərdarlıq
2-05-2024, 14:40
DİM-dən mayın 5-də keçiriləcək imtahanla bağlı - Açıqlama
2-05-2024, 14:34
Misir piramidaları... - Onu tikənlərin müasir bilikləri olub? - Foto
2-05-2024, 13:00
Sabahın hava proqnozu açıqlanıb
2-05-2024, 11:29
Binəqədidə əməliyyat: saxlanılanlar var
2-05-2024, 11:09
1348 müəllim iş yerini dəyişib
2-05-2024, 10:49
Vulkan püskürməsinə görə 12 mindən çox insan köçürülüb
2-05-2024, 08:13
Kişi həyat yoldaşını oyuncağa görə öldürüb
1-05-2024, 18:06
Keçmiş gömrük əməkdaşına hökm oxunub
1-05-2024, 17:11
Bir milyonluq mənimsəmə: daha bir qadın məhkəmə zalında həbs edilib