Penitensiar Xidmətin binasında yanğın başlayıb - Yenilənib
Tarix: 20-02-2018 16:58 | Bölmə: Cəmiyyət
Penitensiar Xidmətin binasında yanğın başlayıb

Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin inzibati binasında yanğın başlayıb.


APA-nın xəbərinə görə, Nəsimi rayonu, Nizami küçəsində yerləşən binada yanğını söndürmək üçün yanğınsöndürmə briqadaları cəlb olunub.

Yanğının söndürülməsi istiqamətində tədbirlər görülür.

**

Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin inzibati binasının ərazisində baş verən yanğın söndürülüb.

Reyting.az APA-ya istinadla xəbər verir ki, Xidmətin ərazisində yerləşən yardımçı tikilidə baş verən qısaqapanma nəticəsində 10 kv.m sahədə stul və kağızlar yanıb.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Hadisə nəticəsində təxliyə edilən və xəsarət alanların olmadığı bildirilir.

Qeyd edək ki, yanğın baş verən əraziyə iki təcili tibbi yardım briqadası da cəlb olunub.




Bölməyə aid digər xəbərlər
22-04-2024, 12:29 Sabah yağış yağacaq

{sape_links}{sape_article}