Putin bu il Ermənistana getməyəcək - Yuri Uşakov
Tarix: 26-09-2018 18:04 | Bölmə: Siyasət
Putin bu il Ermənistana getməyəcək

Rusiya prezidenti Vladimir Putinin Ermənistana səfəri müzakirə olunub, lakin ilin sonunadək inandırıcı deyil, 2019-cu ilə hazırlaşmaq lazımdır.

Reyting.az
bildirir ki, bunu Rusiya liderinin köməkçisi Yuri Uşakov bəyan edib.

“Həqiqətən, bizim prezidentin Ermənistana səfərinin təşkilinin mümkünlüyü müzakirə olunub, lakin konkret vaxt hələ ki müzakirə olunmur”, - Uşakov vurğulayıb.

Onun sözlərinə görə, prezidentlər MDB-nin Düşənbədəki sammitində və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Astanadakı sessiyasında görüşəcəklər. Bundan əlavə, dekabr ayında Moskvada Avrasiya İqtisadi Birliyinin sammiti planlaşdırılır. Bu da iki ölkə rəhbərinin qlsamüddətli danışıqlarına imkan verəcək. Ermənistana səfər məsələsi, yaxud hansısa zaman məsələsi hələ ki müzakirə olunmur. Düşünürəm ki, səfər planı ilə bağlı gələn ilə hazırlaşmaq lazımdır”, - Uşakov əlavə edib.

O xatırladıb ki, Rusiyanın lideri və Ermənistanın baş naziri Nikol Paşinyanın görüşü lap yaxında baş tutub.

“Bu il onlar üç dəfə görüşüblər, kifayət qədər ətraflı müzakirələr aparılıb. Yeri gəlmişkən, sonuncu dəfə prezident və baş nazir ikilikdə 3 saata yaxın söhbət ediblər”, - Rusiya prezidentinin köməkçisi bildirib.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}