Xarici işlər nazirlərinin növbəti toplantısı olacaq – Lavrov
Tarix: 13-09-2017 21:33 | Bölmə: Siyasət
Xarici işlər nazirlərinin növbəti toplantısı olacaq

Xəzəryanı ölkələrin xarici işlər nazirləri Şurasının toplantısı yaxın həftələrdə baş tutacaq.

TASS agentliyinin məlumatına görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bəyan edib.

Sergey Lavrovun sözlərinə görə, Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyaya dair müzakirələr sonuncu mərhələdədir. Bu səbəbdən də yaxın həftələrdə Xəzəryanı ölkələrin xarici işlər nazirləri Şurasının növbəti toplantısının keçirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, bu gün Rusiya XİN rəhbəri Moskvada İranın xarici işlər naziri Məhəmməd Cavad Zəriflə görüşüb.




Bölməyə aid digər xəbərlər