23:03 / 15-12-2018
Şərqi necə xilas etməli?
Ərdoğan: “Türkiyəyə qarşı addımlar yalnız ABŞ-a zərər verir”
Tarix: 11-08-2018 15:27 | Bölmə: Siyasət
Ərdoğan: “Türkiyəyə qarşı addımlar yalnız ABŞ-a zərər verir”

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan nüfuzlu "The New York Times” qəzetində məqalə yazıb.

Məqalədə Ərdoğan ABŞ-a yeni müttəfiqlər axtaracağı ilə bağlı xəbərdarlıq edib.

Yazıda ABŞ-ın Türkiyəyə hazırkı münasibətini qınayaraq, bunun yalnız Vaşinqtona xələl gətirəcəyini qeyd edib:

"Pisliyin dünyanın hər yerində pusquya yatdığı bir dövrdə, uzun zamandır müttəfiqimiz olan ABŞ-ın Türkiyəyə qarşı atdığı təktərəfli addımlar yalnız ABŞ-ın maraqlarına və təhlükəsizliyinə zərər verir. Çox gec olmadan, Vaşinqton əlaqələrimizin asimmetrik ola biləcəyi səhv düşüncəsini bir kənara buraxmalı və Türkiyənin alternativlərə sahib olduğunu qəbul etməlidir. Bu birtərəflilik və hörmətsizlik tendensiyasını tərsinə çevirməlidirlər”.

Türkiyə prezidenti məqaləsində qarşılıqlı münasibətlərdən də bəhs edib:

"Türkiyə, illər ərzində nə zaman lazım olsa, ABŞ-ın köməyinə qaçıb. Koreyada əsgərlərimiz birlikdə vuruşub. Kuba raket böhranının ən yüksək olduğu dövrdə, Türkiyə torpaqlarında Yupiter raketlərinin yerləşdirilməsinə icazə verərək ABŞ-ın vəziyyəti sabitləşdirmə səylərinə dəstək verib. 11 sentyabr terror hadisələrində Vaşinqton bu pisliyi edənlərə qarşılıq vermək üçün dostlarını və müttəfiqlərini gözlədiyi bir dövrdə, biz NATO missiyasını uğurla yerinə yetirmək üçün Əfqanıstana göndərdik”.

O, yazıda FETÖ təşkilatına toxunaraq ABŞ-ın bu sahədə yardım göstərməməsini qınayıb.(Modern.az)




Bölməyə aid digər xəbərlər