Əli Mirəliyev: “Ədalət Şükürov canlı oxuya bilmir”
Tarix: 06-12-2016 17:42 | Bölmə: Şou-biznes


Müğənni Rəqsanə İsmayılova toylarda fonoqrama oxuyan həmkarlarının bilərəkdən xalqı aldatdığını deyib. O qeyd edib ki, ansamblla oxuyan sənətçilərin özləri də fonoqram oxuyur.

Reyting.az xəbər xəbər verir ki, AzNews.az ansamblla toylarda oxuyan sənət adamlarının məsələyə münasibətini öyrənib.

Meyxanaçı Samirənin sözlərinə görə, toylarda fonoqrama oxuyanlar xalqı bilərəkdən aldadanlardır:

"Gərək aldığın halal olsun. Müəyyən mahnılar var ki, onu hər ansambl bilmir. Belə mahnıları disk qoyub oxumaq olar, amma gərək səs canlı olsun.

Televiziyada və xəstə olduğun vaxtlarda fonoqrama oxumaq olar. Qalan vaxtlarda fonoqrama oxumaq bilərəkdən xalqı aldatmaqdır. Mən bunu özümə ayıb bilirəm. Camaatı aldadan özünü də aldadır. Hamı bilir ki, mən canlı oxuyuram. Axşam evə gələndə ağızım aralı qalır, boğazımın gücünəpul qazanıram”.

Müğənni Yusif Mustafayev toylarda fonoqrama ilə oxumağa pis baxmadığını deyib:

"Elə bir məsələdir ki, onun haqqında danışmaq çətindi. Fonoqrama oxuyan yazıq neyləsin? Gəlir toya baxır ki, başqa bir ansambl oturub. Məcbur olur ki, fonoqrama oxusun. Başqasının mahnısını oxutmur ki, öz səsidir də. Mən ona pis baxmıram”.

Müğənni Əli Mirəliyev toylarda fonoqrama oxuyan sənətçilərdən birinin adını açıqlayıb:

"Mən bu yaşda belə canlı oxuyuram. Ancaq, bir mahnını fonoqrama oxumaq olar. Amma, bütün toyu fonoqrama oxumaq düzgün deyil. O toy deyil. Fonoqrama oxuyan sənətçilərə pul vermək doğru deyil. Onlara 500 manatdan artıq pul vermirlər. Onların dediyi boş söhbətdir. Müğənnilər bunu özündən uydurur ki, çəkilərini qaldsınlar. Bunlar nədən danışır, Azərbaycanda toy batıb. Toy olsun ki, ona qiymət deyəsən. Elə müğənnilər var ki, canlı oxuya bilmir, səsi çıxmır. Məsələn, əməkdar artist Ədalət Şükürov canlı oxuya bilmir. Niyə? Səsi zəifdir. Belə müğənnilərdən bizdə çoxdur. Ona görə də, bunlar diski qoluna vurub toya gedir. Canlı oxumaq üçün səsin gücü lazımdır”.




166 dəfə oxunub.

Bölməyə aid digər xəbərlər