11:18 / 10-12-2018
Lerikdə zəlzələ olub
17:26 / 09-12-2018
Messi təyyarə aldı - Fotolar
23:15 / 08-12-2018
50-dən artıq startap...
Elza Seyidcahan sponsorunun adını hallandırıb
Tarix: 09-01-2018 10:51 | Bölmə: Şou-biznes
Elza Seyidcahan sponsorunun adını hallandırıb

Əməkdar artist Elza Seyidcahan ona sponsorluq edən şəxsin kimliyini açıqlayıb.

Reyting.az saytı yenicag.az-a istinadla xəbər verir ki, Elza Seyidcahan ona anasının himayədarlıq etdiyini bildirib:

“Mənim sponsorum Allahım, bir də anam olub. Uşaqlıqdan məndə olan istedadı görüb və qiymətləndirib. Gecə-gündüz torpaqla əlləşib, işləyib və qazandığı pulları uşaqlarının dolanışığına, təhsilinə xərcləyib. Gecələr iki saat doyunca yatmayıb, çalışıb. Mənə ən bahalı hədiyyələri – evi də, avtomobili də anam bağışlayıb.

Bəzi adamlar mənim şeirlərimə lağ edib, artıq-əskik danışanda anam əsəbiləşir. O, bilir ki, qızı çox istedadlıdır. Hətta telefonla danışanda belə mənim şeirlərimdən sitat gətirir. Təsəvvür edin, bütün şeirlərimi əzbər bilir. Dünən deyir ki, Elzanın şeirlərində ifadə etdiyi kimi hər yer pırıl-pırıldır. Amma anam heç vaxt efirə çıxıb, haqqımda danışmağı sevməyib”.

E. Seyidcahan deyib ki, bu günlərdə nəvəsinin doğum günü olub: “Maqazin proqramlarından biri onu danışdırıb. Anam elə bilib ki, kamera çəkmir. Bilsə, danışmazdı. Çünki çox təvazökar adamdır”.




Bölməyə aid digər xəbərlər